Rassel Krou () — Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor. 3 nominasiya üzrə 2001-ci il "Oskar" mükafatı laureatı. Əsas populyarlığı çəkildiyi "Qladiator", "Öz adamı", "Dənizlərin sahibi: Yer üzünün kənarında", "Yumaya gedən qatar", "Ağıl oyunları", "Rədd edilmişlər" və "Nokdaun" kimi filmləri sayəsində qazanmışdır.
Həyatı Rassel Krou 7 aprel 1964-cü ildə Yeni Zelandiyanın Vellinqton şəhərində, Aleks və Cosel Krounun ailəsində anadanolub. Özündən böyük bir qardaşı var – Terri Krou. Rasselin 4 yaşı olanda ailə Sidneyə köçür. 5 yaşında isə Rassel Krou anasının xaç atasının prodüseri olduğu "Spyforce" Avstraliya teleserialında epizodik rola çəkilir. 14 yaşı olanda Rassel Krounun ailəsi yenidən Yeni Zellandiyaya qayıdır və Oklend yaxınlığında məskunlaşır. Ailənin əsas gəliri çox da bahalı olmayan "Uçan səhəng" restoranından çıxırdı. Rassel Krou ailəyə kömək etmək üçün təhsilini yarımçıq qoyur. 80-ci illərin ortalarında o, "Russ Le Ros" musiqi kollektivində çıxış edir. Rassel Krou öz yeni "Roman Antix" rok-qrupunu yaradır. Sonralar qrup üzvləri tam heyətlə indiyədək səhnədə olan "30 Odd Foot Of Grunts" qrupuna keçirlər. 1990-cı ildə bir neçə serialda çəkilir. Rassel Krou 2003-cü ild müğənni-aktrisa Daniel Spenserlə ailə həyatı qurmuşdur. Onların Çarli (2003) və Tenison Spenser-Krou (2006) adlarında övladları vardır. Bir müddət sonra onlar ayrılmışlar.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol Qeyd 1972 Yetim (Orphan) teleserial — bir epizod 1987 Qonşular Kenni Larkin (Kenny Larkin) teleserial — dörd epizod 1988 Geri Hardinq (Gary Harding) teleserial 1990 Qanlı and leytenant Korbett (Lt. Corbett) Yolayrıcı Conni (Johnny) 1991 Denni O’Brayn (Danny O’Brian) teleserial — bir epizod Dəlil Endi (Andy) Dominik Melouni (Dominic Maloney) teleserial 1992 Effektivlik üzrə mütəxəssis Kim Berri (Kim Barry) , Tom Bomber (Constable Tom 'Bomber' Young) teleserial — bir epizod Başıqırxıqlar Hendo (Hando) , Shirty, the Slightly Aggressive Bear teleserial — bir epizod 1993 Zindan üzərindəki çəkiclər İst Driskoll (East Driscoll) Limbo ritmində sevgi Artur Baskin (Arthur Baskin) Gümüşü külək The Man Sevgi anı Lachlan 1994 Həyatdakı dəyərimiz nədir Ceff Mitçell (Jeff Mitchell) 1995 Cəld və ölü Kort (Cort) Geriyə yol yoxdur Zak Qrant (Zack Grant) Virtuozluq Sid 6.7 (SID 6.7) Magiya Aleks Ross (Alex Ross) 1997 Los-Ancelesin sirləri Vendell "Bad" Vayt (Wendell 'Bud' White) Göylər od içində Kolin (Colin) Qırılma həddində Stiv (Steve) 1999 Alyaskanın sirri Con Bayb (Sheriff John Biebe) Öz adamı Cefri Uaygend (Jeffrey Wigand) 2000 Həyat dəlili Terri Torn (Terry Thorne) Qladiator Maksimus (Maximus) 2001 Ağıl oyunları Con Neş (John Nash) 2002 Texas özünü oynayır prodüser, rejissor 60 artıq saat İtaliyada rejissor 2003 Dənizlərin sahibi:Yer üzünün kənarında Cek Obri (Capt. Jack Aubrey) 2005 Nokdaun Cim Breddok (Jim Braddock) 2006 Yaxşı il Maks Skinner (Max Skinner) 2007 Yumaya gedən qatar Ben Ueyd (Ben Wade) Amerikalı qanqster Riçi Roberts (Detective Richie Roberts) 2008 Yalanın cəmi Ed Hoffman (Ed Hoffman) 2009 Böyük oyun Kol Makkeffri (Cal McAffrey) Zəriflik Kristoforo (Detective Cristofuoro) 2010 Robin Hud Robin Hud (Robin Hood) Qaçış üçün üç gün Con (John) 2012 Dəmir yumruq Rədd edilmişlər Javer 2013 Eyblər şəhəri mer Nikolas Hostetler (Mayor Nicholas Hostetler) Poladdan adam Cor-El (Jor-El) 2014 Zamanı yarıb keçən sevgi Pyorli Soms (Pearly Soames) Nuh Nuh (Noah) Su axtaran Konnor (Connor) 2015 Atalar və qızlar 2016 Canlara dəyən oğlanlar Cekson Hili (Jackson Healy) 2020 Qəzəbli (film, 2020)
Mükafatlar Ron Hovardın "Ağı oyunu" və "Öz adamımız" filmlərində oynadığı rollara görə Oskar mükafatının nominantı olub. 2000-ci ildə "Qladiator" filmində sərkərdə Maksimus roluna görə Oskar mükafatını alır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Avstraliya aktyorları Kateqoriya:Yeni Zelandiyada doğulanlar Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Ən yaxşı kişi roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Ən yaxşı kişi roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:Uşaq aktyorlar