UEFA Çempionlar Liqası 2021/2022 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 67-ci mövsümü və turnirin adı "Çempion Klublar Kuboku"ndan "UEFA Çempionlar Liqası"na dəyişdirilməsindən sonra 30-cu mövsümüdür.

Final matçı Sankt-Peterburq şəhərində yerləşən "Yeni Zenit Stadionu"nda (digər adı ilə desək "Krestovski") keçirilməsi planlaşdırılsa da, Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən məkan Fransaya – Paris şəhərindəki "Stad de Frans"a dəyişdirildi.

1998–99 mövsümündən sonra ilk dəfədir ki, məhz bu mövsümdə UEFA klublar üçün 3 müsabiqə təşkil edir. Belə ki, bu mövsümdən UEFA Konfrans Liqası da keçiriləcək. Çempionlar Liqasının formatında hər-hansı bir dəyişiklik baş verməyib. Keçən mövsümlə aradakı tək fərq, bu turnirin ilkin mərhələ və birinci təsnifat mərhələsində mübarizəni dayandıran klublar öz yollarına Avropa Liqasında yox, Konfrans Liqasında davam edəcəklər.

24 iyun 2021-ci ildə UEFA klub müsabiqələrinə şamil olunan qaydalarda çox ciddi bəzi dəyişikliklərə getdi. Belə ki, artıq səfərdə vurulan qolun xüsusi bir üstünlüyü olmayacaq. Əgər cütün hər iki komandası iki oyunun sonunda eyni sayda qol vurarsa, səfərdə vurulan qola əhəmiyyət verilməyəcək, və oyun əlavə vaxta gedəcək. Qeyd etmək lazımdır ki, səfər qolu qaydası 1965-ci ildən istifadə olunurdu.

Qatılacaq klubların müəyyənləşməsi 2021–22 UEFA Çempionlar Liqasında UEFA-ya üzv olan 54 ölkə federasiyasından 80 komanda mübarizə aparır. (Lixtenşteyn Futbol Federasiyasının yerli futbol liqası olmadığı üçün bu turnirə qatıla bilməyəcək.) Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən: 1-dən 4-cü sıraya qədər olan ölkələrdən dörd klub. 5 və 6-cı sıralarda yer alan ölkələrdən üç klub. 7-dən 15-ci sıraya qədər olan ölkələrdən iki klub. 16-dan 55-ci sıraya qədər ölkələrdən bir klub (Lixtenşteyn xaric). Öz liqalarında ÇL-də oynamağa haqq qazanmadılarsa, ötən mövsümün UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası çempionu.

Ölkə sıralaması Ölkələrin toplam xalları 2015–16-cı il mövsümündən 2019–20-ci il mövsümünə qədər klub müsabiqələrində mübarizə aparmış ölkə komandalarının toplam xallarıdır.

• (UAL) — UEFA Avropa Liqası çempionunun aid olduğu assosiasiya +2021–22 UEFA Çempionlar Liqası üçün assosiasiyaların reytinqiSıraAssosiasiyaXalKomandaQeyd1 İspaniya102.28342 İngiltərə90.4623 Almaniya74.7844 İtaliya70.6535 Fransa59.24836 Portuqaliya49.4497 Rusiya45.54928 Belçika37.9009 Ukrayna36.10010 Niderland35.75011 Türkiyə33.60012 Avstriya32.92513 Danimarka29.25014 Şotlandiya27.87515 Çexiya27.30016 Kipr26.750117 İsveçrə26.40018 Yunanıstan26.30019 Serbiya25.500SıraAssosiasiyaXalKomandaQeyd20 Xorvatiya24.875121 İsveç22.75022 Norveç21.75023 İsrail19.62524 Qazaxıstan19.25025 Belarus18.87526 Azərbaycan18.75027 Bolqarıstan17.37528 Rumıniya16.70029 Polşa16.62530 Slovakiya15.87531 Lixtenşteyn13.500032 Sloveniya13.000133 Macarıstan12.87534 Lüksemburq8.00035 Litva7.87536 Ermənistan7.62537 Latviya7.625SıraAssosiasiyaXalKomandaQeyd38 Albaniya7.375139 Şimali Makedoniya7.37540 Bosniya və Herseqovina6.87541 Moldova6.75042 İrlandiya6.70043 Finlandiya6.50044 Gürcüstan5.75045 Malta5.75046 İslandiya5.37547 Uels5.00048 Şimali İrlandiya4.87549 Cəbəllütariq4.75050 Monteneqro4.37551 Estoniya4.37552 Kosovo4.00053 Farer adaları3.75054 Andorra2.83155 San-Marino0.666

