Musa Qarayev (; ) — Sovet hərbi pilotu, polkovnik, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Böyük Vətən müharibəsinin iştirakçısı.

Bioqrafiyası Musa Qarayev 9 iyul 1922-ci ildə Başqırdıstan MSSR-nın Belebeev qəzasının İləkşide kəndində (indiki Başqırdıstanın İleş rayonu) kəndli ailəsində anadan olmuşdur. Milliyyətçə başqırddır. Atası Qays Əhmədmedeyev İləkşide kəndindən, anası Gülnafisin İmyanlikulevo kəndindəndir. 1929-cu ildə Qarayevlər ailəsi Taşçeşma kəndinə köçür. 1937-ci ildə Bişkuray kəndindəki məktəbdə təhsil alır.

1940-cı ildə Xalq Dəmir Yolları Komissarlığının Ufa Dəmiryol Texnikumunu bitirir. Elə həmin il texniki məktəbdə təhsilini yarımçıq qoymadan Ufa aeroklubundan məzun olur.

15 dekabr 1940-cı ildə Başqırd MSSR-nın Ufa şəhərinin Jdanov rayon hərbi qeydiyyat və komissarı tərəfindən orduya çağırılmışdır.

25 sentyabr 1942-ci ildə Engels Hərbi Aviasiya Məktəbini bitirdikdən sonra cəbhəyə göndərilir.

25 sentyabr 1942-ci ildən çavuş rütbəsi alaraq aktiv ordunun pilotu olur və 944-cü alayda qulluq edir.

1944-cü ildə Qarayev 3-cü Belorus Cəbhəsi 1-ci Hava Ordusunun 1-ci Qvardiya Hücum Aviasiya Diviziyasının, 76-cı Qvardiya Hücum Aviasiya Alayının eskadron komandiri təyin edilir

Ümumilikdə, İkinci Dünya müharibəsi dövründə Musa Qarayev əxminən 250 dəfə döyüş uşuşunda iştirak edir. Mayor rütbəsində alay komandiri olaraq müharibəni bitirir. 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradının iştirakçısı olur.

Müharibə bitdikdən sonra bir aviasiya alayına rəhbərlik edir. 1951-ci ildə Frunze Hərbi Akademiyasını, 1959-cu ildə isə SSRİ Baş Qərargah Hərbi Akademiyasını bitirmişdir. 1956-cı ildə ona "polkovnik" hərbi rütbəsi verilir. 1964-cü ildən sağlıq səbəbi ilə ehtiyata buraxılır. Ufa şəhərində yaşamış və işləmişdir. 1965–1977-ci illərdə Rusiyanın Ordu, Aviasiya və Donanmasına Kömək Könüllü Cəmiyyətinin Başqırd Respublika Komitəsinin sədri olmuşdur.

2–4-cü çağırış SSRİ Ali Sovetinin deputatı (1946–1958), 7 və 9-cu çağırışlar Başqırdıstan MSSR Ali Sovetinin deputatı olur.

1973-cü ildə ilk dəfə Böyük Vətən Müharibəsinə əsaslanan "Qırıcılar hədəfə getir" adlı bioqrafik kitabını nəşr etdirir.

Musa Qarayev 17 sentyabr 1987-ci ildə uzun bir xəstəlikdən sonra 65 yaşında vəfat edir. Ufada Qələbə Parkında dəfn edilmişdir.

Ailə Həyat yoldaşı Qalina Aleksandrovna Qarayeva (Miqunova) (1924–08.19.2016). Oğulları: Valeri (1944-cü il təvəllüdlü) və Yevgeni — Biologiya Elmləri namizədi, Ümumrusiya Göz və Plastik Cərrahiyyə Mərkəzinin baş elmi işçisi.

İstinadlar

Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:İki dəfə Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:1945 Moskva Qələbə Paradının iştirakçıları Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları Kateqoriya:Başqırdlar Kateqoriya:Başqırdıstan şəxsləri