thumb|Tatulu bosniyalı qadının rəsmi. Bosniya və Herseqovinada xristian tatuları (və ya serb-xorvat dilində sicanje ("siçanye" oxunur) ― Bosniya və Herseqovinada Osmanlı hakimiyyəti dövründə (1463–1878)The Early Age of Greece; Cambridge University Press, p493-496 Roma katolikləri arasında geniş yayılmış və XX əsrə qədər davam edən adət. Katoliklər tatunu uşaqlarını devşirmədən qurtarmaq üçün edirdilərsə, qadınlar əsarətdən qaçmaq ümidi ilə döymə etdirirdilər.
Bu adətin nəyin ki slavyanların Balkanlara köç etməsindən, hətta xristanlığın burada yayılmasından öncə mövcud olduğu hesab edilir. Eramızdan əvvəl I əsrdə, yunan tarixçisi Strabon bu ərazidə yaşayan sakinlərinĆiro Truhelka:Die Tätowirung bei den Katholiken Bosniens und der Hercegovina (published in Wissenschaftliche Mittheilungen Aus Bosnien und der Hercegovina, herausgegeben vom Bosnisch-Hercegovinischen Landesmuseum in Sarajevo, redigiert von Dr. Moriz Hoernes, Vierter Band, Wien 1896) digər İlliriya adət-ənənələri içərisində döymə ənəsinin da adını çəkir.Albania and the Albanians: selected articles and letters 1903-1944, by M. Edith Durham, Harry Hodgkinson, Bejtullah D. Destani Yunanıstan, Şimali Makedoniya və Herseqovinadan olan vlax qadınları da öz xeyirləri üçün döymələrdən istifadə edirdilər. XIX əsrin sonlarında arxeoloq Çiro Truhelka bu tip tatuları araşdırmağa başladı və onlar haqqında yazan və təsvir edən ilk tədqiqatçılardan biri oldu.Truhelka, Ciro. Wissenschaftliche Mittheilungen Aus Bosnien und der Hercegovina: "Die Tätowirung bei den Katholiken Bosniens und der Hercegovina." Sarajevo; Bosnian National Museum, 1896.
Ölkənin bəzi bölgələrindəki Bosniyalı qadınlar qollarını və digər görünən bədən hissələrini (alın, yanaqlar, biləklər və ya boynun alt hissəsi kimi) xristian simvolları və steçak bəzəkləri ilə tatu edirlər. Müasir dövrdə bu ənənə təkçə Bosniya və Herseqovinada deyil, xaricdə yaşayan bosniyalı qadınlar arasında da yayılıb.
İstinadlar
Xarici keçidlər
Bosniya və Herseqovinada xorvatlar Babamın döyməsi olduğunu heç vaxt bilmirdim
T Kateqoriya:Xorvatların Bosniya və Herseqovinada tarixi Kateqoriya:Tatuirovka və din Kateqoriya:Osmanlı imperiyasında Roma-Katolik kilsəsi Kateqoriya:Osmanlı dövründə Bosniya və Herseqovina Kateqoriya:Xorvatiya mədəniyyəti