Qeyd

Klubların bölgüsü Aşağıdakı cədvələ əsasən klublar mübarizəyə qoşulurlar. Bu turda mübarizəyə başlayacaq klubların sayıBir öncəki turdan gələn klubların sayıİlkin mərhələ(4 komanda tək matçlı 2 yarı final və 1 final oynayır) 52–55-ci sıralarda yerləşən 4 ölkənin çempionuBirinci təsnifat mərhələsi(32 klub) 20–51-ci sıralarda yerləşən 31 ölkənin çempionu (Lixtenşteyn xaric) İlkin mərhələdən gələn 1 klubİkinci təsnifat mərhələsi(26 klub)Çempionlar(20 klub) 16–19-cu sıralarda yerləşən 4 ölkənin çempionu Birinci təsnifat mərhələsindən gələn 16 klubÇempion olmayan(6 klub) 10–15-ci sıralarda yerləşən 6 ölkənin ikincisiÜçüncü təsnifat mərhələsi(20 klub)Çempionlar(12 klub) 14 və 15-ci ölkənin 2 çempionu İkinci təsnifat mərhələsindən gələn 10 klubÇempion olmayan(8 klub) 7–9-cu sıralarda yerləşən 3 ölkənin ikincisi 5 və 6-cı sıralarda yerləşən 2 ölkənin üçüncüsü İkinci təsnifat mərhələsindən gələn 3 komandaPlay-off turu(12 klub)Çempionlar(8 klub) 12 və 13-cü sıralarda yerləşən 2 ölkənin çempionu Üçüncü təsnifat mərhələsindən gələn 6 çempion komandaÇempion olmayan(4 klub) Üçüncü təsnifat mərhələsindən gələn 4 çempion olmayan komandaQrup mərhələsi(32 klub) Ötən mövsümün avroliqa çempionu — "Vilyareal" 1–11-ci sıralarda yerləşən 11 ölkənin çempionu 1–6-cı sıralarda yerləşən 6 ölkənin ikincisi 1–4-cü sıralarda yerləşən 4 ölkənin üçüncüsü 1–4-cü sıralarda yerləşən 4 ölkənin dördüncüsü Play-off turundan gələn 4 çempion komanda Play-off turundan gələn 2 çempion olmayan komanda1/8 Final(16 klub) Qruplarında birinci yeri tutan 8 klub Qruplarında ikinci yeri tutan 8 klub

Komandalar +2021–22 UEFA Çempionlar Liqasında iştirak edən klublarTurKomandalarQrup mərhələsi Çelsi ÇL-Ç Vilyareal AL-Ç Atletiko Madrid Real Madrid Barselona Sevilya Mançester Siti Mançester Yunayted Liverpul Bayern Münhen RB Leypsiq Borussiya Dortmund Volfsburq İnter Milan Milan Atalanta Yuventus Lill Paris Seyn-Jermen Sportinq Lissabon Porto Zenit Brügge Dinamo Kiyev Ayaks Beşiktaş Play-off turu Red Bull Salzburq Brondbü Üçüncü təsnifat mərhələsi Reyncers Slaviya Praqa Monako Benfika Spartak Moskva Genk Şaxtyor Donetsk İkinci təsnifat mərhələsi Omoniya Nikosiya Yanq Boys Olimpiakos Srvena Zvezda PSV Eyndhoven Qalatasaray Rapid Vyana Midtyulənd Seltik Sparta Praqa Birinci təsnifat mərhələsi Dinamo Zaqreb Malmö Budö-Qlimt Makkabi Hayfa Kayrat Şaxtyor Soliqorsk Neftçi Ludoqorets Razqrad ÇFR Kluj Legiya Varşava Slovan Bratislava Mura Ferençvaroş Fola Eş Jalgiris Alaşkert Riqa Teuta Şkendiya Boraç Banya Luka Şerif Tiraspol Şemrok Rovers HJK Dinamo Tbilisi Hibernians Valur Konnahs Key Nomeds Linfild Linkoln Buduçnost Podqoritsa Flora Tallin İlkin mərhələ Priştina HB Torshavn İnter Eskaldes Folqor Notes

