Bakterial xəstəliklər — bakterial xəstəliklərin sayı çoxdur: angina, faringit, meningit (faringiti virus, miningiti isə virus və birhüceyrəlilər də törədə bilir), skarlatina, tetanus, taun, vəba, sibir xorası, difteriya, vərəm, qarın yatalağı və s. Bakterial infeksiyalardan yaranan xəstəliklərin inkişafı zamanı bakteriyalar orqanizmdə iltihab reaksiyası doğuran və intoksikasiyaya (zəhərlənməyə) səbəb olan zəhər (toksinlər) ifraz edir, bununla da müxtəlif orqanları zədələyir. Toksinlər iki cür olur: Endotoksinlər Ekzotoksinlər Endotoksinlər bakteriya hüceyrələrinin məhv olmasından və dağılmasından sonra ifraz olunan zəhərdir. Ən təhlükəli endotoksin meningit xəstəliyi zamanı əmələ gələn meninqokokk endotoksinidir. Ekzotoksinlər bakteriyaların həyat fəaliyyəti prosesində ayrılan zəhərdir. Bakterial xəstəliklərin diaqnostikasında əsas metod bakterioloji müayinədir ki, bu zaman xəstədən tərkibində bakteriya olan material götürülür və xüsusi qida mühitində əkilir. Bakteriyaların artımından sonra (təxminən 48 saat) həmin bakteriyaların növü müəyyən olunur. Bu metodun əhəmiyyəti ondan ibarətdir ki, bakteriyaların konkret növünü müəyyən etdikdən sonra müvafiq antibiotik seçmək və müalicəyə başlamaq olar. Bundan başqa, bakterial infeksiyaların diaqnostikası üçün bakteriyaların mikroskopik tədqiqatından və qanda müəyyən bakteriya növünə uyğun antitellərin olmasını müəyyən edən seroloji üsuldan istifadə olunur. Sereloji üsul — qan zərdabında törədicinin aşkar edilməsi Diaqnoz mikoloji müayinənin nəticələrinə əsasən təsdiqlənir. Müalicə antibiotiklərin qəbulunun dayandırılması, göbələk əleyhinə preparatlar, ümummöhkəmləndirici terapiya, badamcıqların nistatin və levorin məhlulları ilə yuyulmasından ibarətdir. Patogen bakteriyaların müvafiq müalicə tələb müxtəlif orqanlara, zərər bir çox digər ciddi xəstəliklərə səbəb ola bilər. Patogen bakteriyalar hətta ölüm gətirib çıxarır şok inkişafı ilə bədənin sistemli iltihab cavab, ağır sətəlcəm, meningit və sepsis səbəb ola bilər, belə ki, bədən daxil patogenlər qarşısını almaq üçün vacibdir. Bu məqsədlə müxtəlif üsulları Antisepsis və dezinfeksiya istifadə olunur. Əhalinin sanitar mədəniyyətinin yüksəlməsi, xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi, xəstələrlə təmasda olarkən tənzif bağlardan istifadə, əllərin, meyvə və tərəvəzlərin yuyulması, müvafiq xəstəlik daşıyıcılarının olduğu yerlərin dərmanlanması, vaksinasiya və s. bakterial xəstəliklərdən qorunmanın əsas vasitələridir. Bakterial xəstəliklərin müalicəsində mikroorqanizmlərdən ayrılan, digər mikroorqanizmlərin inkişafının qarşısını alan və hətta bu hüceyrələri öldürmək qabiliyyətinə malik olan maddələr — antibiotiklər tətbiq olunur. İlk klinik tətbiq üçün yararlı antibiotiki — penisillini 1929-cu ildə Aleksandr Fleminq əldə etmişdir. İkinci Dünya müharibəsi zamanı penisillinin tətbiqi sayəsində əsgərlərin həyatı xilas edilmişdir. Hazırda antibiotiklər insan, heyvan və bitki xəstəliklərinin müalicəsi məqsədilə tətbiq olunur. Lakin antibiotiklərin külli miqdarda və uzunmüddətli tətbiqi mikroorqanizmlərin onlara davamlı formalarının yaranmasına gətirib çıxarır. Ona görə də bütün dünyada, dərman vasitəsi kimi, antibiotiklərdən imtina barədə məsələ qaldırılmışdır.
