Jiça monastırı () ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kralı, Stefan Nemaniç və Serb Pravoslav kilsəsinin ilk rəhbəri Müqəddəs Sava tərəfindən inşa edilmişdir.

Jiça baş yepiskopun iqamətgahı idi (1219-1253) və ənənəyə görə Serbiya krallarının tacqoyma məkanı idi. Kral hər hansı bir serb kilsəsində tac götürsə belə, Jiçada məsh olunana qədər əsl kral sayılmırdı. Jiça 1979-cu ildə "müstəsna əhəmiyyətli mədəniyyət abidəsi" elan edildi və hal-hazırda Serbiya tərəfindən qorunur. Monastır 2008-ci ildə 800 illik mövcudluğunu qeyd etdi.

Tarix left|thumb|233x233px| Jiça monastırının girişi 1219-cu ildə Serbiya kilsəsi imperator I Teodor Laskaris və Konstantinopol patriarxı I Manuel tərəfindən avtokefaliya qazanır və Müqəddəs Sava Serbiyanın ilk baş yepiskopu olur.Silvio Ferrari, W. Cole Durham, Elizabeth A. Sewell, Law and religion in post-communist Europe, 2003, p. 295; Monstarı bu dövrdə bütün Serbiya torpaqlarının baş yepiskopunun iqamətgahı olaraq qəbul olunurdu. Müqəddəs Sava böyük qardaşı Stefan Prvovençanini Jiça monastırında "bütün Serbiyanın kralı" olaraq taclandırmışdı.

1221-ci ildə Jiça monastırında Boqomilizmi qınayan sinod keçirildi.

1276-92-ci illər arasında kumanlar monastırı yandırsalar da, Kral Stefan Milutin onu təmir etdirmişdir.

1941-ci ildə Serbiyadakı üsyan zamanı Kraljevo mühasirəsi içərisindəki ilk atışmalar 9 oktyabr 1941-ci ildə günortadan sonra Jiça monastırı yaxınlığında başladı. 10 oktyabrda alman hava qüvvələri beş təyyarə istifadə edərək Jiça Manastırını bombaladı və kilsəsinə əhəmiyyətli dərəcədə zərər verdi. Monastır yaxınlığında döyüş, Almanlar üsyançı xətləri qıraraq monastırı atəşə verdikdə 11 Oktyabrın səhərinə qədər davam etdi. thumb|270x270px| Jiça 1889-cu ildə Qalereya

Həmçinin bax

Mileşeva monastırı Qraçanitsa

İstinadlar

Kateqoriya:Serbiyada turizm Kateqoriya:Tacqoyma kilsələri Kateqoriya:Serbiya memarlığı Kateqoriya:Qadın monastırları