İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel ()- iqlim dəyişikliyinin qiymətləndirilməsi üzrə beynəlxalq qurumdur. Bu qurum BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Dünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən iqlim dəyişikliyi və onun potensial ekoloji və sosial-iqtisadi təsirləri haqqında məlumatların mövcud vəziyyəti ilə əlaqədar dünyanı açıq elmi mülahizələrlə təmin etmək üçün yaradılmışdır.
İDHP-i hökumətlərarası və elmi bir orqandır. Hal-hazırda BMT-yə və WMO-ya üzv olan 194 ölkə eyni zamanda İDHP-nın üzvüdürlər və bu ölkələr iqlim dəyişikliyi anlayışına uyğun olaraq dünya üzrə ən son elmi, texniki və sosial-iqtisadi məlumatları nəzərdən keçirir və qiymətləndirirlər. İDHP-nin elmi və hökumətlərarası statusuna görə, bu qurum qərar qəbul edən şəxslərə ciddi və balanslı elmi məlumatlar təqdim etmək üçün unikal bir şərait yaradır. Bu səbəbdən Təşkilatın işi müvafiq siyasətlə bağlı olmaqdan savayı, həm neytral siyasətə və həm də təlimatsız siyasətə əsaslanır.
Tanınmış iqlim alimləri və bütün üzv hökumətlər İDHP-nin tapıntılarını dəstəkləyirlər. Bu, İDHP-nin iqlim dəyişikliyi istiqamətində mötəbər qurum olduğunu göstərir. Hökumətlər, vətəndaş cəmiyyəti təşkilatları və KİV mütəmadi olaraq qurumun hesabatlarından sitatlar gətirirlər. İDHP-nin hesabatları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən keçirilən illik iqlim müzakirələrində əsas rol oynayır. İDHP-nin Beşinci Qiymətləndirmə hesabatı 2015-ci ildə imzalanmış Paris sazişinə əsaslı təsir göstərmişdir. İDHP 2007-ci il Nobel Sülh mükafatını iqlim dəyişiklikləri istiqamətindəki töhfələrinə görə Albert Qor ilə bölüşdü.
Altıncı Qiymətləndirmə hesabatı dövründə İDHP üç xüsusi hesabatını açıqladı. İlkin hesabatı 2018-ci ildə 1,5°C-lik Qlobal İstiləşmə üzrə Xüsusi hesabat oldu. 2019-cu ildə İqlim Dəyişikliyi və Quruya dair Xüsusi hesabatı (SRCCL) və Dəyişən İqlimdə Okean və Kriosferə dair Xüsusi hesabatını (SROCC) açıqladı. İDHP həmçinin 2019-cu ildə öz metodolarını da yenilədi. Beləliklə, altıncı qiymətləndirmə dövrü İDHP-nin tarixində ən iddialı dövr oldu.
İDHP hər hansı bir tədqiqat apamır, iqlimə bağlı məlumat və amilləri izləmir. Dünyanın hər bir yerindən minlərlə alim könüllülük əsasında İDHP-in işinə yardım edir. Yaranması
İDHP-nin sələfi olan təşkilat İstixana Qazları üzrə Məsləhət Qrupu () idi. İQMQ-nu 1986-cı ildə üç təşkilat yaradıb. Bu təşkilatlar: Beynəlxalq Elmi Birliklər Şurası, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və Ümumdünya Meteorologiya təşkilatları (WMO) idi. İQMQ istixana qazları ilə bağlı elmi araşdırmalara nəzarət edir, həmçinin istixana qazlarının artımını öyrənir.
ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyi istixana qazlarının emissiyalarını məhdudlaşdırmaq üçün beynəlxalq konvensiya əldə etməyə çalışırdı. Reyqan Administrasiyası müstəqil elm xadimlərinin həddən çox nüfuz sahibi olacağından narahat idi. Buna görə də UNEP və WMO 1988-ci ildə hökumətlərarası orqan kimi İDHP-ni yaratdılar. İDHP bütün aparıcı müvafiq alimlər tərəfindən dəstəklənən hesabatlar hazırlayır. Panelə üzv hökumətlər də, hesabatları konsensus razılaşması ilə təsdiq etməlidirlər. Beləliklə, İDHP həm elmi, həm də hökumətlərin təşkilatıdır. Onun işi hökumətlərə elm adamlarının iqlim dəyişikliyi haqqında bildiklərini çatdırmaqdır. Qurum həmçinin iqlim dəyişikliyinin təsirlərini və onunla mübarizə variantlarını araşdırır. İDHP, bu öhdəliyini resenziyalı elmi ədəbiyyatı qiymətləndirməklə edir.
BMT, İDHP-nin yaradılmasını 1988-ci ildə təsdiqlədi. Baş Assambleyanın qətnaməsində insan fəaliyyətinin iqlimə təsir göstərə biləcəyi qeyd edilsə də, bu ağır iqtisadi və sosial nəticələrə səbəb ola bilər. İstixana qazlarının artan konsentrasiyasının planeti istiləşdirə biləcəyini də qeyd olunub ki, bu da dəniz səviyyəsinin qalxmasına səbəb olacaq. Əgər vaxtında tədbirlər görülməsə, kainat üçün ağır nəticələr ola bilər.
Təşkili İş metodu İDHP orijinal tədqiqat aparmır. Qurum, iqlim dəyişikliyi ilə bağlı biliklərin vəziyyətinə dair qiymətləndirmələr, xüsusi mövzular üzrə hesabatlar, həmçinin müxtəlif metodologiyalar hazırlayır. Bu metodologiyalar ölkələrə istixana qazı emissiyalarını qiymətləndirməyə kömək edir. Qurumun qiymətləndirmələri əvvəlki hesabat və elmi nəşrlərə əsaslanır. Altı qiymətləndirmənin hesabatları, dəyişən iqlim üçün artan sübutları əks etdirir və bunun necə insan fəaliyyəti ilə bağlı olduğunu göstərir. Qaydalar və idarəetmə prinsipləri İDHP-nin prosedur qaydaları "İDHP İşini Tənzimləyən Prinsiplər"də öz əksini tapmışdır. İDHP-nin qiymətləndirdiyi aşağıdakılardır: insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi riski, onun potensial təsirlərini mümkün iqlim dəyişikliyi təsirlərinin azaldılması. İDHP qaydalarına əsasən onun qiymətləndirmələri hərtərəfli, obyektiv, açıq və şəffaf olmalıdır. Qaydalar iqlim dəyişikliyinin elmi anlayışına aid olan bütün məlumatları əhatə edir və elmi, texniki və sosial-iqtisadi məlumatlara əsaslanır. İDHP hesabatları siyasi məsələlərdə öz neytrallığını qorumalıdır.
Strukturu İDHP aşağıdakı struktura malikdir: İDHP Panelinin ildə iki dəfə plenar iclası toplanır ki, bu da İDHP-nin strukturuna, prosedurlarına, iş proqramına və büdcəsinə nəzarət edir. Hesabatların təsdiqi üçün daha çox sıxlıqla toplantılar keçirilə bilər. İDHP hesabatları qəbul edir və təsdiqləyir. Panel İDHP korporativ qurumudur. Sədr: Şura tərəfindən seçilir. Büroya və digər orqanlara sədrlik edir və təşkilatı təmsil edir. Büro: Şura tərəfindən seçilir. Hazırda onun müxtəlif coğrafi bölgələrdən 34 üzvü var. Sədr və üç İDHP sədrinin müavini ilə yanaşı, onlar İDHP-nin üç İşçi Qrupuna rəhbərlik edirlər. Həmçinin, Şuraya öz işinin elmi