Əlcəzair Universiteti (ər. جامعة الجزائر – بن يوسف بن خـدة) — Əlcəzairdə universitet. 1909-cu ildə əsası qoyulub və yeddi fakültədən ibarətdir.
Tarixi Əlcəzairin müstəqillik referendumundan sadəcə bir ay əvvəl, 1962-ci il 7 iyunda Əlcəzairin müstəqilliyinin əleyhinə olan "qara ayaqlılar" (fr. pieds noirs) hərəkatı GST-nin (Gizli Silahlı Təşkilat, fr. Organisation Armée Secrète) başçılığı altında universitetin kitabxanasını alova verərək 500000 kitabı məhv etdi.n incendie criminel ravage l’universite, plusieurs autres batiments publics sont de ́truit’, LeMonde(9 June 1962) Bu kitabların yandırılması bir növ bütün ərəb dünyası boyunca həyata keçirilmiş "yandırılmış torpaq" siyasəti idi. Bu hadisənin digər ölkələrə təsiri özünü xüsusilə marka bazarında büruzə verdi. Belə ki, Misir, İraq, İordaniya, elə Əlcəzairin özü də üzərində kitabın və ya kitabxananın yanmasının təsvir edildiyi markalar istehsal etdilər. Bununla göstərmək istəyirdilər ki, müstəqilliyin əleyhinə olan bu hərəkat Əlcəzair öz mədəniyyətini yaratmaq niyyətində olduğu müddətcə bu mədəniyyəti yox etməyə çalışacaq.Fleury, Georges. The Secret History of the Organisation De l'Armée Secrète Grasset, 2002.
Kitabxanası
Universitetin kitabxanasında 800000 cild kitab mövcuddur.
Məşhur məzunları
Alber Kamü (1913-1960) - yazıçı, 1957-ci il Ədəbiyyat üzrə Nobel mükafatının laureatı Lahdar Brahimi (1934) - Birləşmiş Millətlər deputatı, Əlcəzairin xarici işlər naziri Elias Zərhuni (1951) - Əlcəzair doğumlu amerikalı həkim, radioloq və biotibbi mühəndis Sadek Rabah (1968) - professor və akademik tədqiqatçı
İstinadlar
Xarici keçidlər
University of Algiers Website Faculty of Islamic Sciences