Stronsium sulfat SrSO4 - sulfat turşusunun stronsium duzu.Təbiətdə selestin mineralı şəklində olur.

Fiziki xassələri Rombik sistemin rəngsiz kristalları (α-modifikasiya, 1157 ° C-ə qədər mövcuddur). Yüksək temperaturda, altıbucaqlı β-modifikasiyaya çevrilir.

Alınması

Natrium sulfatın stronsium hidroksidlə reaksiyası zamanı alınır:

Kimyəvi xassələri

Suda az həll olunur (0 ° C-də 100 ml suya 0,0113 qram). Xlor ionlarının iştirakı ilə həl olunması artır. 1580 ° C-dən yuxarı temperaturda parçalanır. Yalnız yüksək təzyiqlərdə əriyir, 6MPa-da ərimə nöqtəsi 1606 ° C-dir.

Stronsium sulfatın sulfat turşusu ilə reaksiya zamanı stronsium hidrosulfid alınır

Stronsium sulfatın, natrium karbonat ilə reaksiya zamanı stronsium karbonat və natrium sulfat alınır.

Tətbiqi Stronsium sulfat rezin və boyalar üçün doldurucu kimi istifadə olunur. Quyu qazma üçün istifadə olunan ağır mayelərin tərkibinə daxil olur. Mənbə Рабинович В.А., Хавин З.Я. Краткий химический справочник. - Л.: Химия, 1977.С. 100 Волков, А.И., Жарский, И.М. Большой химический справочник / А.И. Волков, И.М. Жарский. - Мн.: Современная школа, 2005. - 608 с

Kateqoriya:Stronsium birləşmələri Kateqoriya:Sulfatlar