və texniki aspektləri üzrə təlimat verir. İşçi qruplar: Hər birində bir inkişaf etmiş və inkişaf etməkdə olan ölkədən iki həmsədr var. Texniki dəstək bölməsi hər bir İşçi qrupunu dəstəkləyir. İşçi qrupun sessiyaları Qiymətləndirmə siyasətini müəyyən edənlər üçün xülasə və xüsusi hesabatları təsdiq edir. Hər bir İşçi qrupun bürosu var, bu da IDHP Bürosunun üzvləri olan həmsədr və sədr müavinlərindən ibarətdir. I İşçi qrupu: İqlim sistemi və iqlim dəyişikliyinin elmi aspektlərini qiymətləndirir. Həmsədrləri Robert Votard (Fransa) və Xiaoye Zhangdır (Çin). II İşçi qrupu: İqlim dəyişikliyinin insan və təbii sistemlərə təsirlərini qiymətləndirir. Uyğunlaşma variantlarını qiymətləndirir. Həmsədrləri Bart van den Hurk (Hollandiya) və Uiinston Çoudur (Sinqapur). III İşçi qrupu: İstixana qazı emissiyalarını məhdudlaşdırmaqla iqlim dəyişikliyinin dayandırılması yollarını qiymətləndirir. Həmsədrləri Ketrin Kalvin (ABŞ) və Coy Jaklin Pereyradır (Malayziya). Milli İstixana Qazları Ehtiyatları üzrə İşçi qrupu. İstixana qazlarının emissiyalarının qiymətləndirilməsi üçün metodologiyalar hazırlayır. Həmsədrləri Takeşi Enoki (Yaponiya) və Mazhar Hayatidir (Pakistan). Qüvvələr Bürosu, İDHP Bürosunun üzvləri olan iki həmsədrdən və 12 üzvdən ibarətdir. İcraiyyə Komitəsi sədrdən, İDHP-nin sədr müavinlərindən və İşçi qrupların və İşçi qrupun həmsədrlərindən ibarətdir. Komitə, Şuranın iclasları arasında yaranan təcili məsələləri həll edir. Katiblik fəaliyyətlərə nəzarət edir, Sədr və Bürosu isə hökumətlər üçün əlaqəni dəstəkləyir. BMT-nin Ətraf Mühit Proqramı və Dünya Meteorologiya Təşkilatı tərəfindən dəstəklənir.
Arxivləşdirmə İDHP öz hesabatlarını və elektron fayllarını öz saytında arxivləşdirir. Harvard Universitetinin Kitabxanası Ətraf Mühit Elmi və İctimai Siyasət Arxivləri də onları arxivləşdirir. Bütün hesabatların siyahısı {| class="wikitable sortable" !İl !Hesabatın adı !Hesabatın növü |- |2023 |AR6 Sintez hesabatı: İqlim Dəyişikliyi 2023 (Mart 2023) |Sintez hesabatı |- |2021-2022 |İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatı (AR6): İqlim Dəyişikliyi 2021: The Physical Science Basis (I İşçi qrupu, avqust 2021), İqlim Dəyişikliyi 2022: Impacts, Adaptation and Vulnerability (II İşçi qrupu, fevral 2022), Mitigation of Climate Change (III İşçi qrupu, fevral 2022) |Qiymətləndirmə hesabatı (İşçi qrupu töhfələri) |- |2019 |Dəyişən İqlimdə Okean və Kriosferə dair Xüsusi hesabat (SROCC) |Xüsusi hesabat |- |2019 |İqlim Dəyişikliyi və Torpaq üzrə Xüsusi hesabat (SRCCL) |Xüsusi hesabat |- |2019 | Milli İstixana qazları ehtiyatları üzrə 2006-cı il İDHP təlimatlarına 2019-cu il Təkmilləşdirmə əlavəsiIPCC 2019, 2019 Refinement to the 2006 IPCC Guidelines for National Greenhouse Gas Inventories, Calvo Buendia, E., Tanabe, K., Kranjc, A., Baasansuren, J., Fukuda, M., Ngarize, S., Osako, A., Pyrozhenko, Y., Shermanau, P. and Federici, S. (eds). Published: IPCC, Switzerland. |Metodologiya hesabatı |- |2018 |1,5 °C Qlobal istiləşmə üzrə Xüsusi hesabat (SR15) |Xüsusi hesabat |- |2014 |AR5 Sintez hesabatı: İqlim Dəyişikliyi 2014IPCC, 2014: Climate Change 2014: Synthesis Report. Contribution of Working Groups I, II and III to the Fifth Assessment Report of the Intergovernmental Panel on Climate Change [Core Writing Team, R.K. Pachauri and L.A. Meyer (eds.)]