Monika Krimadi ( ) — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Albaniya prezidenti İlir Metanın həyat yoldaşıdır. Monika Kremadi Albaniyanın birinci xanımı vəzifəsindən imtina edərək əvəzinə rolu böyük qızı Boraya həvalə etmişdir.
Təhsili Monika Krimadi 9 aprel 1974-cü ildə Tiranada anadan olub, orta məktəbi orada bitirib. 1992-ci ildən Tirana Universitetinin Təbiət Elmləri fakültəsində üzvi kimyaçı kimi təhsil almışdır. 1999-cu ildə Qarmiş-Partenkirhendə Corc Marşal adına Avropa Təhlükəsizlik Məsələlərini Araşdırma Mərkəzində oxuyur. 2000–2002-ci illərdə Tirana Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, işin idarəedilməsi üzrə magistr dərəcəsi almışdır. Təhsilini aspiranturada davam etdirmişdir.
Siyasi karyerası Krimadi siyasi karyerasına 1991-ci ildə FRESSH-in (Albaniya Sosialist Partiyasının gənclər təşkilatı) qurucularından biri olanda başlayır. 1992-ci ilin yanvar ayında Rəyasət Heyətinin üzvü seçilir və həmin ilin may ayında I və II FRESSH Konqreslərinin Baş katibi seçilir. 2002-ci ilin aprel ayına qədər FRESSH-in prezidenti vəzifəsində çalışır. 1995–2000-ci illərdə Beynəlxalq Sosialist Gənclər Birliyinin vitse-prezidenti seçilir. Krimadi 1991-ci ilin dekabrından 2004-cü ilin sentyabrına qədər Sosialist Partiyasının üzvü olur. Bu müddət ərzində 2001–2005-ci illərdə Albaniya Xalq Məclisinin deputatı olur. İki dəfə Tirana bələdiyyə məclisinə seçilir və oradan Avropa Şurasındakı nümayəndə heyətinin katibi təyin olunur. 2004-cü ilin sentyabrında Albaniya Sosialist Partiyasından ayrılaraq Sosialist İnteqrasiya Hərəkatını qurur. Monica Krimadi bu gün Sosialist İnteqrasiya Hərəkatının Tirana şöbəsinin baş katibidir.
Şəxsi həyat Siyasətçi İlir Meta ilə evlidir, üç övladı var: Bora, Besar və Era.
Televiziya Monika Krimadi 2005-ci ildə Kënga Magjike alban musiqi yarışmasında Mailinda Bregu ilə duet oxumuşdur və oradakı münsiflərdən biri olmuşdur.
İstinadlar
Mənbə Profilet e Kryesise se Lsi — LSI Kateqoriya:XXI əsr Albaniya siyasətçiləri Kateqoriya:XXI əsr Albaniyanın qadın siyasətçiləri