Rahid Zahid oğlu Ələkbərli () — azərbaycanlı rabitəçi-mühəndis, idarəetmə üzrə fəlsəfə doktoru, Azərbaycan Texniki Universitetinin Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini (2023–2025), rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsini müvəqqəti icra edən (2023–2025). Bundan əvvəl Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri (sentyabr–oktyabr 2023) olub.

Bundan əvvəl Naxçıvan MR-in rabitə və yeni texnologiyalar naziri (sentyabr–oktyabr 2023), "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş informasiya direktoru (2022–2023); Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının idarə heyətinin sədri (2022); Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin (NRYTN) müşaviri (2021–2022); NRYTN-in Dövlət Radiotezliklər İdarəsinin rəisi (2018–2021) olub.

Həmçinin NRYTN yanında İnternetin İnkişafı üzrə Koordinasiya Şurasının üzvü; Azərbaycan İnternet Cəmiyyətinin (ISOC Azərbaycan) üzvü, ISOC İngiltərə üzvü və ISOC Yaponiyanın üzvüdür.

Volden Universitetinin İnformasiya Sistemləri İdarəçiliyi üzrə fəlsəfə doktorudur.

Ailəlidir, 2 övladı var.

Təhsili 1994–1998-ci illərdə Azərbaycan Texniki Universitetində Radioelektron vasitələrinin konstruksiyası və texnologiyası ixtisası üzrə bakalavr ali təhsili alıb.

1998–2000-ci illərdə isə həmin ixtisas üzrə magistr təhsili alıb və fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2000–2002-ci illərdə Fotoelektronika İnstitutunda, 2002–2003-cü illərdə isə Fizika İnstitutunda elmi tədqiqat mühəndisi kimi "Fiziki proseslərin avtomatlaşdırılması" ixtisası üzrə aspirantura təhsili alıb. 2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda müxtəlif mövzularda elmi araşdırmalarını davam etdirir.

2017–2020-ci illərdə Birləşmiş Krallığın Liverpul şəhərində yerləşən Liverpul Universitetində "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə magistratura təhsili alıb. 2020-ci ildə bu universitetdə "Developing A Data-Driven Radio Frequency Administration for Spectrum-Sharing, Strategic Utilization and Sharing-Readiness in Azerbaijan as a Case Example" adlı elmi iş müdafiə edərək informasiya texnologiyaları üzrə magistr pilləsini yüksək nəticələrlə bitirib.

2021–2023-cü illərdə Amerika Birləşmiş Ştatlarının Volden Universitetində "Xəzər hövzəsi nəqliyyat qovşaqlarında Big Data İdarəçiliyi ilə korporativ idarəçilik arasında uyğunluğun tənzimlənməsi" mövzusunda "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə Fəlsəfə magistri elmi dərəcəsi qazanıb.

Hazırda Volden Universitetində Big Data və kibertəhlükəsizlik idarəçiliyi üzrə çərçivə prinsiplərinin hazırlanması istiqamətində elmi-tədqiqat fəaliyyəti ilə də məşğuldur. Həmin universitetin İnformasiya Sistemləri İdarəçiliyi üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycanın milli telekomminikasiya operatoru olan "Bakı Şəhər Telefon Rabitəsi" İstehsalat Birliyində mühəndis-texnik kimi başlayıb.

1997–1999-cu illərdə "İnam" tibb müəssisəsində kompüter proqramçısı, 2001-ci ildə Bakinternetdə aparıcı mühəndis olaraq ilk dövlət İnternet Servis Provayderinin formalaşmasında iştirak edib.

Azərbaycanın milli rabitə şirkəti olan Delta Telekomda mühəndis, 2002–2006-cı illərdə baş mühəndis, 2006–2013-cü illərdə texniki direktor, 2013-cü ildə isə kommersiya direktoru olaraq fəaliyyət göstərib.