Turnirin təqvimi Oyunların tarixləri aşağıdakı kimidir. Qrup mərhələsi istisna olmaqla bütün turların püşkü İsveçrənin Nyon şəhərində, UEFA-nın qərargahında atıldı. Qrup mərhələsinin taleyinə isə İstanbulda aydınlıq gəldi. +2021–22 UEFA Çempionlar Liqasının təqvimiMərhələTurPüşk tarixiBirinci oyunİkinci oyunTəsnifat mərhələləriİlkin mərhələ8 iyun 202122 iyun 2021 (yarı final turu)25 iyun 2021 (final matçı)Birinci təsnifat mərhələsi15 iyun 20216–7 iyul 202113–14 iyul 2021İkinci təsnifat mərhələsi16 iyun 202120–21 iyul 202127–28 iyul 2021Üçüncü təsnifat mərhələsi19 iyul 20213–4 avqust 202110 avqust 2021Play-offPlay-off turu2 avqust 202117–18 avqust 202124–25 avqust 2021Qrup mərhələsi1. oyunlar26 avqust 2021 (İstanbul)14–15 sentyabr 20212. oyunlar28–29 sentyabr 20213. oyunlar19–20 oktyabr 20214. oyunlar2–3 noyabr 20215. oyunlar23–24 noyabr 20216. oyunlar7–8 dekabr 2021Finala doğru gedilən mərhələlər1/8 Final13 dekabr 202115–16 & 22–23 fevral 20228–9 & 15–16 mart 20221/4 Final18 mart 20225–6 aprel 202212–13 aprel 2022Yarı Finallar26–27 aprel 20223–4 may 2022Final28 may 2022, Stad de Frans, Paris

İlkin mərhələ Bu mərhələnin püşkü 8 iyun 2021-ci ildə atıldı. Yarı final matçları 22 iyunda, final isə 25 iyunda oynandı. Oyunlar Farer adalarının Torshavn şəhərində yerləşən Qundadalur stadionunda oynanmalı idi, lakin həmin vaxt Farer adalarında pandemiya nisbətən kəskin xarakter aldığından, bundan əlavə hökumətin bunun qarşısını almaq üçün keçirdiyi məhdudiyyətlər səbəbindən UEFA oyunların Albaniyada keçirilməsini məqsədəuyğun gördü.

Bu mərhələnin qalibi olan "Priştina" klubu birinci təsnifat mərhələsinə vəsiqə qazandı. Bu turda məğlub olan klublar isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində mübarizəni davam etdirəcək.

|+Yarı final mərhələsi

|+Final matçı

Təsnifat mərhələləri

Birinci təsnifat mərhələsi Birinci təsnifat mərhələsinin püşkü 15 iyun 2021-ci ildə atıldı. İlk oyunlar 6 və 7 iyulda, ikinci oyunlar isə 13 və 14 iyulda oynandı. Bu mərhələdə mübarizəni dayandıran klublar Konfrans Liqasının ikinci təsnifat mərhələsində yollarına davam edəcəklər. ("Slovan Bratislava" — "Şemrok Rovers" cütü istisna olmaqla. Əlavə xüsusi püşkün nəticəsində məlum oldu ki, bu cütün məğlub tərəfi Konfrans liqasının üçüncü təsnifat mərhələsində mübarizəni davam etdirəcək)

İkinci təsnifat mərhələsi İkinci təsnifat mərhələsinin püşkü 16 iyunda atıldı. İlk matçlar 20 və 21 iyulda, ikinci matçlar isə 27 və 28 iyulda oynandı. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın üçüncü təsnifat mərhələsində yollarına davam etdilər.

|+Çempionlar

|+Qeyri-çempionlar

Üçüncü təsnifat mərhələsi Üçüncü təsnifat mərhələsinin püşkü 19 iyul 2021-ci ildə atıldı. İlk matçlar 3 və 4 avqustda, ikinci matçlar isə 10 avqustda oynandı. Bu mərhələdə mübarizəni dayandıran çempion klublar Avroliqanın play-off turunda, çempion olmayan klublar isə qrup mərhələsində iştirak etmək hüququnu əldə edəcəklər.

|+Çempionlar

|+Qeyri-çempionlar

Play-off turu Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələdən etibarən artıq turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə olunur.

