Naxçıvanın köç yolları —
Аzərbаycаndа bаşqа təsərrüfat sahələri ilə yanaşı, maldarlığın inkişafı təbii-coğrafi şəraitlə üzvi sürətdə bağlı olmuşdur. Burada maldarlıq əsas etibarı ilə Mezolit dövründə yаrаnmış, Neolit dövründən yerli əhalinin təsərrüfat fəaliyyətində və güzəranında daha geniş yer tutmağa başlamışdır.Аzərbаycаn Milli Ensiklоpediyаsı. Bаkı: "Аzərbаycаn Milli Ensiklоpediyаsı" Bаkı: Elm, 2004, s.115 Аpаrılаn tədqiqаtlаr sübut edir ki, Аzərbаycаndа hələ qədim dövrlərdən mаldаrlıq üzrə zəngin təsərrüfаt mədəniyyəti оlmuşdur.
Аzərbаycаnın digər bölgələrində оlduğu kimi, XIX əsrin əvvəllərində Nахçıvаndа dа mаldаrlıq təsərrüfаtı sаhəsində хırdаbuynuzlu heyvаnlаr üstünlük təşkil edirdi. Mənbələrin məlumatına görə, Naxçıvan diyarında qoyunçuluq daha çox inkişaf etmişdir.Budaqova S. Naxçıvan diyarının coğrafiyası (XVIII əsrin ikinci yarısı-XX əsrin birinci qərinəsi). Bakı: Elm, 1995, s.24 Xırdabuynuzlu maldarlığın üstünlük təşkil etməsi bölgədə köçmə-yaylaq maldarlığının əsasını qoymuşdur.Orucov A. Köçmənçilik və yaxud köçmə mərasimi haqqında bəzi qeydlər // AMEA Naxçıvan Bölməsi. Xəbərlər (İctimai və humanitar elmlər seriyası). Naxçıvan: Tusi, 2010, №3, s.127 Naxçıvanda maldarlıq təsərrüfatı əsasən oturaq formada olmaqla yaylaq və qışlaq xarakteri daşımışdır.
Оturаq mаldаrlığın əsаs səciyyəvi хüsusiyyəti оndаn ibаrətdir ki, heyvаnlаr ilbоyu dаimi yаşаyış məskənləri ərаzisində оlur. Gündüz ətrаfdаkı оtlаqlаrdа оtlаyır, ахşаm isə geri qаyıdır. Mаldаrlıq təsərrüfаtının bu fоrmаsı ilə məşğul оlаn əhаlinin dаimi yаşаyış məskənləri, evləri, əkinçilik sаhələri və оturаq хаrаkterli təsərrüfаt-məişət аvаdаnlıqlаrı оlur. Оturаq heyvаndаrlıqlа məşğul оlаn əhаli təsərrüfаtın digər sаhələri ilə, xüsusilə əkinçilik və bağçılıqla da məşğul оlurdulаr.
Mövsümlə əlaqədar olaraq Naxçıvan maldarlarının az bir qismi müvəqqəti olaraq heyvanları daha yaxşı qidalandırmaq, onlardan yüksək və keyfiyyətli məhsul götürmək məqsədi ilə daimi yaşayış məskənlərindən 2–3 aylıq sürüləri ilə birgə yerlərini dəyişərək yaylağa köçür və yayın axırları-payızın əvvəli isə yaylaqdan geri qayıdırlar. Demək, yerdəyişmə maldarlıq tipi oturaq maldarlığın forma müxtəlifliyidir. Yəni, köçmə-yaylaq maldarlığı oturaq maldarlığın bir formasıdır. Bu tip heyvаndаrlığın meydаnа gəlməsinin əsаs səbəbləri mövcud ərаzidəki оtlаqlаrın tələbаtı ödəməməsi, yem qıtlığı, yаy аylаrındа hаvаnın isti keçməsi, bunun nəticəsində heyvаnlаrın müхtəlif хəstəliklərə tutulmаsı və yüksək məhsul əldə etməməsi idi. Elmi tədqiqаtlаr sübut etmişdir ki, mаl-qаrаnın ilbоyu оtlаqdа yemlənməsi heyvаnlаrın hərtərəfli inkişаfınа, ömrünün аrtmаsınа, məhsuldаrlığın yüksəlməsinə və məhsullаrın keyfiyyətli оlmаsınа müsbət təsir göstərir. Həmçinin оnu dа qeyd etmək lаzımdır ki, heç bir bаşqа yem, süni vitаmin göy оtlаq оtunu əvəz edə bilməz. Təbii otlaqlar və biçənəklər heyvandarlığın inkişafı üçün mühüm əhəmiyyətə malikdir.