Azərbaycanın ilk İnternet Magistralı, peyk rabitə şəbəkələri, regionun ən iri optik şəbəkə magistralının qurulub istifadəyə verilməsi kimi layihələri həyata keçirmişdir. 2011-ci ildən hazırlıq işlərinə başlanılan Europe-Persia Express Gateway (EPEG) layihəsinin Azərbaycan seqmentinin layihələndirilməsi, tikinti-quruculuq və həyata keçirilməsinə rəhbərlik etmiş, Azərbaycanın ilk iri-tutumlu tranzit layihəsi uğurla həyata keçirilmişdir.

2013–2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdindəki ADA Universitetində (Azərbaycan Diplomatik Akademiyası) informasiya texnologiyaları və sistemləri üzrə rəhbər olub."ADA" Universiteti SAP Universiteti Alyansının üzvü oldu

2018–2021-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəhbəri olub.Dövlət Radiotezliklər İdarəsinə yeni rəhbər təyin olundu

2019-da Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Bürosunun Yerüstü Xidmətlər üzrə 5-ci Tədqiqat Qrupuna sədr müavini vəzifəsinə seçilib. Həmin il Çexiyanın Praqa şəhərində Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransının (CEPT) hazırlıq qrupunun iclasında "Ümumdünya Radiorabitə Konfransı – 2019"un gündəliyinin 8-ci bəndi üzrə müzakirələrdə CEPT-də koordinatorluq edib.Azərbaycan Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransında koordinatorluq edir

2021-ci ilin martından 2022-ci ilin yanvarına qədər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri olub.

22 fevral 2022-ci ildə təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) idarə heyətinin sədri kimi fəaliyyətə başlayıb. Assosiasiyanın fəaliyyəti kibertəhlükəsizlik sahəsinin inkişafı, əlaqədar tərəflərin vahid bir platforma olan AKTA vasitəsilə birləşdirilməsi təşəbbüsləri, təhsil sahəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik proqramlarının inkişaf etdirilməsi, ictimai fəaliyyətin gücləndirilməsi və digər fəaliyyətlər illik ümumi yığıncaqda müsbət qiymətləndirilmişdir.

2022-ci il 14 noyabr tarixindən etibarən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş informasiya direktoru vəzifəsində fəaliyyət göstərib.

2023-cü il 8 sentyabr tarixində Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar nazir təyin edilib.

2023-cü il noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında NMR-in Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yaradılıb. A. İbrahimovun digər bir sərəncamı ilə də R. Ələkbərli NMR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilib. Həmçinin Rəqəmsal inkişaf və nəqliyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası nazir müavini Ələkbərliyə həvalə edilib.

Mükafatları və təltifləri 2005 — "İntellekt — 2005" mükafatı 2007 — Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Fəxri Rabitə Ustası" 2009 — Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmişdir 2012 — Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Fərqlənmə diplomu": "Eurovision-2012 tədbiri üçün internetin və beynəlxalq rabitənin təşkilinə görə" 2017 — Netty Mükafatı: İnformasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə fəxri mükafat 2019 — "Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi" medalı ilə təltif olunmuşdur. 2023 — "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Həmçinin bax

Rəşad Nəbiyev Fuad Nəcəfli Anar İbrahimov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

İstinadlar

Xarici keçidlər Rahid Ələkbərli: FM radioları tezliklə tarixə qovuşacaq

Azərbaycanda internetin keyfiyyəti və bu sahədə olan problemlərdən bəhs edən debat: "Açıq söhbət" verilişi 5G texnologiyasının insan səhhətinə nə kimi təsiri ola bilər? Delta Telecom Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki direktoru Rahid Ələkbərli ilə müsahibə Bakıda EPEG Konsorsiumunun üçüncü iclası keçirilmişdi Naxçıvan TV-də “Üzbəüz verilişində ADA-nın rəsmi saytında Rahid Ələkbərli Internets copy: Current state, problems and perspectives Bakıda İslam Əməkdaşlığı Təşkilatı ölkələri üzrə kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin beynəlxalq konfransı keçirilib Əli Nağıyev AKTA-nın təqdimat mərasimində — Fotolar