Jirayr Liparityan (; 10 iyul 1945, Beyrut, Livan) — erməni əsilli Amerika tarixçisi və diplomatı.

Həyatı Jirayr Liparityan 10 iyul 1945-ci ildə Beyrutda erməni ailəsində anadan olub.

Los-Anceles Kaliforniya Universitetini bitirib, tarix elmləri doktorudur.

1993-cü ildə Ermənistan xarici işlər nazirinin birinci müavini, 1991-1994 və 1994-1997-ci illər ərzində Ermənistan Prezidentinin siyasi analiz məsələləri üzrə müşaviri, Ermənistan Təhlükəsizlik Şurasının katibi və xüsusi tapşırıqlar üzrə elçisi vəzifələrində çalışıb.

Hal hazırda Miçiqan universitetində dərs deyir, Erməni tarixi kafedrasının müdiridir.

İstinadlar

Xarici keçidlər Acam-france.org saytında profili

Kateqoriya:Beyrutda doğulanlar Kateqoriya:Miçiqan Universitetinin müəllimləri Kateqoriya:Ermənistan diplomatları Kateqoriya:Los-Anceles Kaliforniya Universitetinin məzunları Kateqoriya:Erməniəsilli livanlılar Kateqoriya:Beyrutda doğulmuş siyasətçilər