Naxçıvan ərazisi öz coğrafi mövqeyinə görə dağlıq, dağətəyi sahələrə və düzənlik zonalara bölünür. Bu zonalarda iqlim şəraiti, bitki örtüyü, əhalinin təsərrüfat məşğuliyyətinə görə bir-birindən fərqlənir. Düzənlik ərazilərdə yaşayan əhalinin təsərrüfat məşğuliyyətinin və iqtisadiyyatının əsasını əkinçilik təşkil etdiyi halda, dağlıq zonada yaşayan əhalinin başlıca təsərrüfat məşğuliyyətinin əsasını maldarlıq təşkil edir. Dağətəyi zonalarda isə əhalinin təsərrüfat və iqtisadi həyatında həm əkinçilik, həm də maldarlıq mühüm rol oynayır.
Naxçıvan diyarının təsərrüfat məişətində əkinçiliklə yanaşı, maldarlıq da mühüm təsərrüfat sahəsi olduğundan, köçmə maldarlıq üçün səciyyəvi olan köç yolları daxili əlaqə yollarının bir qismini təşkil edirdi. Köç yollarının daxili yollardan fərqli xüsusiyyəti ondan ibarədir ki, bu yollar mövsümi xarakter daşıyır. Keçmişdə Azərbaycanın maldarlıqla məşğul olan hər bir bölgəsində müxtəlif istiqamətlərə gedən çoxlu köç yolları olmuşdur.Azərbaycan etnoqrafiyası. 3 cilddə. II c., Bakı: Şərq-Qərb, 2007, s.282 Köç yollarından maldarlar istifadə etsələr də, kənd əhalisinin də iqtisadi həyatında onların müstəsna əhəmiyyəti var idi. Vaxtilə köç yolları ilə hərəkət edən aran kəndlərinin əhalisi öz məhsullarını-taxılı, meyvəni, bostan-tərəvəzi və s. maldarlıq məhsullarına-yağa, pendirə, yuna, ətə və s. dəyişmək üçün tez-tez yaylaqlara qalxırdılar. Naxçıvan bölgəsinin Ordubad, Şahbuz və Culfa yaylaqlarına köç yolları ilə qalxan heyvandarlar uzun illər bu yollardan istifadə etmişlər və bu gündə bir qismindən istifadə edilir. Naxçıvanın yaylaqlarını qışlaqları ilə birləşdirən köç yollarının əsas xüsusiyyəti onların daha çox çay boyu vadilərdə salınması idi. Əsas köç yolları Naxçıvançay, Əlincəçay, Gilançay boyunca uzanırdı.Orucov A. Xalq təqvimi (adətlər, inanclar, mərasimlər). Bakı: Elm və təhsil, 2013, s. 130 Bununla yanaşı, bəzi yerlərdə isə köç yolları əsasən dar cığırlı dağlıq ərazilərdən keçirdi.
Naxçıvanın aran kəndlərindəki qışlaq yerlərindən sərin və şirəli otlaqları olan yaylaqlara qalxan köç yolları dolanbac, əyri-üyrü, enişli-yoxuşlu idi. Etnoqrafik mənbələrə görə, Azərbaycanın digər bölgələrinin yaylaqları kimi, Naxçıvan bölgəsinin yaylaqlarının və yurd yerlərinin də 7–8 minillik tarixi haqqında məlumatlar vardır.Azərbaycan etnoqrafiyası. 3 cilddə. III c., Bakı: Şərq-Qərb, 2007, s.520
Naxçıvan maldarları uzaq keçmişdən bu günə kimi yaylağa və qışlağa xalq təqvimi əsasında gedib gəlmişlər. Yaşlıların və çobanların dediklərinə görə, yaz yarı olanda və ya sağmal heyvan tük atandan sonra yaylağa qalxardılar. Köç işinə bol məhsulun əsası kimi baxan maldarlar bunun üçün ciddi hazırlıq görürdülər. İlk növbədə köçə lazım olan avadanlıqlar seçilib yığılırdı. Qoyunların hansı yol ilə köçürülməsi, hansı düşərgələrdə dayanması, örüş və yataq yerləri, nəqliyyat vasitələri, alaçıqların harada qurulması, ümumiyyətlə, köçlə bağlı məsələlər yaşlılar və təcrübəli çobanlar tərəfindən müəyyən edilirdi.
