Frenk Billinqs Kelloq — (22 dekabr 1856 – 21 dekabr 1937) ABŞ Senatında və ABŞ dövlət katibi vəzifəsində çalışmış xidmət etmiş Amerikalı vəkil, siyasətçi və dövlət xadimi idi. 1929-cu ildə Brian-Kelloq paktına görə Nobel sülh mükafatına layiq görülmüşdür.
Erkən həyatı və karyerası Kelloq, 1856-cı il dekabrın 22-də Nyu-Yorkun Potsdam şəhərində Abeqeyl (Billinqs) və Asa Farnsvors Kelloqun ailəsində dünyaya gəlib. Ailəsi 1865-ci ildə Minnesota ştatına köçür.
Kelloq 1877-ci ildə Minnesota ştatının Roçester şəhərində hüquq təhsili aldı və vəkillik fəaliyyətinə başladı. 1878–1881-ci illərdə Roçester şəhər vəkili və 1882–1887 arasında, Minnesota, Olmstid Kauntri qraflığı vəkili vəzifəsində çalışıb. 1886-cı ildə Minnesota ştatındakı Sent-Pol şəhərinə köçür.
1905-ci ildə, Teodor Ruzvelt Kelloqdan federal antiinhisar davasını mühakimə etməsini istəyəndə Kelloq federal hökumətə qoşuldu. 1906-cı ildə Kelloq, Eduard Henri Harriman haqqında araşdırma aparmaq üçün Dövlətlərarası Ticarət Komissiyasına xüsusi vəkil təyin edildi. 1908-ci ildə Şerman Antiinhisar qanununa əsasən Union Pacific Railroada qarşı federal prokurorluğa rəhbər təyin edildi. Onun ən mühüm işi, Amerika Birləşmiş Ştatları, 221 ABŞ 1 (1911)-dəki,Nyu-Cersi Standard Oil idi. Bu uğurlu ittihamdan sonra Amerika Barolar Birliyinin prezidenti seçildi (1912–1913).
1907-ci ildə Amerika İnqilabı Oğulları Minnesota Cəmiyyətinin yurddaşı seçildi.
ABŞ Senatı 1916-cı ildə Kelloq Minnesota ştatından ABŞ Senatına Respublikaçılar partiyasından seçildi və 4 mart 1917 – 4 mart 1923-cü illər arasında 65,66 və 67-ci Konqreslərdə vəzifə yerinə yetirdi. Versal sülh müqaviləsinin ratifikasiyası döyüşündə,ratifikasiyanı dəstəkləyən nadir respublikaçılardan biri idi. 1922-ci ildə yenidən seçilmək təklifini itirdi və 1923-cü ildə Çili, Santyaqoda keçirilən Amerika Dövlətlərinin Beşinci Beynəlxalq Konfransında ABŞ nümayəndəliyini təmsil etdi.
Böyük Britaniya səfiri 1924-cü ildə, prezident Kalvin Kulic tərəfindən 14 yanvar 1924 – 10 fevral 1925-ci illər arasında Böyük Britaniyaya fövqəladə və səlahiyyətli səfir təyin edildi. Uorren Hardinqin dövründə xidmət edən Corc Brinton Mak-Kellan Harveyin yerinə keçdi və Kelloq Dövlət katibi olması üçün Alanson Biqelou Houtona qalib gəldi.
Dövlət katibi thumb|1927-ci ildə Frenk B. Kelloq tərəfindən dövlət katibi olaraq imzalanmış vəsiqə. 1925-ci ildən 1929-cu ilədək prezident Kulic kabinetində ABŞ dövlət katibi vəzifəsini icra etdi. 1928-ci ildə İrlandiyanın Dublin şəhərində "Şəhər Azadlığı" mükafatına layiq görüldü və 1929-cu ildə Fransa hökuməti onu "Fəxri Legion" ordeni ilə mükafatlandırıldı.
Dövlət katibi olaraq ABŞ-Meksika münasibətlərinin yaxşılaşdırılmasından və Peru ilə Çili arasında uzun müddətdir davam edən Takna-Arika mübahisələrinin (Lima müqaviləsi) həllinə kömək etməkdən məsul idi. Bununla yanaşı, onun ən əhəmiyyətli uğuru 1928-ci ildə imzalanan Brian-Kelloq paktı idi. Fransa xarici işlər naziri Aristid Brian tərəfindən irəli sürülən müqavilənin "Milli siyasətdə müharibələrdən imtina edilməsini" nəzərdə tutulurdu. Məhz, bu pakta görə də 1929-cu ildə Nobel sülh mükafatına layiq görüldü.
1930–1935-ci illərdə Daimi Beynəlxalq Ədalət Məhkəməsinin köməkçi hakimi oldu.Installation ceremony of Frank B. Kellogg at Permanent Court of International Justice, The Hague (1930) , at YouTube.
