Cəlal Mirzəyev (tam adı: Cəlal Sabir oğlu Mirzəyev; ) — diplomat, hüquqşünas, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2019–2024).
Həyatı 1999-cu ildə Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsində referent vəzifəsində işə başlamışdır.
2001–2003-cü illərdə Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində üçüncü və ikinci katib vəzifələrində, 2003–2005-ci illərdə ölkəmizin Brüsseldə NATO yanında Nümayəndəliyində ikinci katib, 2005–2007-ci illərdə Xarici İşlər Nazirliyinin birinci Qərb Ərazi İdarəsində birinci katib vəzifəsində çalışıb.
2007–2009-cu ildə Azərbaycanın Malayziyadakı Səfirliyində birinci katib, 2009–2011-ci illərdə AR XİN Avropa İdarəsində (Böyük Britaniya və Skandinaviya ölkələri) şöbə müdiri, 2011–2015-ci illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin müşaviri, 2015–2017-ci illərdə AR XİN-də Amerika İdarəsinin rəis müavini, 2017–2019-cu il sentyabrın 27-nə qədər Azərbaycanın Niderlandda, habelə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında müvəqqəti işlər vəkili vəzifələrində çalışıb.
27 sentyabr 2019-cu ildən Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 20 dekabr 2024-cü ildə Azərbaycanın İndoneziyada, eyni zamanda Filippində, Timor-Leste Demokratik Respublikasında, Sinqapurda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Xarici dil bilikləri ingilis, fransız və rus dilləridir.
Qalereya
Həmçinin bax Azərbaycan–İndoneziya münasibətləri Azərbaycanın xarici siyasəti
İstinadlar
Xarici keçidlər
Səfir Cəlal Mirzəyevin rəsmi twitter profili Səfir Cəlal Mirzəyevin rəsmi linkedin profili
Kateqoriya:Masallı rayonunda doğulanlar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycanın İndoneziyadakı səfirləri Kateqoriya:Azərbaycanın Sinqapurdakı səfirləri Kateqoriya:Azərbaycanın Şərqi Timordakı səfirləri Kateqoriya:Azərbaycanın Filippindəki səfirləri