Köç yola düşərkən çobanlar heyvanları sağmal, subay, quzu, qaramalı ayrı-ayrılıqda yaylaqlara qaldırırdılar. Naxçıvan bölgəsində köç yola düşən günü sürüdə olan erkək qoçların buynuzlarına qırmızı rəngli parçalar, göz muncuğu, dağdağan bağlayar, keçilərin boynuna zınqırovlar asarmışlar. Həmin gün bayramı xatırladarmış. Əhali buna "köç bayramı"da deyərmiş. Sonra isə, köç yola düşərmiş. Aran kəndlərdə yaşayan əhali ilə dağ və dağətəyi kəndlərin əhalisinin yaylağa köçmə vaxtı və köç qaydalarında müəyyən fərqlər var idi. Belə ki, dağ və dağətəyi kəndlər yaylaqlara yaxın olduğu üçün istər əhali, istərsə də heyvanlar həmin mühitə tez alışır, lakin aranla dağ iqlimi arasında kəskin fərq olduğundan aran kəndlərinin maldarları və sürüləri isə iqlim fərqinə görə nisbətən gec alışırdı. Xalq arasında deyirlər ki, havanı bilməyən heyvandarlar mal-qaranı, qoyun-quzunu borana salar. Çobanlar coğrafi şəraitə uyğun olaraq əvvəlcə dağların ətəklərində düşərgə salıb bir müddət heyvanları orada otarırlar. Sonra bir qədər yuxarı dağın döşünə qaxır, müəyyən müddət də orada düşərgə salırlar. Nəhayət, hava isindikdən sonra dağın başına, yaylağa qalxırlar. Heyvanları yaylağa aparanda təcrübəli çobanların seçilməsinin böyük əhəmiyyəti var. Etnoqraf alim Asəf Orucov yazır ki, çobanlar aşağıdakı adlarla bilinirdi: Sərkar, Qart, Fitnə və s.Orucov A. Köçmənçilik və yaxud köçmə mərasimi haqqında bəzi qeydlər // AMEA Naxçıvan Bölməsi. Xəbərlər (İctimai və humanitar elmlər seriyası). Naxçıvan: Tusi, 2010, №3, s.129 Təcrübəli sərkar çobanlar otlaqların necə seçilməsinin böyük əhəmiyyəti olduğunu bilirlər. Heyvanların gümrah saxlanılması, onların məhsuldarlığı, yayda və qışda saxlanıldığı şəraitdən, yemlə təmin olunmasından asılıdır. Bununla yanaşı, çoban otlaqları da yaxşı tanımalı, onların hansından nə vaxt istifadə edəcəyini bilməlidir.
Ümumiyyətlə, köç prоsesi qоyunçuluq təsərrüfаtındа ən incə mərhələdir. Bu mərhələnin həyаtа keçirilməsində cüzi bir ehtiyаtsızlıq təsərrüfаtа ciddi ziyаn vurа bilərdi. Ona görə də, yaylağa köçərkən yolun uzaqlığından asılı olaraq maldarlar müəyyən bir yerdə düşərgə salır və heyvanları iqlim şəraitinə uyğunlaşdıra-uyğunlaşdıra aparırdılar. Yaylaqdan enəndə isə maldarlar həmin düşərgələrdə qala-qala tədriclə aşağı enirlər. Yaylaqada yay fəslinin son ayından, təxminən avqust ayının 15-dən etibarən havalar dəyişməyə başlayır, soyuq külək əsir, bu müddətdə tez-tez çən düşür, dağlardan duman-çiskin əskik olmur, gecələr şeh düşür. Maldarlıq təsərrüfatına uyğun olaraq xalq təqvimində, "quyruqdoğdu"dan sonra "quzuqıran", "oğlaqqıran"dövrü başlanır. Naxçıvan ərazisində "oğlaqqıran" ayı avqustun ortalarından sentyabr ayının əvvəllərinə qədər davam edir. Artıq bu dövrdən etibarən köç yaylaqdan arana yenməyə hazırlaşır.
