İnfanta Luiza Ferdinanda () () – İspaniya kralı VII Ferdinandın qızı, İspaniya infantası. Bacısı II İzabellanın yetkinlik yaşına çatan qızı İnfanta İzabellanın dünyaya gəlişinədək (1851) İspaniya taxtının varisi oldu.
1846-cı ildə bacısı II İzabella əmisi oğlu Fransisko Asisla evləndi və həmin gün hələ 14 yaşında olan Luiza da Fransa kralı I Lui-Filippin oğlu Orleanlı Antuanla evləndirildi. Cütlük nikahdan sonra Parisə köçsə də, daha sonra Sevilyada yaşamağa başladı. Ərinin kraliçaya qarşı müxalif olması səbəbilə bacılar arasındakı münasibət pis idi.
Öncə 1848-ci ildə qaynatasının taxtdan devrilməsi ilə İspaniyaya, daha sonra 1868-ci ildə isə bacısının taxtdan endirilməsiylə Fransaya sürgünə gedən cütlük uzun müddət burada nəzarət altında yaşadı.
Mənbə Navarrete Martínez, Esperanza. "María de la O Isabel de Borbón". Diccionario biográfico España (in Spanish). Real Academia de la Historia Chisholm, Hugh, ed. (1911). "Francis I. of the Two Sicilies" . Encyclopædia Britannica. 10 (11th ed.). Cambridge University Press Ortúzar Castañer, Trinidad. "María Cristina de Borbón dos Sicilias". Diccionario biográfico España (in Spanish). Real Academia de la Historia
İstinadlar
Kateqoriya:XIX əsr Fransa şəxsləri