WeChat ()— mobil telefonlar üçun mətn və səs mesajlarının ötürülməsi üçün tətbiq. Çin şirkəti olan Tencent tərəfindən hazırlanmışdır. Mobil tətbiqin ilk buraxılışı 2011-ci ilin yanvar ayında olub.
Tətbiq hal hazırda İOS və Android əməliyyat sistemi üzərindən işləyir. Tətbiq əvəllər işlədiyi Symbian, Windows və J2ME/S40 əməliyyat sistemləri ilə işləyən mobil telefonlar və BlackBerry telefonları üçun dəstəyini dayandırıb artıq. Tətbiqin həmçinin vebinterfeys dəstəyidə var.
WeChat, Hindistanda, Tencentə məxsus olan "Lbibo" oyun saytı vasitəsilə fəaliyyət göstərir.
"WeChat"ın daxilində pul əməliyyatları aparmaq mümkündür, tətbiqin daxili ödəmə sistemi "WeChat Pay" adlanır. Maraqlıdır ki, şirkət 2016-cı ildə Çin Yeni ili zamanı, "PayPal"ın 2015-ci ildə keçirdiyi əməliyyatların cəmindən daha çox əməliyyat həyata keçirdir.
Tarixi "WeChat"ın hazrılanmasına, 2010-cu ilin oktyabr ayında Tencentin Quançjouda yerləşən Tədqiqat və Layihələr Mərkəzində başlanır.https://web.archive.org/web/20121127173150/http://www.cn.wsj.com/gb/20121119/tec072332.asp Tətbiqin ilkin versiyası Allen Zhang tərəfindən yaradılmış və Tencentin CEO'su Ma Huateng tərəfindən Weixin (微 信) adlandırılır. Bu versiya 2011-ci ildə istifadəyə verilmişdir.
2012-ci ildə tətbiqin istifadəçi sayı 100 milyona çatdıqda, "Weixin"in adı beynəlxalq bazar üçün WeChat olaraq dəyişdirilir.
2013-cü ildə "WeChat Pay"ın istifadəyə verilməsindən bir il sonra aylıq aktiv istifadəçilər 400 milyona çatır. Bunun 90 faizi Çində yaşayan insanlar idi.
2016-cı ildə "WeChat"ın aylıq aktiv istifadəçi sayı 889 milyona çatır. Müqayisə üçün, 2016-cı ildə Facebook Messenger və WhatsAppda aylıq bir milyarda yaxın aktiv istifadəçi var idi, lakin onlar "WeChat"da mövcud olan digər xidmətlərin əksəriyyətini təklif etmirdilər.
"SimilarWeb"ə görə, WeChat 2016-cı ildə Çin və Butanda ən populyar mesajlaşma tətbiqi olur.
2017-ci ilin ikinci rübündə "WeChat"ın sosial media reklam gəlirləri, Facebookun 9,3 milyard ABŞ dollarlıq ümumi gəliri ilə müqayisədə 0,9 milyard ABŞ dolları (6 milyard RMB) təşkil etdi ki, bunun da 98 faizi reklamların payına düşürdu. "WeChat"ın əlavə dəyər gəliri 5.5 milyard dollar olur.
2018-ci ildə tətbiqin sayı aktiv istifadəçi artaraq 1 milyard olur."WeChat now has over 1 billion active monthly users worldwide // TechNode. 5 March 2018.[2018微信年度数据报告:每天10.1亿用户登陆微信 http://www.xinhuanet.com/zgjx/2019-01/10/c_137732668.htm ] // Синьхуа. 10 января 2019.
2019-cu ildə artıq 1,151 milyard insan bu tətbiqdən istifadə edirdi.官方出品!2019 微信数据报告 // Uisdc.com
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ani mesajlaşma proqramları Kateqoriya:Mobil proqram təminatı Kateqoriya:Tencent Kateqoriya:Android proqramları Kateqoriya:Çin brendləri Kateqoriya:Rabitə proqram təminatı Kateqoriya:Mobil tətbiqlər Kateqoriya:Bədnam bazarlar Kateqoriya:2011-ci ildə yaranan saytlar Kateqoriya:Telekommunikasiya