Angina
Angina – udlağın limfoid həlqəsinin, əksər hallarda damaq badamcıqlarının lokal dəyişiklikləri ilə xarakterizə olunan infeksion–allergik prosesdir. Anginanın əlamətlərinə bədən hərarətinin yüksəlməsi, intoksikasiya sindromu, udqunma zamanı boğazda ağrı, boyun limfa düyünlərinin böyüməsi və ağrılı olması aiddir. Baxış zamanı badamcıqların və damaq qövslərinin hiperemiya və hipertrofiyası, bəzən irinli ərp aşkar edilir. Diaqnoz otolarinqoloq tərəfindən farinqoskopiya və əsnəkdən götürülmüş yaxmanın bakterioloji əkilməsinin nəticələrinə əsasən qoyulur. Angina zamanı yerli müalicə (boğazın yaxalanması, lakunaların yuyulması, badamcıqların preparatlarla işlənilməsi), antibiotikoterapiya, fizioterapiya göstəriş sayılır. Angina – kəskin infeksion xəstəliklər qrupu olub, udlaq həlqəsinin bir və ya bir neçə badamcığının iltihabı ilə müşayiət olunur. Bir qayda olaraq, damaq badamcıqları zədələnir. Az hallarda iltihab burun-udlaq, qırtlaq və ya dil badamcıqlarında inkişaf edir. Xəstəliyin törədiciləri badamcıq toxumalarına xaricdən (ekzogen infeksiyalaşma) və ya daxildən (endogen infeksiyalaşma) keçir. Angina hava-damcı və ya alimentar (qida) yolla ötürülür. Endogen infeksiyalaşma zamanı mikroblar badamcığa kariesli dişlər, paranazal ciblər (sinusitlərdə) və ya burun boşluğundan daxil olur. İmmuntetin zəiflədiyi hallarda anginaya ağız və udlağın selikli qişasının daimi sakinləri sayılan bakteriya və viruslar səbəb ola bilər. Angina – kəskin infeksion xəstəliklər qrupu olub, udlaq həlqəsinin bir və ya bir neçə badamcığının iltihabı ilə müşayiət olunur. Bir qayda olaraq, damaq badamcıqları zədələnir. Az hallarda iltihab burun-udlaq, qırtlaq və ya dil badamcıqlarında inkişaf edir. Xəstəliyin törədiciləri badamcıq toxumalarına xaricdən (ekzogen infeksiyalaşma) və ya daxildən (endogen infeksiyalaşma) keçir. Angina hava-damcı və ya alimentar (qida) yolla ötürülür. Endogen infeksiyalaşma zamanı mikroblar badamcığa kariesli dişlər, paranazal ciblər (sinusitlərdə) və ya burun boşluğundan daxil olur. İmmuntetin zəiflədiyi hallarda anginaya ağız və udlağın selikli qişasının daimi sakinləri sayılan bakteriya və viruslar səbəb ola bilər.
