Küratağ qalası — Xocavənd rayonunun Düdükçü kəndi yaxınlığında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi.

Yerləşməsi

Qala əlçatmaz yüksəkliyə malik ərazidə yerləşir. Üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş, bir tərəfdən isə onu xarici aləmlə əlaqələndirən yol açlmışdır. Qalanın yerləşdiyi ərazidən bütün ətraf ərazilərə nəzarət etməyə imkan verən mənzərə açılır.

Memarlıq xüsusiyyətləri

Qala dövrümüzə ciddi dağıntılara məruz qalmış şəkildə çatmışdır. Vaxtilə onun yerləşdiyi ərazidə ağaclar və kollar arasında qala divarları və yarımdairəvi qüllələrin qalıqları görünməkdədir.

Qala divarlarınn inşası zamanı ərazinin relyefi də nəzərə alınmışdır və buna görə də, qala qeyri-səlis dördbucaqlı formasına malikdir. Qalanın ən yüksək hissəsində, iki qüllə arasında giriş qapısı yerləşir. Vaxtilə qala divarları ilə əhatə olunmuş ərazi düzləşdirilmiş relyefə malik olmaqla 300m2 sahəyə malikdir.

Qala ərazisində su saxlancı kimi istifadə edilən geniş hovuz yonulmuşdur. Araşdırılmış keramik boruların istiqamətindən müəyyən edilmişdir ki, su hovuza qalanın cənub tərəfindəki bulaqdan gətirilirmiş.

İstinadlar

Ədəbiyyat

Həmçinin bax Xanabert qalası Qaxaç qalası

Kateqoriya:Xocavənd rayonunun qalaları Kateqoriya:Xocavənd rayonunun görməli yerləri Kateqoriya:Azərbaycan qalaları