Həsənli Sabir Hüseyn oğlu () — Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2014-cü il tarixli Sərəncamı. e-qanun.az
Həyatı Hacı Sabir Həsənli 1945-ci il oktyabrın 12-də Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. 1968-ci ildə ADU-nun şərqşünaslıq fakutəsini, 1982-ci ildə Daşkənd İslam Universitetini bitirmişdir. 1966–1967-ci illərdə Yəmən Ərəb Respublikasında tərcüməçi işləmişdir. Azərbaycanda ilk dəfə olaraq ilahiyyat elmləri üzrə alimlik dərəcəsi almışdır. 2015-ci ilin yanvar ayından Heydər Məscidinin sədridir.
Din tarixi və İslam fəlsəfəsinə dair "İman və elm", "Adəmdən Xatəmə", "Haqqa doğru", "İslam mədəniyyətində elm" kitablarının və elmi məqalələrin müəllifidir.
Bakı İslam Univeristetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavinidir. "Simurğ" Beynəlxalq Mədəniyyət assosiyasının vitse-presidentidir.
Evlidir, 2 övladı var.
Təltifləri "Şöhrət" ordeni — 30.12.2005
İstinadlar
Xarici keçidlər Sabir Həsənli Tərcümeyi-hal / Hacı Sabir Həsənli. presscouncil.az
Kateqoriya:Hacılar Kateqoriya:Azərbaycan universitetlərinin rektorları Kateqoriya:Azərbaycan teoloqları Kateqoriya:Bakı İslam Universitetinin müəllimləri