93 manifesti 4 oktyabr 1914-cü ildəJürgen von Ungern-Sternberg and Wolfgang von Ungern-Sternberg, Der Aufruf "An die Kulturwelt!": das Manifest der 93 und die Anfänge der Kriegspropaganda im Ersten Weltkrieg , Franz Steiner Verlag, Stuttgart, 1996, p.13. orijinalda "Mədəni Dünyaya" adını daşıyan, 93 alman alim, akademik və sənətkarın Birinci Dünya müharibəsinin başlanğıc dövründə Almaniyanın hərbi əməliyyatlarına birmənalı olaraq dəstək verdiklərini bəyan edən sənəddir. Manifest ölkənin məktəb və universitetləri tərəfindən dəstəklənsə də,bir çox əcnəbi intellektuallar tərəfindən qəzəblə qarşılanmışdı.

Vilhelm Förster sənədi imzalamasından çox keçməmiş peşman olmuş və tezliklə Georq Fridrix Nikolayla bərabər Avropalılara Manifesti hazırlamışdılar. Onlar "bütün millətlərin təhsilli adamlarının öz təsirlərini gələcək müharibələrin qarşısını almaq üçün sülhün şərtlərinə yönəltmələrini sadəcə yaxşı bir şey yox eyni zamanda zərurət olduğunu, bu müharibənin bütün Avropa münasibətlərini eyni dərəcədə qeyri-sabit və plastik bir dövlətə qərq etməsi yerinə Avropadan üzvi bir bütövlük yaratmaq üçün istifadə edilməlidir" fikirlərini meydana atmışdılar. Müxtəlif insanlar bu fikirlərə rəğbət bəsləsələr də yalnız Otto Buek və Albert Eynşteyn imzalamağa razı olmuşdular və bu halda nəşr olunmamış vəziyyətdə qalmışdır. Lakin, daha sonra Eynşteyn tərəfindən işıq üzü görmüşdür.

1921-ci ildə The New York Times qəzetində çıxan bir hesabatda, sağ qalan 76 imzaçıdan 60-ı müxtəlif dərəcədə peşman olduqlarını dilə gətirmişdilər. Hətta bəziləri imzaladıqlarını belə görmədiklərini iddia etmişdirlər.

Mətn thumb|93 manifesti

İmzaçılar 93 imzaçı arasında Nobel mükafatı laureatları, sənətkarlar, həkimlər, fiziklər, kimyaçılar, ilahiyyatçılar, filosoflar, şairlər, memarlar və tanınmış universitet müəllimləri var. Adolf fon Bayer,Kimyaçı,1905-ci ildə Kimya üzrə Nobel mükafatı almışdır Peter Berens,memar və dizayner Emil fon Berinq Vilhelm fon Bode Alois Brandl Lujo Brentano Yustus Brinkman Yohannes Konrad Franz fon Defreqqer Riçard Demel Adolf Deysman Vilhelm Dörpfeld Fridrix fon Dun Paul Erliş Albert Erhard Karl Enqler Cerhard Esser Rudolf Eyken, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1908) Herbert Oylenberq Henrix Fink Emil Fişer,kimyaçı, 1902-ci il Kimya üzrə Nobel mükafatının laueratı Vilhelm Förster Lüdviq Fulda Eduard fon Qebhardt,rəssam Yan Yakob Mariya de Qrut Fris Haber,Kimya üzrə Nobel mükafatı laureatı (1918) Ernst Hekkel,alim və filosof, “ekologiya” termininin müəllifi. Maks Halbe Adolf fon Qarnak Karl Haumptman Gerhart Hauptman Qustav Helman Vilhelm Herman Andreas Heusler Adolf fon Qildebrand Lüdviq Hofmam,memar Engelbert Humperdink,Henzel və Qretelin bəstəkarı Leopold Qraf fon Kalkreyt Artur Kampf Fridrix Avqust fon Kaulbax,rəssam Teodor Kip Feliks Kleyn,Kleyn butulkasının yaradıcısı Maks Klinqer Aloïs Knoepfler Anton Kox Paul Laband Karl Lamprext Filipp Lenard,Fizika üzrə Nobel mükafatı laureatı (1905) Maksimilian Lenz Maks Liberman Franz fon List Lüdviq Manzel Yosef Mausax Georq fon Mayr Sebastiyan Merkle Eduard Meyer Henrix Morf Frifrix Nauman Albert Neysser Valter Nernst,Kimya üzrə Nobel mükafatı laureatı (1920) Vilhelm Ostvald,Kimya üzrə Nobel mükafatı laureatı (1909) Bruno Paul Maks Plank,Fizika üzrə Nobel mükafatı laureatı (1918) ALbert Plon Georq Reike Maks Reinhart Alois Ril Karl Robert Vilhelm Rentgen,Fizika üzrə Nobel mükafatı laureatı MaksRubner Fritz Şaper Adolf Şlatter Avqust Şmidlin Qustav fon Şmoller Reynhold Siberq Martin Span Frans fon Ştuk Herman Zuderman Hans Toma Vilhelm Trubner Karl Volmöller Riçard Foss Karl Fossler Ziqfrid Vaqner,Rixard Vaqnerin oğlu Vilhelm Valdeyer Avqust Vasserman Feliks Vaynqartner Teodor Viqand Vilhelm Vin Ulrix fon Vilamovits-Moellendorf Rixard Vilştetter,Kimya üzrə Nobel mükafatı laureatı (1915) Vilhelm Vindelband Vilhelm Vundt

Ədəbiyyat

Herbert Gantschacher "Warpropaganda and the manifesto of the Ninety-Three" in Herbert Gantschacher "VIKTOR ULLMANN ZEUGE UND OPFER DER APOKALYPSE - WITNESS AND VICTIM OF THE APOCALYPSE - Testimone e vittima dell'Apocalisse - Prič in žrtev apokalipse - Svědek a oběť apokalypsy" - Complete original authorized edition in German and English language with summaries in Italian, Slovenian and Czech language, ARBOS-Edition , Arnoldstein-Klagenfurt-Salzburg-Vienna-Prora-Prague 2015, səh 185.

İstinadlar

Kateqoriya:Sənədlər Kateqoriya:XX əsrin sənədləri Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:Tarixi sənədlər