Kelloq elmi etimadnaməsinin çatışmazlığını özü-özlüyündə dərk etdi; daxil olduğu bir otaqlı kənd məktəbini, 14 yaşında tərk etdi. O, heç lisey, kollec və ya hüquq fakültəsinə daxil olmayıb. Onun yeganə qabaqcıl təhsili xüsusi bir vəkil ofisində katiblikdən irəli gəldi. Kelloq Minnesota ştatında kasıb bir fermada böyüyür və Avropa diplomatiyasında üstünlük təşkil edən aristokratlarla işləmək üçün dünyəviliyi və ya ixtiyar sahibliyi yox idi. Dövlət katibi olaraq, əsas diqqəti Latın Amerikası idi, burada qəddar, güclü adamlarla işləyirdi. Heyəti fikirlərini təqdim etdi və hər zaman açıq, səmimi və asanlıqla ünsiyyət qurduğunu qiymətləndirirdilər. Meksika hökuməti ilə Katolik kilsəsi arasındakı mübahisənin bitməsinə köməklik etdi, lakin neft ehtiyatlarına sahiblik mübahisəsini həll edə bilmədi. Uzaq Şərqdə Çin və Yaponiyanın hədə-qorxularına lütfkarlıq göstərdi. Çin tarif şurası ilə müvəffəqiyyətli danışıqlar apardı. Avropaya gəldikdə, o, ilk növbədə Vaşinqton müqaviləsi ilə qurulmuş dəniz silahlanmasına dair məhdudiyyətlərin genişləndirilməsində maraqlı idi; burada az inkişaf yolu qət etmişdi. Kelloq, Brian-Kelloq paktı ilə beynəlxalq şöhrət və Nobel sülh mükafatını qazandı. Bu, demək olar ki, hər millət tərəfindən təsdiq edilmişdir. 1945-ci ildən sonra Alman və Yapon hərbi liderlərinin mühakimə olunması və edamının hüquqi əsasını təşkil etdi.Edward Mihalkanin, ed., American Statesmen: Secretaries of State from John Jay to Colin Powell (2004) pp 293–98.
Şəxsi həyatı thumb|Kelloqun Vaşinqtondakı keçmiş iqamətgahı. 1886-cı ildə Kelloq Corc Klinton Kuk (1828–1901) və Elizabet (qardaş Börns) Kukun (1838–1908) qızı Klara Mey Kuk (1861–1942) ilə evləndi.
1880-ci ildə, 1 aprel, 19 aprel və 3 may tarixlərində masonluq dərəcələrini aldığı,21 nömrəli mason lojasına üzv oldu.
Sent-Polda 81 yaşı ərəfəsində,insultdan sonra, düçar olduğu sətəlcəmdən vəfat etdi. Vaşinqtonda Vaşinqton milli kafedralında dəfn edilib.
İrsi 1937-ci ildə, qəyyumu olduğu Karlton Kollecində Kellogg Beynəlxalq Münasibətlərdə Kelloq Təhsil vəqfini təsis etdi. Sent-Poldakı evi, Frenk B. Kelloq Evi 1976-cı ildə ABŞ Milli Tarixi Abidələri siyahısına salındı.
Aşağıdakılar onun şərəfinə adlandırılıb:
Sent-Pol şəhərindəki Kelloq Bulvarı. Vaşinqton, Şorelayn və Roçester, Minnesotadakı Kelloqun adını daşıyan orta məktəblər, Roseville School District 623-ün bir hissəsi olan Minnesota, Little Canada-daki Frenk B. Kelloq Liseyi (1986-cı il). Frenk B. Kelloqun adını daşıyan "Liberti" gəmi nəqliyyatı.
Sənədləri Frenk B. Kelloqun sənədləri Minnesota Tarix Cəmiyyətində araşdırmalar üçün istifadə edilə bilər. Bunlara yazışmaları və müxtəlif sənədlər, Dövlət Departamentinin dublikatları, müxtəlif xəbərlərdən kəsilib toplanmış albomları, mükafatları,memorandumları, fəxri fərmanlar, xəritələr və xatirə sənədləri daxildir.
İstinadlar
Həmçinin bax Sülh üzrə Nobel mükafatı laureatlarının siyahısı Kalvin Kulic Aristid Brian
Ədəbiyyat Bryn-Jones, David. Frank B. Kellogg: A Biography. New York, G. P. Putnam's Sons, 1937. (Reprinted in 2007: ) Ellis, Lewis Ethan. Frank B. Kellogg and American foreign relations, 1925–1929. New Brunswick, N. J.: Rutgers University Press, 1961. Ellis, Lewis Ethan. Republican foreign policy, 1921–1933 (1968) Ellis, L. Ethan. "Frank B. Kellogg" in An Uncertain Tradition: American Secretaries of State in the 20th Century. ed. Norman A. Graebner. (1961) pp 149–67. Ferrell, Robert H. Frank B. Kellogg & Henry L. Stimson: The American Secretaries of State and their diplomacy. Cooper Square Publishers, 1963. online Rhodes, Benjamin D. United States Foreign Policy in the Interwar Period, 1918–1941: The Golden Age of American Diplomatic and Military Complacency (2001) pp 57–72.
Xarici keçidlər Eric Weber. "Kellogg, Frank Billings (1856–1937)." MNopedia. Minnesota Tarix Cəmiyyəti. Müharibədən İmtina: Kellogg-Briand Paktı
Kateqoriya:Ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:XX əsr ABŞ siyasətçiləri Kateqoriya:Amerikalı masonlar Kateqoriya:XIX əsr ABŞ siyasətçiləri Kateqoriya:ABŞ dövlət katibləri