Ukraynanın İtaliya səfirliyi () — Ukraynanın İtaliyanın Roma şəhərində yerləşən səfirliyi.

Vəzifələri Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.

Tarixi 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.

1992-ci il yanvarın 28-də Ukrayna və İtaliya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1993-cü ildə isə Ukraynanın İtaliya səfirliyi yaradıldı.

Ukraynanın İtaliyada olan fövqəldə və səlahiyyətli səfiri Yaroslav Melnikdir. O, 2020-ci ildən bu vəzifədədir.

İstinadlar

Kateqoriya:Ukraynanın diplomatik nümayəndəlikləri