Naxçıvan bölgəsinin maldarları yaylaqlara getmək üçün hələ qədim zamanlardan müxtəlif istiqamətlərə uzanan köç yollarından istifadə etmişlər. Ordubad köç yollarından bəhs edən A. Seyidov onları aşağıdakı kimi xarakterizə edir:
Nəsirvaz kəndindən Gəmiqayanın Qaranquş yaylağına uzanan birinci yol bu ərazilərdən keçir: Nəsirvaz, Zərnabad çayı, Bədəl demisi (sahəsi), Şamlar, Narzan bulağı, Şorlar (qırmızı sulu yer)", Göllər, Kəngərli düzü, Dik yurd, Qaranquş yaylağı.
İkinci yol aşağıdakı ərazilərdən keçir: Nəsirvaz, Çeşmə başı, Daş başı, Şırlan çayı, Qəzər yurdu, Qazan köç, Camışölən, Nəbi yurdu, Dava daşı, Novruz güneyi, Qaranquş yaylağı, Qız-gəlin çuxuru, Qapıcıq keçidi.
Üçüncü yol Nəsirvazdan şimala Göygölədək uzanır: Gülüm-gülüm dağı, Ələngəz, Eşşək meydanı, Qəhrəman çuxuru, Təvəkkəl, Gözcük, Qartal oturan, Göygöl. Göllər adlanan ərazidən Gəmiqayaya gedən yol Göllər, Şorlar (bu ikinci Şorlardır), Hasarlar və Çürüklüdən keçərək, Gəmiqayada tamamlanır.Orucov A. Xalq təqvimi (adətlər, inanclar, mərasimlər). Bakı: Elm və təhsil, 2013, s.31–32 Ordubadın Göygöl yaylağına uzanan başqa bir yol isə Türbələr, Meşə, Murad ağlı, Çuxur çimən, Soltanlı, Çaqqallar yurdu, Gen yurd, Xan bulağı, Göygöl, Sil gəz ərazilərindən keçir.
Ordubad ərazisinin yaylaqlarına bir neçə istiqamətdə köç yolları olmuşdur. Bunun da səbəbi Ordubadın və Naxçıvanın ayrı-ayrı ərazilərindən olan maldarların müxtəlif istiqamətdə yaylaqlara qalxmaları idi.
İstər keçmişdə, istərsə də günümüzdə Ordubad ərazisində olan yaylaqlardan Ordubad maldarları ilə yanaşı, muxtar respublikanın Babək, Kəngərli və Culfa rayonlarının maldarları da istifadə edirlər. Bu barədə Abbas Seyidov yazır: "Babək rayonunun Qahab və Nəhəcir kəndlərindən Gəmiqaya və ətraf yaylaqlara əsasən Qahab-Qotur Dizə-Sürəməlik-Kəlbə Rza-Davılı yer-Bağırsaqdərə-Nəhəcir-İydəli ağıl-Qızıl ağıl-Atuçan, Təpələrarsı (burada beş təpə var)-Tap (dağların üstü belə adlanır)-Sarı dərə-Aralıq, Qazançı-Ərəfsə kəndləri. Buradanda zirvəyə Saqqar su (ağ köpüklü olduğuna görə belə adlanır)-Qanlı zəmi-Seyid yurdu-Təndirli-Çimənlər-Əyriçay-Əhməd xan boğulan-Qaraçı yurdu-Şah bulağ-Çadır daş-Qaranlıq dərə-Sarı dərə-Keçi qalası-Şıppırlı-Əliölən-Süleyman yurdu-Sallı dərə-Boğazyurd və Nefitlidən keçməklə çatmaq olar.Orucov A. Xalq təqvimi (adətlər, inanclar, mərasimlər). Bakı: Elm və təhsil, 2013, s.31–320
Araşdırmalar nəticəsində aydın olur ki, hələ qədim zamanlardan Kəngərli rayonunun heyvandarlarının bir qismi Ordubadın Göygöl və ətrafdakı yaylaqlarına getmək üçün Sirab, Nəhəcir, Qazançı və Boyəhməd istiqamətində hərəkət edərək Göygölə Baxşəliyev V. Naxçıvanın qədim köç yollarının tədqiqi // "Naxçıvan " Universitetinin Elmi Əsərləri. Naxçıvan: Nuh, 2017, № 2, s.178–179 gedirmişlər. Xok kəndindən Ordubadın Tüklü çimən yaylağından istifadə etmək üçün Xok-Sust-Payız-Türkeş-Naxçıvançay-Vayxır-Sirab-Nəhəcir-Qazançı-Teyvaz-Göydağ köç yollarından istifadə edirlər. Yaylaqdan arana yenərkən eyni köç yolları ilə yenirlər.