Astronomik obyekt, göy cismi, səyyarə və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir.

Qalaktika və daha çoxu Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır.

Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər. Həmçinin, qalaktikaların cırtdan qalaktikalar və kürəvi topalar şəklində peykləri də ola bilər.

Qalaktikanın daxili Qalaktikanın tərkib hissələri iyerarxik şəkildə qravitasiyanın öz-özünə cazibəsi ilə yığılan qazlı maddədən əmələ gəlir. Bu səviyyədə yaranan əsas komponentlər, adətən, kondensləşən müxtəlif dumanlıqlardan topalar halında bir yerə yığılan ulduzlardır. Ulduz formalarının böyük müxtəlifliyi demək olar ki, tamamilə bu ulduzların kütləsi, tərkibi və təkamül vəziyyəti ilə müəyyən edilir. Ulduzlar iyerarxik bir təşkilatda bir-birinin ətrafında dövr edən çoxulduzlu sistemlərdə tapıla bilər. Planet sistemi və asteroidlər, kometlər və dağıntılar kimi müxtəlif kiçik obyektlər yeni yaranmış ulduzları əhatə edən protoplanetar disklərdən iyerarxik yığılma prosesində yarana bilər.

Müxtəlif xarakterik ulduz növləri Hertsşprunq–Rassel (H–R) diaqramı — mütləq ulduz parlaqlığı ilə ona qarşılıq gələn səth temperaturu arasındakı əlaqə ilə göstərilir. Hər bir ulduz bu diaqram boyunca təkamül yolunu izləyir. Bu iz ulduzu daxili dəyişən növünə malik oblastdan keçirirsə, onun fiziki xüsusiyyətləri onun dəyişən ulduza çevrilməsinə səbəb ola bilər. Buna bir misal, H–R diaqramının Delta Qalxan, RR Lira və Sefeid dəyişənlərini ehtiva edən oblastı olan qeyri-stabillik zolağıdır. Təkamüldə olan ulduz atmosferinin bir hissəsini ataraq dumanlıq, yaxud müntəzəm olaraq planetar dumanlıq meydana gətirə, ya da qalıq buraxan fövqəlnova partlayışında. Təkamüldə olan ulduz, dumanlıq və ya müntəzəm planetar dumanlıq yaratmaq, ya da qalıntı buraxan ifratdumanlıq partlayışı səbəbindən atmosferinin bir hissəsini kənarlaşdıra bilər. Ulduzun ilkin kütləsindən və yoldaşının olub-olmamasından asılı olaraq, ulduz ömrünün son hissəsini kompakt bir obyekt; ya ağ cırtdan, neytron ulduzu, ya da qara dəlik kimi keçirə bilər.

Forması Beynəlxalq Astronomiya İttifaqının (BAİ, ing. IAU – International Astronomical Unit) planet və cırtdan planetlərə dair verdiyi təriflər tələb edir ki, Günəş ətrafında fırlanan astronomik cismin təqribi olaraq sferik formaya çatması üçün hidrostatik tarazlığa çatmalı, yəni yuvarlaqlaşdırma prosesindən keçməlidir. Eyni sferoidal forma Mars kimi kiçik qayalıq planetlərdən Yupiter kimi qaz nəhənglərinə qədər görünə bilər. Günəş ətrafında fırlanan hidrostatik tarazlığa çatmış hər hansı təbii cisim BAİ tərəfindən kiçik Günəş Sistemi cismi (KGSC) kimi təsnif edilir. Bunlar bir çox qeyri-sferik formalarda olurlar ki, bu da toz və qayaların içərisinə düşmə nəticəsində təsadüfi, necə gəldi yığılan topa kütlələrdir; bu zaman yuvarlaqlaşdırmanı tamamlamaq üçün lazım olan istiliyi yaratmaq üçün kifayət qədər kütlə yığılmır. Bəzi KGSC-lər sadəcə qravitasiya ilə bir-birinin yanında zəif saxlanılan, lakin əslində vahid böyük təməl qayayla birləşməyən nisbətən kiçik süxurların toplusudur. Daha böyük olan bəzi KGSC-lər az qala yuvarlaqdır, lakin hidrostatik tarazlığa çatmayıb. Kiçik Günəş Sistemi cismi 4 Vesta ən azı qismən planetar diferensiasiyaya məruz qalacaq qədər böyükdür. Günəş kimi ulduzlar da qravitasiyanın onların plazmasına, yəni sərbəst axıcılıqlı flüidinə təsirinə görə sferoiddir. Ulduzlarda davam edən sintez, formalaşma zamanı buraxılan ilkin istiliklə müqayisədə ulduzlar üçün daha böyük istilik mənbəyidir.

