Xose Fernandes İqlesias (; ), Xoseito ləqəbi ilə tanınır ― yarımmüdafiəçi mövqeyində oynamış İspaniya oyunçusu və məşqçi.
Doqquz mövsüm ərzində La Liqada ümumlikdə 134 oyuna 54 qol vurmuşdur. O, ən çox 177 rəsmi oyuna 77 qol vurduğu və 10 böyük kubok qazandığı "Real Madrid" klubunun heyətində oyunu ilə tanınır.Real Madrid biography
Klub karyerası Kastiliya və Leon regionunun Samora şəhərində anadan olmuşdur. O, 1949-cu ildə "Rasinq Santander" klubuna keçməzdən əvvəl müxtəlif komandalarda çıxış etmişdir, onlar içərisində yerli "Ateltiko Samora" da var idi. 1949–50 təsadüf edən ilk mövsümündə o, kantabriyalılara La Liqaya yüksəlməyə kömək etdi. 1951-ci ilin yayında Xoseito "Real Madrid"ə transfer olundu (hər iki klubu təmsil etmiş başqa oyunçu Fransisko Xentodan iki il əvvəl) və təxminən 200 rəsmi oyuna çıxdığı növbəti 8 il ərzində burada oynadı. 1955–59 illəri ərzində o, ard-arda dörd Çempionlar Kubokuna yiyələndi, ümumlikdə o proses ərzində 11 oyuna 6 qol vurdu; buna baxmayaraq, Raymon Kopanın gəlişindən sonra, o, daha az meydana çıxırdı.
Xoseito 1961-ci ildə "Levante" və "Rayo Vallekano" ilə ikinci divizionda 2 il keçirəndən sonra təxminən 35 yaşında oyunçu karyerasını bitirdi. Növbəti onilliklərdə İspaniya futbolunun hər üç əsas liqa səviyyəsində bir çox klubda məşqçilik etdi, ən yüksək liqada "Valensiya" və "Qranada" (2 mövsüm) klublarını çalışdırmışdır.
Milli karyerası İspaniya milli futbol komandasının heyətində o, ilk və yeganə oyununu 28 dekabr 1952-ci ildə Madrid şəhərində keçirilən və 2-2 hesablı bərabərliklə bitən Qərbi Almaniyaya qarşı yoldaşlıq oyununda keçirmişdir.El partido al cronómetro (Play-by-play) ; El Mundo Deportivo, 29 December 1952
Ölümü Xoseito son altı ildə ikinci dəfə insult keçirdikdən sonra 12 iyul 2007-ci ildə Əndəlusun Qranada şəhərində vəfat etdi. O, 80 yaşında idi.Joseíto, ganador de cuatro Copas de Europa con el Real Madrid (Joseíto, winner of four European Cups with Real Madrid) ; El Mundo, 12 July 2007
Nailiyyətləri Valyadolid
Tersera divizyonu: 1945–46, 1946–47
Salamanka
Tersera divizyonu: 1947–48
Rasinq Santander
Sequnda divizyonu: 1949–50
Real Madrid
4 La Liqa: 1953–54, 1954–55, 1956–57, 1957–58 4 Çempionlar Kuboku: 1955–56, 1956–57, 1957–58, 1958–59 2 Latın Kuboku: 1955, 1957
İstinadlar
Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Samora FK futbolçuları Kateqoriya:Real Valyadolid FK futbolçuları Kateqoriya:Salamanka FK futbolçuları Kateqoriya:Rasinq Santander FK futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:Levante FK futbolçuları Kateqoriya:Rayo Valyekano FK futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniya futbol məşqçiləri Kateqoriya:Tenerife FK məşqçiləri Kateqoriya:Valensiya FK məşqçiləri Kateqoriya:Qranada FK məşqçiləri Kateqoriya:Kordova FK məşqçiləri Kateqoriya:Real Mursiya FK məşqçiləri Kateqoriya:Alaves FK məşqçiləri Kateqoriya:Leqanes FK məşqçiləri Kateqoriya:Deportivo La-Korunya FK məşqçiləri Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:La Liqa məşqçiləri Kateqoriya:Futbol hücumçuları