Seyid Əşrəf Ağa () — XX əsrdə seyid kimi tanınmış biri.
Həyatı Seyid Əşrəf Ağa 1936-cı il martın 10-u Qaryagin rayonunda (indiki Füzuli rayonu) anadan olmuşdur. Əslən Şuşadan olan ağa Seyid Həşim Ağanın nəvəsidir. Seyidlik ona kökdən, Seyid Kazım ağadan gəlib. 7 yaşından ona seyidlik verilib.
Seyid Əşrəf Ağa 1999-cu ildə vəfat edib. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib.
Seyid Əşrəf Ağa ziyarətgahı Ziyarətgah Xırdalan şəhərində yerləşir. 2001-ci ildə xeyriyyəçi tərəfindən inşa edilib. Bu ziyarətgahı bilənlər çoxdur. Azərbaycanın hər yerindən gələnlər var. Amma ən çox Füzuli rayonundan olanlar, bilənlər gəlir.
Yaxın zamanlarda bir xeyriyyəçi tərəfindən Horadiz şəhərində Seyid Əşrəf Ağa məscidi tikdirilmişdir.
İstinadlar
Kateqoriya:Seyidlər Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan ərəbləri