İohann Ferdinand "Hannes" İqnatius () — Finlandiyalı əsgər və Finlandiya müstəqilliyinin görkəmli dəstəkçisi.

Bioqrafiyası İqnatius fennoman senat Karl Ferdinand İqnatius və Amanda Kristina Berqmanın oğlu idi. İqnatius hərbi təhsilini 1885–1892-ci illərdə Hamina kadet məktəbində, daha sonra 1896–1899-cu illərdə Sankt-Peterburqdakı general heyəti akademiyasında almışdır.

Hərbi xidməti İqnatius 1892-ci ildən 1901-ci ilə qədər Finlandiya Əjdaha Alayında xidmət etmişdir. O, 1900-cü ildə kapitan vəzifəsinə yüksəldi. Finlandiya knyazlığının ordusu ləğv edildikdən sonra o, 1901–1917-ci illər aralığında biznes fəaliyyəti ilə məşğul olmağa başladı. İqnatius Birinci Dünya müharibəsi ərzində Finlandiya müstəqilli üçün çalışan hərbi komitənin tanınmış üzvü oldu və ilk olaraq polkovnik, daha sonra 1918-ci ildə general mayor rütbəsinə yüksəldi. İqnatius Finlandiya vətəndaş müharibəsi dövründə 1918-ci il 18 fevraldan 6 maya qədər Ağ Finlandiyanın Maddi-Texniki Təchizat Generalı, eyni ilin mayından iyununa qədər ordunun aparat rəhbəri vəzifəsini tutdu. Qış müharibəsində İqnatius yenidən ordu rəhbəri vəzifəsinə gəldi.

İqnatius Suomen Vapaussota 1918 (Finlandiya istiqlaliyyət müharibəsi) nəşriyyat komitəsinin sədri idi. O, 1918-ci ildə Qustav Mannerheym kitabını yazdı. İqnatius 1920 və 1930-cu illərdə Mannerheymin ən coşğulu tərəfdarlarından biri idi.

İstinadlar