Mövqeyə görə kateqoriyalar Aşağıdakı cədvəldə cisim və obyektlərin yerləşdiyi yerə və ya quruluşuna görə ümumi kateqoriyalar verilmişdir. Günəş sisteminin cisimləri Günəşdənxaric Müşahidə oluna bilən kainat Sadə cisimlər Mürəkkəb obyektlər Yayılan obyektlərGünəş sistemi Nəhəng planet Qaz nəhəngi Buz nəhəngi Heliosfer Oort buludu Hillz buludu Meteoroid Mikrometeoroid Meteor Bolid Peyklər Minipeyklər Subpeyklər Kiçik planetlər Asteroids Cırtdan planetlər Peyklər İkiliklər Sinestiya Planetlər Halqa sistemi Trans-Neptun obyektləri Kiçik Günəş sistemi cismi Kometlər Planetezimal Kontakt ikiliyi Günəş

Planetlər Merkuri Venera Yer – peyk Mars – peyklər Yupiter – peyklər Saturn – peyklər Uran – peyklər Neptun – peyklər

Cırtdan planetlər Pluton – peyklər Erida – Disnomiya Serera Makemake – peyk Haumea – peyklər Digərləri

Kiçik planetlər Vulkanoidlər Vatiras Apohelelər Yerəyaxın obyektlər PHO Arcunalar Atonlar Apollonlar Amorlar Marsdan keçənlər Asteroid qurşağı Alindalar Kibelalar Eoslar Floralar Hildalar Hunqariyalar Higeyalar Koronidlər Mariyalar Nisalar Palladlar Fokeilər Femidalar Vestalar Troyanlar Yer Mars Yupiter Uran Neptun Kentavrlar Damokloidlər Koyper qurşağı obyektləri Klassik KQO-lar Rezonanslı TNO-lar Plutinolar Tutotinolar Səpələnmiş disk obyektləri Ayrılmış obyektlər SednoidEkzoplanetlər Xtonian Yerin analoqları Eksentrik Yupiter Ekzopeyk Gəl-getlə ayrılmış ekzoplanet Qızmar Yupiter Qızmar Neptun Sərgərdan planet Okean Pulsar planet İfrat Yer Troyan

Qəhvəyi cırtdanlar Tiplər M L T Y Sub-qəhvəyi cırtdanlar

Ulduzlar Ulduz təsnifatı Ulduz populyasiyası Pekulyar ulduz Ulduz təkamülü Dəyişən ulduz Kompakt ulduz

İşıqlıq üzrə / təkamül Protoulduz Cavan ulduz obyekti Ön əsas ardıcıllıq Əsas ardıcıllıq Subcırtdanlar Subnəhənglər Nəhənglər Qırmızı / Göy Parlaq nəhənglər İfratnəhənglər Qırmızı / Göy Hipernəhənglər Kvaziulduz Kompakt ulduzlar

Kompakt ulduzlar Qara dəlik Ulduz Orta kütləli İfratkütləli GRBs Neytron ulduzu Magnetar Pulsar Torn–Jitkov obyekti Preon ulduzu Kvark ulduzu Qəribə ulduz Ağ cırtdan Qara cırtdan

Pekulyar ulduzlara görə A-tip Pekulyar Metallik Barium Göy straqqler Karbon P Qu S-tip Qabıqlı Volf–Raye

Dəyişənlər – Xarici Fırlanan Alpha2 CVn Ellipsoidal Ekliptikalı ikliklər Alqol Beta Lira W Ursa Majoris

Dəyişənlər – Daxili Pulsasiyalı Sefeidlər W Qız Delta Qalxan RR Lira Mirid Yarımüntəzəm Qeyri-müntəzəm Beta Sefeya Alfa Qu RV Buğa Partlayan dəyişənlər Flare stars T Buğa FU Orionis RCr Borealis Parlayan mavi Kataklizmik Simbiotik Cırtdan yeni Yeni İfratyeni Tip: Ia Ib/c II Hiperyeni GRBs Uğursuz ifratyeni

Spektral tiplər üzrə O B A F G K M Sistemlər Planetar Ulduz Ulduzlar ümumilikdə İkilik Üçlük Yüksək tərtibli

İkilik ulduzlar Müşahidəyə görə Optik Vizual Astrometrik Spektroskopik Ekliptik Qapalı ikiliklər Müstəqil Yarımüstəqil Kontakt X-şüalı Partlayıcı

Ulduz qruplaşmaları Ulduz topası Ulduz birləşməsi Açıq Yuvarlaq Hiperkompakt Bürc Asterizm

Qalaktikalar Qalaktikalar ümumilikdə Qrup və topa Peyk qalaktika İfrattopa Komponent üzrə Bulge Spiral qol Nazik disk Qalın disk Halə Tac Gəl-get quyruğu Ulduz axını Morfologiyasına görə Spiral Maneəli spiral Linzavarı Elliptik Halqa Nizamsız Ölçüsünə görə Parıldayan topa Nəhəng elliptik Cırtdan Tipə görə Protoqalaktika Ulduz partlayışı Qaranlıq Aktiv Radio Seyfert Kvazar Mikrokvazar BlazarDisklər və mühit Planetlərarası Toz buludu Mühit Maqnit sahəsi Ulduz diski Akkresiya Dairəvi ulduz Protoplanetar Debris Ulduzlararası Bulud Mühit ORCs Qalaktikalararası Toz Mühit ORCs Dumanlıq Şüalanma Planetar İfratyeninin qalığı Plerion H II oblastı Qayıtma Qara dumanlıq Molekulyar bulud Bok qlobulu Proplid H I oblastı Kosmik miqyas KMFŞ Kosmik sim Qaranlıq materiya MACHO WIMP Domen çəpəri Toz Sap LQG Voyd

İstinadlar

Xarici keçidlər

Monthly skymaps for every location on Earth

Kateqoriya:Astronomik obyektlər Kateqoriya:Astronomiya Kateqoriya:Kosmos Kateqoriya:Astrofizika