Uzuntelli zirehli () — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ.
Görünüşü Bədəninin uzunluğu 25 sm-dir. Zirehi ilə yanaşı, bədənini əhatə edən tellər açıq qəhvəyi rəngdədir.
Yayılması Uzuntelli zirehli Qran-Çako və Argentina, Boliviya, Çili və Paraqvayın pampalarında geniş yayılmışdır. Quraq bölgələrdə, seyrək meşələrdə, subtropik, az bitki örtüyünə və kolluqları olan çəmənli düzənliklərdə yaşayır.
Həyat tərzi Uzuntelli zirehli gecə həyat tərzi keçirir. Hər şey yeyən heyvandır. Qidasını əsasən böcəklər, həmçinin onurğalılar və bitkilər (xüsusilə Prosopis cinsinə aid bitkilər) daxildir. Onurğalılar yayda qidasının 27,7% -ni, qışda isə 13,9% -ni təşkil edir. Daha çox kərtənkələlər, quşlar, qurbağalarla qidalanırlar. canlılar uzun müddət susuz yaşaya bilirlər. Qidalanma zamanı uzuntelli zirehlilər çox miqdarda qum udurlar. Bu da bir anda mədə həcminin 50% -ni ola bilər.
Çoxalması Boğazlıq dövrü 60–75 gündür. Heyvanlar cinsi cəhətdən 9 aylığında yetkinləşir və ildə iki dəfə bala verə bilir.
Yarımnövləri Chaetophractus vellerosus vellerosus Chaetophractus vellerosus pannosus
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Armadillər Kateqoriya:Boliviya məməliləri Kateqoriya:Paraqvay məməliləri Kateqoriya:Pataqoniya məməliləri Kateqoriya:Argentina məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika faunası