İohann Krüger (; ) ― tanınmış Almaniya bəstəkarı və musiqişünas. O, bir çox məşhur himnlərin müəllifidir. O, serb mənşəli idi və xaç adı Yan Kriqar idi.Zersen, David and Mellenbruch, Eric. “Najwuznamn-niši němski kěrlušer poreforma-ciskeje doby bě Serb”, Serbsky protyka, pp. 53–56 (2018) (In Sorbian) Eyni zamanda o, "Praxis pietatis melica" adlı ən çox istifadə edilən 17-ci əsr lüteran himnləri toplusunun redaktoru idi.

Erkən həyatı və təhsili Krüger Qros Breesendə (indiki Quben şəhərinin bir hissəsi) aşxana sahibi Georq Krügerin ailəsində anadan olmuşdur.Nummert, Dietrich. "Mit 24 schon Musikdirektor. Kantor und Lehrer Johann Crüger" , Berlinische Monatsschrift, pp. 64–68 (April 1998) O, 1613-cü ilə qədər yaxınlıqdakı Latın məkətblərinin birində (o vaxtı Qubendə yerləşən) təhsil alırdı və həmin məktəbin tədris proqramına musiqi və mahnı da daxil idi.

Daha sonra o, əlavə təhsil almaq üçün Sorau və Breslauya və nəhayət Regensburqa yollandı, orada o, Paulus Homberger (1560–1634) onun musiqi müəllimi olmuşdur. 1615-ci ildə Berlinə köçdü və orada "Berlinisches Gymnasium zum Grauen Kloster" məktəbində teologiya üzrə təhsil aldı. 1616-cı ildə fon Blumental ailəsində ev müəllimi olaraq işə götürüldü; onun şagirdləri arasında İoaxim Fridrix fon Blumental da yer alır. 1620-ci ildən Vittenberq Universitetində yenidən teologiyaya yiyələndi və əlavə olaraq musiqi üzrə özəl dərslər alırdı.

Karyerası

1622-ci ildən vəfat edənə qədər 40 il ərzində o, həm "Zum Grauen Kloster" gimnaziyasında müəllim, həm də Berlində yerləşən Müqəddəs Nikolay kilsəsində vəzifələrini yerinə yetirirdi.

Krüger çoxsaylı konsert əsərlərin və musiqi təhsili sahəsində geniş yazı işlərin müəllifidir. 1643-cü ildə o, məşhur himn yazıçısı Paul Gerhardt ilə tanış oldu. 1647-ci ildə "Praxis pietatis melica" adlı 17-ci əsrin ən vacib alman lüteran himninin redaktəsini bitirdi.

Şəxsi həyatı 1628-ci ildə şəhər şurası üzvünün dul qadını ilə evləndi. Otuzillik müharibə zamanı Krüger və ailəsi aclıq da daxil olmaqla bir çox çətinliklərlə üzləşdilər.Bautz, Friedrich Wilhelm. "Biografía de Crüger", Biographisch-Bibliographisches Kirchenlexikon Vəbaya yoluxduğdan sonra Krüger ağır vəziyyətə düşdü, amma sağ qala bildi, beş uşağı və həyat yoldaşı isə 1636-cı ildə vəfat etdilər. 1637-ci ildə xəstəlikdən sağaldıqdan sonra aşxana sahibinin 17 yaşlı qızı ilə ikinci dəfə evləndi və onların 14 uşağı dünyaya gəlsə də, çoxusu gənc yaşlarında öldülər. Qızlarından biri saray rəssamı Mixael Konrad Hirt ilə evləndi, hansı ki 1663-cü ildə Krügerin portretini çəkmişdir. Krüger 1662-ci ildə Berlində vəfat etdi.

İstinadlar

Xarici keçidlər

Mutopia Project saytında pulsuz əsərlər

Kateqoriya:Almaniya lüteranları Kateqoriya:Almaniya klassik bəstəkarları Kateqoriya:Almaniya klassik kişi bəstəkarları Kateqoriya:Almaniya kişi bəstəkarları Kateqoriya:Almaniya barokko bəstəkarları Kateqoriya:Kilsə musiqisinin klassik bəstəkarları Kateqoriya:Almaniya musiqi nəzəriyyəçiləri Kateqoriya:XVII əsr klassik bəstəkarları