Cahit Bağçı (; ) — Türkiyəli siyasətçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2021—2024).

Həyatı Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.

Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb.

Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub.

1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb.

Vanda Cəza və İcra Qurumları, Həbs Evlərini İzləmə Şurasının üzvü və məruzəçisi vəzifəsində çalışıb. Aİ Təhsil və Gənclik Proqramları Mərkəzində koordinator və məsləhətçi olub.

ingilis dilini yüksək səviyyədə, alman və ərəb dillərini orta səviyyədə bilir. Evlidir, 3 övladı var.

3 aprel 2021-ci ildə Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

İstinadlar

Xarici keçidlər Büyükelçinin Özgeçmişi Cahit Bağcı kimdir, kaç yaşında, nereli, mesleği ne? İşte kariyeri Eski AK Parti Milletvekili Cahit Bağcı Azerbaycan Büyükelçiliği'ne atandı Cahit Bağcı Kimdir?

Kateqoriya:Türkiyənin Azərbaycandakı səfirləri Kateqoriya:TBMM XXIII çağırış deputatları Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:Elmlər doktorları