Anginanın təsnifatı Otolarinqologiyada anginanın 3 tipi ayırd edilir: Birincili angina (sadə və ya adi angina). Bakterial mənşəli kəskin iltihabi xəstəlikdir. Ümimi infeksiyanın və udlaq həlqəsinin limfoid toxumasının zədələnməsinin əlamətləri xarakterikdir. İkincili angina (simptomatik angina). Digər xəstəliyin təzahürü sayılır. Badamcıqların zədələnməsi bəzi kəskin infeksion xəstəliklər (infeksion mononukleoz, difteriya, skarlatina), qan sisteminin xəstəlikləri (leykoz, alimentar-toksiki aleykiya, aqranulositoz) ilə müşayiət oluna bilər. Spesifik angina. Xəstəlik spesifik infeksion agentlər (göbələk, spiroxetlər və s.) tərəfindən törədilir. Birincili angina
Yaranma səbəbləri Birincili anginaların təxminən 85%-nə A qrupundan olan ß-hemolitik streptokokklar səbəb olur. Qalan hallarda törədici qismində pnevmokokk, qızılı stafilokokk və ya qarışıq flora iştirak edir. Birincili angina yayılmasına görə KRVİ-dan sonra ikinci yerdə dayanır, adətən uşaqlar və yaşı 35-dən kiçik olan böyüklərdə müşahidə edilir. Anginaya daha çox yaz və payız aylarında rast gəlinir. Adətən hava-damcı yolu ilə yayılır. Bəzən endogen infeksiyalaşma nəticəsində inkişaf edir. Ümumi və yerli soyuqlama, immunitetin zəifləməsi, hipovitaminoz, burun tənəffüsünün pozulması, havanın quruluğu, KRVİ anginanın yaranma ehtimalını yüksəldir. Anginanın ümumi əlamətləri qana mikrobların həyat fəaliyyəti məhsullarının daxil olması nəticəsində meydana çıxır. Mikrobların toksinləri ürək-damar və sinir sisteminin toksiki zədələnməsinə, qlomerulonefrit və revmatizmin inkişafına səbəb ola bilər. Streptokokk mənşəli anginanın tez-tez residivləşməsi zamanı ağırlaşmaların yaranma riski artır. Udlaq həlqəsinin limfoid toxumasının zədələnməsinin dərinliyi və xarakterindən asılı olaraq: birincili angina kataral lakunar follikulyar nekrotik formalara bölünür. Ağırlıq dərəcəsinə əsasən yüngül, orta və ağır formalar ayırd edilir.
Skarlatina Skarlatina — qızdırma, angina. dəridə nöqtəvari səpkilərlə müşayiət olunan infeksiyon xəstəlikdir. Skarlatina ilə adətən uşaqlar xəstələnir. Törədiciləri beta — hemolitik streptokokklardır.
Səbəbləri Infeksiyanın mənbəyi skarlatinalı, anginalı və ya streptokok daşıyıcılı insan hesab olunur. Yoluxma hava- damcı yolu ilə baş verir, bəzən məişət- kontakt yolu ilə (oyuncaqlar və ya əşyalar) baş verir. Yoluxma həm də dəridə zədə olduqda belə baş verə bilər.
Skarlatinanın əlamətləri Inkubasiyon periodu 1–12 günə qədər çəkir. Xəstəlik kəskin başlayır, bədən temperaturu 38–39 dərəcəyə qədər qalxır. Udma zamanı boğazda ağrı, zəiflik, baş ağrısı müşahidə olunur. Həkim ağız və udlağa baxdiqda anginın klassik şəklini aşkar edir. Xəstəliyin 1-ci günü boyunda bədənin yuxarı hissəsində dəridən bir qədər yuxarıda çoxlu miqdar nöqtəvari səpkilər meydana çıxır. Bu səpkilər ölçüsü 1–2 mm olur, tezliklə bütün bədənə yayılır tı nahiyyələrdə olur. Səpki çox vaxt dirsək büküşü və qoltuqaltı nahiyədə olur, qaşınma ilə müşayiət olunur. Bircə burun və ağızın ətrafında səpki olmur. Dil məməcikləri şişkinləşir, moruğa bənzəyir. Bədən temperaturu yüksək olaraq qalır səpki 2–4 gün çəkir, sonra itir. Xəstəlikdən 5–6 gün sonra səpkilərin yerində dərinin qabıqlanması baş verir ki, bu da 2–3 həftə çəkir.diaqnoz qoymaq çətin olmur və həkim xəstənin klinik şəklinə görə diaqnoz qoyur.
Ağırlaşmaları Ağırlaşmaları ilkin və gecikmiş olaraq 2 qrupa bölünür. Buna aiddir otitlər və sinusitlər. Gecikmiş ağırlaşmala revmatizm, qlomerulonefrit və s. aiddir.
