Valeri Anatolyeviç Astaxov (; 6 avqust 1964, Slavuta, Xmelnitski vilayəti, Ukrayna SSR) — ukraynalı aktyor və teleaparıcı. Ukraynanın əməkdar artisti (1998).
Həyatı Valeri Astaxov Xmelnitski vilayətinin Slavuta şəhərində anadan olmuşdur. Karpenko-Karıy adına Kiyev Dövlət Teatr İncəsənəti İnstitutunu bitirmişdir. 1987-ci ildən Yeni Alkasar teatrının aktyorudur. 1988-ci ildən etibarən şouların, konsert proqramlarının müəllifi, quruluşçu rejissoru, aparıcısı kimi çıxış edir. 1991-ci ildən Ukrayna Dövlət Estrada-Simfonik Orkestrinin konfransyesidir.
1997–1998-ci illərdə müğənni Pavel Zibrovun estrada konsertlərinin aparıcısı olmuşdur. "Hop-lya", "Qutu oyunu", "Ağ qarğa", "Qızıl qaz" kimi yumoristik televiziya layihələrində iştirak etmişdir. Muxtarın qayıdışı teleserialında sahə polisi Dyatlo obrazı ilə məşhurluq qazanmışdır.
2018-ci ildən etibarən YouTube platformasında aktyor Vladimir Yamnenko ilə birlikdə "A-dan Z-yə lətifələr" adlı layihənin həmmüəllifidir.
Seçilmiş filmoqrafiya Burjuyun ad günü (film, 1999) Burjuyun ad günü 2 (film, 2001) Muxtarın qayıdışı (teleserial, 2003) — Viktor Petroviç Dyatlo Yeni il qatili (film, 2005) Fart (film, 2005)
İstinadlar
Xarici keçidlər
Valeri Anatolyeviç Astaxov — Kinoteatr.ru Valeri Astaxov — Kinopoisk
Kateqoriya:Ukrayna aktyorları