thumb|right|200px|Berat şəhərində Bizans pravoslav kilsəsi. Albaniyada xristianlıq 325-ci ildə bütün ölkəyə yayıldı. 1100-cü ildən Bizans imperiyası ərazidə ruhani missiyalarını yerinə yetirirdi. Venesiyanın artan təsiri ilə əlaqədar olaraq, fransisklər 13-cü əsrdə bölgədə yerləşməyə başladılar. 15-ci əsrdən 19-cu əsrə qədər, Osmanlı İmperatorluğunun hakimiyyəti dövründə əksəriyyət İslamı qəbul etdi və xristianlıq ölkədə dominantlığını itirdi. Kommunizmin süqutundan sonra Albaniya hökumətinin verdiyi statistikaya görə, əhalinin 58% müsəlman, 10% katolik, 7% pravoslav və 15% ateist idi, lakin zəif sayma prosesinə görə və əksər vətəndaşlarla əlaqənin qurulmamasına görə 2011-ci ildə keçirilən sorğu əhalinin böyük hissəsinin fikrini öyrənə bilmədi. 2011-ci il siyahıyaalınmasında əhalinin elan edilmiş dini mənsubiyyəti aşağıdakı kimidir: 56,7% müsəlman, 13,79% fikrini bildirmədi, 10,03% katolik, 6,75% pravoslav, 2,5% ateist, 2,09% bəktaş, 0,07% digər xristianlar və 0,02% digər inanclar.Albanian census 2011
2015-ci ildə aparılan araşdırmaya, əsasən 13.000 insan İslamdan imtina edərək xristianlığı qəbul etmişdir.
Pravoslavlıq Hökumətin 2010-cu ildə verdiyi rəqəmlərə görə albanların təxminən% 20-ı pravoslavlığa inanır. 2011-ci il əhalinin siyahıyaalınmasına ıəsasə, pravoslav xristianlar əhalinin əhalinin 6,75%-nı təşkil edirdilər. Albaniya tarixən həm katolik kilsəsi, həm də pravoslavlıqla əlaqələri var. Albanlar bölgədəki missionerləri qarşılayan və xristianlığı qəbul edən ilk xalqlar arasında idilər. 1054-cü ildə Kilsənin bölünməsindən sonra pravoslavlıq Bizans hakimiyyəti altındakı ərazilərdə yaşayan albanların dininə çevrildi.
Alban dilində ilk pravoslav ayinləri Albaniyada deyil, Pensilvaniya və Massaçusettsdə keçirildi. Ardından, pravoslav pilsəsinin kommunist Albaniyada rəsmi mövcudluğuna icazə verilmədiyindən, alban pravoslavlığı Filadelfiyada sürgündə xilas olundu, Filadelfiyada kilsə 1913-cü ildə quruldusa, Bostonda bu 1965-ci ildə baş verdi.
Roma-Katolik kilsəsi thumb|right|200px|Vlyora şəhərində katolik kilsəsi Albaniya Katolik Kilsəsi, Roma Papasının ruhani rəhbərliyi altında dünya katolik kilsəsinin bir hissəsidir. 2011-ci ildə hökumət tərəfindən verilən rəqəmlərə görə dindar əhalinin təxminən 10.03%-ı katolik olduğunu bildirdi, lakin yeni hökumət məlumatları katoliklərin yüzdə 21.3 olduğunu göstərdi. Ölkədə beş yeparxiya mövcuddur, o cümlədən iki arxiyeparxiya və Albaniyanın cənubunu əhatə edən apostol idarəsi də fəaliyyət göstərir.
Osmanlı istilasına qədər albanlar arasında ən çox yayılmış din xristianlıq idi. Şimali albanları katolik idilərsə, cənubda yaşayanlar pravoslavlığın tərəfdarları idilər.
Protestantlıq Protestantlar sayı Albaniyada təxminən 8000-dir, ölkədə Albaniya Yevangelik İttifaqı (VUSH) daxil olmaqla 189 fərqli protestant dərnəyi var.
thumb|Tirana şəhərimnin katolik kilsələrindən biri.
Həmçinin bax
Albaniyada din
İstinadlar
Xarici keçidlər