Film turizmi — film, televiziya verilişləri və ya başqa məqsədlərlə çəkiliş aparılan yerləri və ya göstərilən əraziləri ziyarət etməyi təşviq edən turizm növüFilm Tourism as a Destination Marketing Tool: Tips for Your Hotel. İstifadə tarixi: 29 aprel 2026.. Film sektorunun inkişafı ilə birlikdə bu turizm sahəsi sürətlə inkişaf edir. Filmdə göstərilən real yerlərə səfər ilə filmlərin çəkildiyi yerləri ziyarət arasındakı məqsəd müxtəlifliyi ayrı turizm fəaliyyət kimi qəbul oluna bilərFilm tourism. İstifadə tarixi: 29 aprel 2026.. Film turizmi çərçivəsində turistlər getdikləri destinasiyaların təbii gözəllikləri tərəfindən deyil, filmdə gördükləri mövzu, insani münasibətlər və həyəcanlandırıcı məqamlar tərəfindən cəzb olunurlar.Movie induced tourism. İstifadə tarixi: 29 aprel 2026. Ona görə də Netflix, Amazon Prime, HBO və Disney+ kimi uğurlu film istehsalı şirkətlərinin film turizminin inkişafında rolu getdikcə artır.

Filmdə göstərilən tarixi yaxud ideoloji əhəmiyyəti böyük olan ərazilər tamaşaçılara tanıdılır və insanlar bu yolla göstərilən ərazilərə səfər etməyə həvəsləndirilir. Film turizmi üçün təşkil olunan turlarda əraziləri ziyarətdən başqa, filmdə istifadə olunan əşyaların geniş nümayişi də nəzərdə tutulur.

Film turizmi yerli iqtisadiyyatın inkişafında stimullaşdırıcı rol oynayır, məkanların bərpası və qorunması işinə diqqət çəkir. Bu üstün cəhətlərinə baxmayaraq film turizmi çərçivəsində reallaşan intensiv və tənzimlənməyən səfərlər sosial-mədəni, eləcə də ekoloji cəhətdən zərərli ola bilərFilm Tourism: How Movies and TV Series Promote Destinations. İstifadə tarixi: 29 aprel 2026..

Nümunələr

İngiltərədə "Harri Potter" filminin səhnələrinin çəkildiyi Alnvik qalasında ziyarətçi sayında 120% artım qeydə alınıb və bu artım əraziyə təxminən 9 milyon funt-sterlinq dəyərində turizm gəliri gətirib.Luty, J. "Annual revenue from Warner Bros. Studios Tour London — 'The Making of Harry Potter' tour from 2012 to 2018". statista.com. / Da Vinçi şifrəsi filmindən sonra Luvr muzeyini ziyarət edən turistlərin sayında artım müşahidə olunub. Yeni Zelandiya (Üzüklərin hökmdarı)Movie Tourism: How The Film Industry Impacts Travel. İstifadə tarixi: 29 aprel 2026. Məşhur "Cəsur ürək" filmindən sonra Şotlandiya tarixi və mədəniyyətinə maraq artmış, Şotlandiyaya səfər etmək istəyən turistlərin sayında artım baş vermişdir. Koloradoda yerləşən Stanley hoteli Stiven Kinqin "Parıltı" romanı ilə əlaqədar məşhurlaşmışdırMovie Tourism: A Guide to Visiting Iconic Movie Locations. İstifadə tarixi: 1 may 2026.. Netflix-də göstərilən "Adams ailəsi" serialından sonra turistlər arasında Ruminiyaya marağın artdığı müşahidə olunub.The influence of cinema and TV on tourism. İstifadə tarixi: 1 may 2026. "Troya" filmindən sonra Türkiyənin Çanaqqala şəhərinə gələn turist sayının artımında mühüm rol oynayıbAnalysis of the Impact of Film Tourism on Tourist Destinations. İstifadə tarixi: 1 may 2026.. "Ağ zanbaq" serialından sonra Siciliyaya səfərlərin sayı artıb.Let’s make that a wrap on movie tourism. İstifadə tarixi: 18 may 2026.

Həmçinin bax

Film sənayesi Virtual turizm

İstinadlar

Kateqoriya:Turizm növləri