İmarət və ya İmarətxana — Osmanlı imperiyası dövründə yoxsullara kömək etmək üçün yaradılmış xeyriyyə təşkilatlarıdır. Başlanğıcda, imarətxanalarda; ətraf ərazilərdən şəhərə gələn, səyyahlara, kasıblara və imkansızlara ərzaq, tibbi və geyim köməyi edilirdi. Daha sonra imarətxanalar yalnız yemək verilən yerlərə çevrilmişlər.

İmarətin xərcləri imarəti yaradan şəxs tərəfindən yaradılmış fondun gəlirləri ilə qarşılanırdı. Bəyliklər dövründə imarətləri fondlara təhvil vermə üsulu Osmanlı dövründə də davam etmişdir. Osmanlı imperiyasının ilk imarəti 1331-ci ildə fəth edildikdən bir neçə il sonra İznikdə yaradılmışdır.

Demək olar ki, hər sosial kompleksdə bir imarətxana mövcud idi. Ümumiyyətlə düzbucaqlı plan üzərində qurulmuş imarətxanalarda, ortada üstü açıq bir həyət, həyətin ətrafında; Mətbəx, soba, yemək otaqları və müdirlərin otaqları yerləşirdi. İmarəti meydana gətirən hissələr yerli ehtiyaclara görə azaldılır və ya çoxaldılırdı. Misal üçün; II Bəyazidin İstanbulda tikdirdiyi imarətxanada ən çox məscid və mətbəx hissələrin diqqət verilirdi və xəstəxanası yox idi. Ancaq 1486-cı ildə Ədirnədə tikilən imarətxanada yerli xalqın istəyi ilə xəstəxanaya ən böyük əhəmiyyət verilmiş, məscid və mətbəx ikinci sırada qalmışdır.

Fateh Sultan Məhəmməd tərəfindən tikilən Fateh İmarətxanasının kitabəsində imarətxananın vəzifəsi: "Bir şəhərdən digərinə gələn qonaqlar üç gün müddətində imarətxananın yataq otaqlarında yata bilər, imarətxananın mətbəxindən yeyib içə bilər və heyvanı imarətxananın axurunda "karvansarayında" bəslənilə bilər, ancaq qonağın qonaqlığının üç gündən çox olmayacağı üçün üç gündən sonra sərbəst buraxılmalıdır…" formasında göstərilmişdir.

İstinadlar

Ədəbiyyat siyahısı

Əlavə ədəbiyyat siyahısı Barkhan, Lutfi. McCarthy, Justin. " The Price Revolution of the Sixteenth Century: A Turning Point in the Economic History of the near East." International Journal of Middles East Studies, Vol 6, No.1 (1975): 3–28. Barnes, Robert. 1986. An Introduction to Religious Foundations in the Ottoman Empire. Leiden: Brill. Griswold, William J. 1984. "A Sixteenth Century Ottoman Pious Foundation." Journal of the Economic and Social History of the Orient 27, 2: 175–198. Jennings. Ronald C. 1990. "Pious Foundations in the Society and Economy of Ottoman Trabzon, 1565–1640." Journal of the Economic and Social History of the Orient 33, 3: 271–336.

Shaham, Ron. " Christian and Jewish "Waqf" in Palestine during the Late Ottoman Period." Bulletin of the School of Oriental and African Studies, Vol 54, No. 3 (1991): 460–472.

Kateqoriya:Osmanlı imperiyası Kateqoriya:Türk mədəniyyəti Kateqoriya:Osmanlı mədəniyyəti Kateqoriya:İmarətxanalar Kateqoriya:Osmanlı dövrünün abidələri Kateqoriya:İslam Kateqoriya:İslam terminləri Kateqoriya:Osmanlı imperiyasının dövlət təşkilatı Kateqoriya:Osmanlı cəmiyyəti Kateqoriya:Xeyriyyəçilik