. IPCC, Geneva, Switzerland, 151 pp. |Sintez hesabatı |- |2013-2014 |Beşinci Qiymətləndirmə hesabatı (AR5) İqlim Dəyişikliyi 2013: Fizika elminin əsasları (I İşçi qrupu, sentyabr 2013), İqlim Dəyişikliyi 2014: Təsirlər, Uyğunlaşma (II İşçi qrupu, mart 2014), İqlim Dəyişikliyi 2014: İqlim Dəyişikliklərinin azaldılması (II İşçi qrupu, aprel 2014) |Qiymətləndirmə (İşçi qrupu töhfələri) |- |2013 |Milli İstixana qazları ehtiyatları üzrə 2006-cı il İDHP Təlimatlarına 2013-cü il əlavəsi: BataqlıqlarIPCC 2014, 2013 Supplement to the 2006 IPCC Guidelines for National Greenhouse Gas Inventories: Wetlands, Hiraishi, T., Krug, T., Tanabe, K., Srivastava, N., Baasansuren, J., Fukuda, M. and Troxler, T.G. (eds). Published: IPCC, Switzerland. |Metodologiya hesabatı |- |2013 |2013-cü il Kioto protokolundan irəli gələn Yenidən İşlənmiş Əlavə metodu və Yaxşı Təcrübə rəhbərliyiIPCC 2014, 2013 Revised Supplementary Methods and Good Practice Guidance Arising from the Kyoto Protocol, Hiraishi, T., Krug, T., Tanabe, K., Srivastava, N., Baasansuren, J., Fukuda, M. and Troxler, T.G. (eds) Published: IPCC, Switzerland. |Metodologiya hesabatı |- |2011 |İqlim Dəyişikliyinə uyğunlaşmanın Təkmilləşdirilməsi istiqamətində Ekstremal Hadisə və Fəlakət risklərinin idarə edilməsi (SREX)IPCC, 2012: Managing the Risks of Extreme Events and Disasters to Advance Climate Change Adaptation. A Special Report of Working Groups I and II of the Intergovernmental Panel on Climate Change [Field, C.B., V. Barros, T.F. Stocker, D. Qin, D.J. Dokken, K.L. Ebi, M.D. Mastrandrea, K.J. Mach, G.-K. Plattner, S.K. Allen, M. Tignor, and P.M. Midgley (eds.)]. Cambridge University Press, Cambridge, UK, and New York, New York, US, 582 pp. |Xüsusi hesabat |- |2011 |Bərpa Olunan Enerji mənbələri və İqlim Dəyişikliyinin azaldılması (SRREN)IPCC, 2011 – Ottmar Edenhofer, Ramón Pichs-Madruga, Youba Sokona, Kristin Seyboth, Patrick Matschoss, Susanne Kadner, Timm Zwickel, Patrick Eickemeier, Gerrit Hansen, Steffen Schloemer, Christoph von Stechow (Eds.) Cambridge University Press, Cambridge, United Kingdom and New York, New York, US, 1075 pp. |Xüsusi hesabat |- |2007 |AR4 Sintez hesabatı: İqlim Dəyişikliyi 2007|Sintez hesabatı |- |2007 |Dördüncü Qiymətləndirmə hesabatı (AR4) Climate Change 2007: The Physical Science Basis (I İşçi qrupu, fevral 2007), Climate Change 2007: Impacts, Adaptation, and Vulnerability (II İşçi qrupu, aprel 2007), Climate Change 2007: Mitigation of Climate Change (III İşçi qrupu, may 2007) |Qiymətləndirmə hesabatı (İşçi qrupu töhfələri) |- |2006 |2006 IPCC Guidelines for National Greenhouse Gas Inventories |Metodologiya hesabatı |- |2005 |Safeguarding the Ozone Layer and the Global Climate System |Xüsusi hesabat |- |2005