Nova effekti — həyatda baş verən hadisələrin qeyri-müəyyən nəticələrini fərqli dəyərləndirməyi ifadə edən anlayış. Nova effektinə görə, sonu pis olacağı gözlənilən hadisənin sonunun yaxşı olması və ya bunun əksi mümkündür. Bu anlayış "Hər işdə bir xeyir var", "stəkanın dolu tərəfindən baxmaq" kimi deyimlərlə xarakterizə oluna bilər. Nova effektinin əsas ideyası budur ki, bir şəxsin hər hansı bir hadisə və vəziyyətdə şanslı və ya şanssız olduğunu qətiyyətlə demək, eləcə də baş verən hadisənin sonradan nəyə yol açacağını qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.The Nova Effect. İstifadə tarixi: 29 may 2026. Nova effekti termin kimi ilk dəfə Riçard Vaysmen və Daniel Qilbert tərəfindən istifadə olunub.The Nova Effect: Why you’re becoming sadder with time. İstifadə tarixi: 28 may 2026.
Nova effekti həm də kiçik bir hadisənin böyük nəticələrə səbəb ola biləcəyini də istisna etmir (domino effekti və ya kəpənək effekti).
Nova effekti praktikada stoik düşüncə tərzi ilə əlaqələndirilə bilər.Nova effect, the tragedy of good luck. İstifadə tarixi: 29 may 2026.
Nova effektinə nümunələr
Fərz edək ki, Erik adlı biri itini itirir və onun tapılması üçün elan verir. Həmin iti tapan bir xanım elanı görüb iti sahibinə gətirə bilər. Görüşən bu iki şəxs bir-birini görüb sevə bilər. Beləcə, heç bir sosial əlaqəsi olmayan iki şəxs pis hadisə kimi görünən hadisələr zənciri nəticəsində görüşə və həyatlarını birləşdirə bilərlər.The Nova Effect: Embracing the Blessings of Bad Luck. İstifadə tarixi: 28 may 2026. Adi bir sınıq və ya qrip səbəbi ilə xəstəxanaya gedən xəstə ümumi yoxlanış nəticəsində daha ciddi, amma gizli inkişaf edən xəstəliyinin olduğunu öyrənə bilər. Qaçırılan avtobus üçün narahatlıq və əsəb keçirdə bilərik. Bəs yarım saat sonra həmin avtobusun qəza xəbəri gəlsə necə?
Həmçinin bax Verter effekti Mandela effekti Mörfi qanunları
İstinadlar
Kateqoriya:Sosial psixologiya