Xədim Əhməd Paşa (ö. 6 noyabr 1613) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həyatı Doğum tarixi haqqında məlumat yoxdur. Saray xədimlərindən olub, əslən albandır. Saraydakı tədrisatını və təhsilini tamamlamasının ardından Kipr bəylərbəyi olaraq saraydan ayrıldı. Daha sonra 1590-cı ilin sentyabrında vəzir rütbəsilə Misir bəylərbəyi təyin edildi. 1595-ci ildə burdan Bosniyaya təyin edildi. Ancaq 1597-ci ildə girdiyi bir çatışmada məğlub olduğu üçün vəzifədən alındı. Daha sonra paytaxta çağırılaraq vəzir oldu və 1599-cu ildə sədarət naibliyinə gətirildi. 10 ay sonra bu vəzifəsindən də azad olundu və Anadolunun mühafizəsi ilə vəzifələndirildi. 1603-cü ildə bilinməyən səbəblə Yeddiqüllə zindanlarına həbs olundu. 1604-cü ilin iyununda yenidən sədarət naibi oldu. Ardından 1607-ci ildə həccə getdi və ardından təqaüdə ayrıldı. 6 noyabr 1613-cü ildə İstanbulda vəfat etdi.

Mənbə

Sicill-i Osmani II, səh. 222

Kateqoriya:Misir bəylərbəyləri Kateqoriya:Osmanlı paşaları