Profilaktika Skarlatinaya şübhə olduqda mütləq həkimə müraciət edin və həkimin təyinatına dəqiq əməl edin. Skarlatina vaxtı antibiotiklər təyin olunur, müalicə olunmadiqda isə ağırlaşmalar baş verə bilər. Mütləq temperatur düşənə qədər yataq rejiminə əməl etmək çoxlu maye qəbul etmək lazımdır. Qida duru və ya bəzi zülaları məhdudlaşdırmaqla yarımdımçı olmalıdır. Müalicə evdə aparılır.ağır və orta ağır xəstələr 3 ayından 7 yaşına qədər uşaqlar, 1-ci 2-ci sinif şagirdləri hospitalizasiya olunmalıdır. Həkim 5–7 gün müddətində pensilin qrup antibiotiklər təyin edir. Skaralatinalı xəstə ayrı otaqda saxlanılmalıdır, ona ayrıca qab-qacaq, dəsmal verilir. Xəstənin izolasiyası 10 gün müddətinə olur. Uşaqlar 12 gün müddətindən sonra məktəbə buraxılır. Kontaktda olan uşaqlar 7 gün müddətində kollektivə buraxılmır.
Vərəm xəstəliyi
Vərəm yoluxucu xəstəlikdir. Bu xəstəlik vərəm mikobakteriyası (bəzən vərəm çöpü və ya onu aşkar edən alimin adı ilə Kox basillası adlandırılır) tərəfindən törədilir. Vərəm xəstəliyi insanın bütün orqanlarını zədələyə bilər, lakin ən geniş yayılmış forması ağciyər vərəmidir. Ağciyər vərəmi həm xəstənin özü, həm də onun ətrafında olan insanlar üçün təhlükəlidir. Belə ki, mikobakteriyalar xəstə insan danışdıqda, asqırdıqda və ya öskürdükdə hava vasitəsilə sağlam insanlara ötürülür.
Vərəmin törədicisi Vərəm xəstəliyinin törədicisi şüalı göbələklərə aid olan mikrobakteriyalardır. Bu törədici 1882-ci ildə alman alimi R. Kox tərəfindən kəşf olunmuşdur. Bu törədicinin eni 0,2–0,6, uzunluğu 1–6 mikrondur. Bu çöplərin hazırda 5 tipi məlumdur. İnsan, heyvan, quş, çöl siçanı, qarışıq tipləri var. Vərəm çöpləri spirtə, turşuya davamlıdır. Bir sutka ərzində yarıya bölünməklə çoxalır. Tozlu bəlğəmdə 72 saat, qurumuş bəlğəmdə 5–6 ay, əşyalarda 3 aya kimi havasız, günəşsiz yerdə bir neçə ay, suda 5 ay, 0 °C-də illərlə həyat qabiliyyətini saxlayır.
Xəstəliyin yayılması Vərəm xəstəliyinin yayılması 95% hava damcı yolu ilə xəstə İnsanın asqırması, öskürməsi, tənəffüsü zamanı ətrafa yayılan hava damcılarının sağlam insanın tənəffüs yollarına düşməsi zamanı baş verir. Bu proses dərhal baş vermir. Bunun üçün təmasın uzun müddətli olması, mikrobların çoxluğu, orqanizmin immun sisteminin zəifləməsi olmalıdır. Vərəmin yayılması mədə-bağırsaq yolu ilə də mümkündür. Beləki, bəlğəmin udulması, xəstə inəyin südünə vərəm xorasından mikrobakteriyaların qarışması zamanı südü 3–5 dəqiqə qaynatmadıqda, xəstə quşların yumurtasını yaxşı qaynatmadıqda və s. hallarda yoluxa bilir. Vərəmin yayılması zədələnmiş dəri, selikli qişalardan da mümkündür.
Risk qrupları Orqanizmin xroniki xəstəlikləri; şəkərli diabet, tireotoksikoz, hamilə və zahı qadınlar, xroniki qanaxmalar, anemiyalar, xroniki nefrit, mədə və onikibarmaq bağırsaq xorası, xroniki mədə-bağırsaq pozğunluqları, bir çox qan xəstəlikləri və s . Yaş amili; 3 yaşa qədər, qoca yaşlılar. Zərərli adətlər; siqaret çəkmək, spirtli içki qəbul etmək, narkomaniya və s. Uzun müddət qlükokortikoid, immunosupressorlarla müalicə. Baş-boyun xərçəngi. Böyrək xəstəliklərinin son mərhələsi. Bağırsaq anastomozları. HİV infeksiyası