Play-off turunun püşkü 2 avqust 2021-ci ildə atıldı. İlk matçlar 17–18, ikinci matçlar isə 24–25 avqustda oynanacaq. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın qrup mərhələsində iştirak hüququ əldə edəcəklər.

Klubların sinifləndirilməsi ÇempionlarQeyri-çempionlarSəpələnmişlərSəpələnməmişlərSəpələnmişlərSəpələnməmişlər

Oyunlar

|+Çempionlar

|+Qeyri-çempinonlar

Qrup mərhələsi

Qrup mərhələsinin püşkü 26 avqust 2021-ci ildə, İstanbulda atıldı. (Digər iki UEFA klub turnirinin də püşkatma mərasimi İstanbulda keçiriləcək) Püşkə əsasən 32 klub hərəsində dördü olmaqla səkkiz qrupa ayrılır. (Eyni ölkədən klubların düşməməsi və Rusiya və Ukrayna komandalarının bir düşməməsi şərti ilə) Püşkatma üçün klublar aşağıdakı kriteriyalara əsasən dörd səbətdə olurlar:

1-ci səbətdə ötən mövsümün Çempionlar Liqası, Avropa Liqası qalibləri və 2020-ci ilin Ölkə Reytinqinə əsasən ilk 6 federasiyanın çempionları iştirak edir. (Əgər ötən mövsümün Çempionlar Liqası və yaxud Avropa Liqası qalibi həm də öz liqasında çempion olubsa, o zaman bu torbada 7-ci sırada olan federasiyanın da çempionu iştirak edir.) 2, 3 və 4-cü səbətlərdə klublar 2021-ci il UEFA Klub Reytinqinə görə düzülürlər.

Hər qrupda komandalar dairəvi sistem üzrə bir-biriləriylə həm evdə həm də səfərdə matçlar keçirirlər. Qrup oyunlarının sonunda 1 və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə yüksəlir. Qrupunu üçüncü yerdə başa vuran klublar isə Avroliqanın 1-ci 1/8 Final mərhələsində oynama hüququ qazanır.

Çempionlar Liqasına qatılan komandalar avtomatik olaraq UEFA Gənclər Liqasına da qatılır.

Matçlar 2021-ci ilin 14–15 sentyabr, 28–29 sentyabr, 19–20 oktyabr, 2–3 noyabr, 23–24 noyabr və 7–8 dekabr tarixlərində oynanacaq.

26 klub mübarizəyə elə bu mərhələdən başlayır. "Şerif Tiraspol" ilk dəfədir ki, bu mötəbər turnirin qrup mərhələsində iştirak edir. Bununla yanaşı, ilk dəfədir ki, bir Moldova klubu Çempionlar Liqasının qrup mərhələsində iştirak şansı əldə edir.

Səbətlər +1. səbətSıraKomandaReytinq xalıÇL-Ç Çelsi 98,000AL-Ç Vilyareal 63,0001 Atletiko Madrid 115,0002 Mançester Siti 125,0003 Bayern Münhen 134,0004 İnter 53,0005 Lill 14,0006 Sportinq Lissabon 45,500+2. səbətKomandaReytinq xalı Real Madrid 127,000 Barselona 122,000 Yuventus 120,000 Paris Seyn-Jermen 113,000 Mançester Yunayted 112,000 Liverpul 101,000 Sevilya 98,000 Borussiya Dortmund 90,000+3. səbətKomandaReytinq xalı Porto 87,000 Ayaks 82,500 Şaxtyor Donetsk 79,000 RB Leypsiq 66,000 Red Bull Salzburq 59,000 Benfika 58,000 Atalanta 50,500 Zenit 50,000+4. səbətKomandaReytinq xalı Beşiktaş 49,000 Dinamo Kiyev 47,000 Brügge 35,500 Yanq Boys 35,000 Milan31,000 Malmö 18,500 Volfsburq 14,714 Şerif Tiraspol 14,500

Qruplar