Fevzi Yaqubov (; ) — Texniki elmlər doktoru, professor, Krım Mühəndis-Pedaqoji Universitetinin rektoru (1993–2016). Ukrayna qəhrəmanı (2004), Krım Respublikasının fəxri vətəndaşı (2018).

Bioqrafiyası 10 noyabr 1937-ci ildə Krım Muxtar Sovet Sosialist Respublikasının Çernomorsk rayonunda anadan olmuşdur. Miliyyətcə Krım tatarıdır.

Təhsil Daşkənd Politexnik İnstitutunun mühəndis-mexanik, "Maşınqayırma texnologiyası" fakültəsini bitirmişdir (1956–1961), .

1966-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Doktorluq dissertasiyası "Kontakt proseslərinin termodinamikasının təhlili əsasında metal kəsici alətlərin davamlılığının artırılması yolları" olur. Texniki elmlər doktoru (1984), professor (1985). Krım Elmlər Akademiyasının üzvüdür (1994).

Fəaliyyəti Daşkənd Politexnik İnstitutu: 1961–1963 — müəllim,

1963–1966 — aspirant,

1966–1969 — baş müəllim,

1969–1975 — dosent, Universitetin partiya komitəsinin katibi,

1985 — professor,

1975–1993 — Maşınqayırma Texnologiyası kafedrasının müdiri.

1993-cü ildən Krım Dövlət Mühəndislik və Pedaqoji Universitetinin rektoru işləyir. 2016-cı ilin yanvarında Krım tatar gənclərini Ukrayna tərəfdarı təşkilatlarda iştirak etməməyə çağırmışdır.

1999-cu ildə Ukraynadakı prezident seçkiləri zamanı Leonid Kuçmanın etibarlı adamı olmuşdur. 2004-cü ildəki prezident seçkilərində Viktor Yanukoviçin etibarlı adamı olur.

2016-cı ilin noyabrında vəzifəsindən ayrılır. Bundan sonra Fevzi Yaqubov universitetin prezidenti və Krım Mühəndis-Pedaqoji Universitetin rektoru olur.

2018-ci ildə Rusiya Federasiyası Prezidentliyinə namizəd Vladimir Putinin təmsilçisi olur.

23 avqust 2019-cu ildə tarixində uzun bir xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişir.

Ailəsi Atası — Yaqub Kurtbebiye (1897–1953).

Anası — Mələk Yaqubova (1908–1971).

Həyat yoldaşı — Zeniye (1938).

Uşaqları — qızı Elvina (1964) və oğlu Çingiz (1972).

Mükafatları Ukrayna qəhrəmanı (4 oktyabr 2004).

T. Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı (2005).

Özbəkistan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri diplomu (1956, 1970, 1979).

Ukrayna Ali Radasının fəxri diplomu (2003).

Özbəkistan SSR əməkdar elm xadimi (1989).

Ukraynanın əməkdar təhsil işçisi (1997).

Qaspriralı Medalı (2017).

Krım Respublikasının fəxri vətəndaşı (2018).

İstinadlar

Mənbə Персональный сайт Февзи Якубова Kateqoriya:Rusiya siyasətçiləri