Elvin Səfərov (Elvin Ramiz oğlu Səfərov: ) — Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin miçmanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Xocavənd rayonu ərazisində, Qızılqaya zirvəsi (432.9 m.) uğrunda gedən döyüşlərdə həlak olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Həyatı Elvin Ramiz oğlu Səfərov 1989-cu il dekabrın 10-da Lerik rayonunun Soru kəndində anadan olub.

2007-ci ildə Lerik rayonu T. Cəfərov adına Soru kənd tam orta məktəbindən məzun olub.

Hərbi xidməti 2008-ci ildə Lerik Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2008–2009-cu illərdə N saylı hərbi hissədə xidmət edib.

2013-cü ildə hərbi hissənin nəzdində "Xüsusi Təyinatlı Qüvvələr kursu"nu bitirib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 17.08.2015-ci tarixli əmri ilə "K/miçman" hərbi rütbəsi, Hərbi Dəniz Qüvvələri Komandanının 05.10.2017-ci il tarixli əmri ilə "miçman" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 7 il ərzində xüsusi təyinatlı snayperlər qrupunun dalğıcı-kəşfiyyatçı, xüsusi təyinatlı qrupun dalğıcı-kəşfiyyatçı vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, həmçinin ""Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı" ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın və Qubadlının azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 31-də Xocavənd rayonu ərazisində, Qızılqaya zirvəsi (432.9 m.) istiqamətində döyüş tapşırığının icrası zamanı həlak olub. Lerik rayonunun Soru kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar