Enrike Mateos Mansebo (; ) — hücumçu mövqeyində oynamış İspaniya futbolçusu.
O, La Liqada "Real Madrid", "Sevilya" və "Betis" kimi klubları təmsil edərək 123 oyuna 48 qol vura bilmişdir.
Klub karyerası Madriddə anadan olan Enrike təhsilini "Real Madrid" klubunun məktəbində bitirdi. O, klubda keçirdiyi 8 il ərzində əsasən ehtiyat oyunçu qismində çıxış edirdi və bu müddət ərzində 13 əsas titul qazanmışdır. Onun ən uğurlu La Liqa mövsümü 1956–57 təsadüf etdi, həmin çempionluq mövsümündə o, 21 oyuna 14 qol vurmağı (karyerasının ən yaxşı nəticəsi) bacarmışdır. O, Çempionlar Kubokunda keçirdiyi 16 oyuna 9 qol vurmuş və dörd dəfə turnirin qalibi olmuşdur.
Mateos "merinqlər"i 1961-ci ilin yayında tərk etdi və ümumlikdə 93 oyuna 50 qol vurmuşdur. Daha sonra o, ölkəsinin "Sevilya", "Rekreativo", "Real Betis" və "Ximnastika Torrelaveqa" klublarında çıxış etdi. "Sevilya"nın heyətində oynayarkən o, karyerası boyu sağalmayacağı zədə aldı. 37 yaşında karyerasını bitirənə qədər o, həmçinin Şimali Amerika Futbol Liqasının "Klivlend Stokers" klubunda və Cənubi Afrikanın "İst London Seltik" klubunda oynadı.
Sonradan Mateos təxminən iyirmi il məşqçi olaraq çalışdı. Peşəkar səviyyədə qazandığı ən böyük müvəffəqiyyət "Kadis" klubunu tarixində ilk dəfə üst liqaya çıxarması oldu, lakin növbəti mövsüm Andalusiyalılar geri aşağı divizyona qayıtdıqları üçün istefaya göndərildi.
Milli komanda karyerası Mateos 4 il ərzində İspaniya millisinin heyətində 8 oyunda iştirak etdi. O, 31 mart 1957-ci ildə Belçika millisinə qarşı ilk yoldaşlıq oyununda qol vurmağı bacardı, oyun 5–0 ispaniyalıların xeyrinə başa çatdı.
Millidə qolları
Ölümü Mateos, 67 yaşı olmasından iki həftə əvvəl, 6 iyul 2001-ci ildə Seviliyada öldü.
Nailiyyətləri Real Madrid
La Liqa: 1953–54, 1954–55, 1956–57, 1957–58, 1960–61 Çempionlar Kuboku: 1955–56, 1956–57, 1957–58, 1958–59, 1959–60 Qitələrarası kubok: 1960 Latın Kuboku: 1955, 1957
İstinadlar
Xarici keçidlər Enrike Mateos BDFutbol-da Enrike Mateos manager profile BDFutbol-da Enrike Mateos National-Football-Teams.com-da Eu-Football-da İspaniya heyətində statistikası
Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Real Madrid Kastilya FK futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:Sevilya FK futbolçuları Kateqoriya:Rekreativo FK futbolçuları Kateqoriya:Real Betis FK futbolçuları Kateqoriya:Ximnastika Torrelaveqa FK futbolçuları Kateqoriya:Şimali Amerika Futbol Liqası (1968–1984) futbolçuları Kateqoriya:Klivlend Stokers FK futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniya futbol məşqçiləri Kateqoriya:La Liqa məşqçiləri Kateqoriya:İspaniya ikinci futbol divizionunun məşqçiləri Kateqoriya:Kadis FK məşqçiləri Kateqoriya:Deportivo La-Korunya FK məşqçiləri Kateqoriya:Fuenxirola FK məşqçiləri Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:İspaniya B milli futbol komandasının oyunçuları Kateqoriya:Madriddə doğulmuş futbolçular Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri