Vəli Aydın oğlu Qasımov () — azərbaycanlı futbolçu və futbol məşqçisi. Futbolçu karyerasında hücumçu mövqeyində çıxış etmişdir.
Bioqrafiya 4 oktyabr 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
Atası usta rəssam, anası isə tibb bacısı olubAvropada oynamış ilk azərbaycanlı: "Belə işsiz qalacağımı ağlıma gətirməzdim" news.milli.az .
Azərbaycan, rus, ispan, portuqal dillərini bilir.
Murad adlı bir oğlu var. Futbolçu karyerası Klub Uşaqlıq illərini Gəncədə evlərinin yaxınlığında yerləşən "Metallurq" stadionunda keçirib; həm futbol, həm də həndbol oynayıb. 14 yaşında həndbolla vidalaşıb və bütün diqqətini futbola yönəldib. Futbol oynamağa doğma Gəncə şəhərinin Pişevik klubunun gənclər komandasında başlayıb. İlk məşqçisi Yusif Məhərrəmov olub. Məhz o, böyük futbola Vəlini ümidləndirib və bir futbolçu kimi yetişməsində tövsiyələrini əsirgəməyib.
13-14 yaşında ikən bir dəfə istədiyi turnirə düşə bilmiyib, bundan inciyib. Bu hadisədən çox keçməmiş Xarkova üz tutub. Orada futbol məktəbinə daxil olub. Xarkovun "Trudovıye Rezervı" komandasında çıxış edib.
15 yaşında ikən SSRİ yığmasının tərkibinə daxil edilib və 16 yaşında artıq öz yaş qrupunda Avropa çempionu olub.
Peşəkar karyerasına "Mayak"da oynayaraq başlayıb. Daha sonra bir çox komandalardan dəvət alıb. O, Ukraynanın "Metallist" klubunun düşərgəsinə yollanıb. Bir mövsüm "Metallist" Xarkov klubunun cavan futbolçular klubunda oynadıqdan sonra əsas heyətə cəlb olunub.
1987-ci ildə o evə dönməyə razı olubМикулик С. Вели Касумов: Я нашел свою команду // Sport-ekspress. — 1992. — № 176 (15 sentyabr). — səh. 1. . Bir neçə il SSRİ çempionatının yüksək və birinci liqalarında "Neftçi" (Bakı) klubunun tərkibində oynayıb.
1992-ci ildə Daşkənddə Aleksandr Tarxanov ilə birlikdə məşq etməyə başlayıb. Ancaq çempionatın keçirilməyəcəyi bəlli olduqda, Tarxanov ilə birlikdə Moskva "Spartak"ına getməyə qərar verib.
"Spartak"da, yüksək səviyyəli hücumçuların çoxluğu səbəbindən çox çıxış edə bilməyib və bu klubda çıxdığı 6 görüşdə qol vurmayıb. Buna görə 1992-ci ortalarında klub rəhbərliyi onun şəhərin digər klubu olan "Dinamo" klubuna keçidinə razılıq verib. 12 iyul 1992-ci ildə "Uralmaş" ilə oyunda (6:2) 3 qol vurmaqla Rusiya Premyer Liqasında het-trik edən ilk legioner futbolçu olub. 11 sentyabr 1992-ci ildə "Asmaral" ilə oyunda (6:1) Rusiya Premyer Liqasının tarixində bir matçda 4 qol vuran ilk futbolçu olub. Qasımov mövsümün sonunda 17 oyunda 16 qol vurmaqla Rusiya Premyer Liqasının bombardiri olub. Əsas çempionatda Yuri Matveyev 20 qolla bombardirlər siyahısına liderlik etsə də, çempionun məlum olacağı pley-off mərhələsində iştirak etmədiyinə görə Vəli Qasımov bombardir kimi qəbul olunub. O, "Dinamo" Moskva klubunda başqa bir rekorda da imza atıb — o, Rusiya Premyer Liqasında bir mövsümdə iki dəfə het-trik edən 12 futbolçudan biridir.
1992-ci ilin sonunda Segunda klubu "Real Betis" ilə 1992/93 mövsümünün sonuna qədər müqavilə imzalayıb. 1992/93 mövsümünün yarısını, 1993/94 və 1994/95 mövsümündə "Real Betis"də çıxış edən Qasımov 1994/95 mövsümündə "Real Betis"in La Liqaya yüksəlməsində böyük rol oynamışdır. Bu dövr ərzində o, 42 matç keçirib və 9 qol vurmağı bacarıb. 1994/95 mövsümünün sonunda Qasımov başqa bir La Liqa təmsilçisi "Albasete" klubu ilə müqavilə imzalayıb.
İspaniyadakı uğurlu karyerası "Tenerife" oyunçusu Yokanoviçin ona verdiyi zədə səbəbindən (2 ayaq barmağı qırılıb) dayandırıb. Qasımov bu zədədən sonra 5 ay çıxış edə bilmədi və "Albasete" eyni zamanda Segundaya düşdü. Əvvəlcə Qasımov ikinci divizionda oynamaqdan imtina etsə də, altı ay daha oyunsuz qaldıqdan sonra digər Segunda klubu olan "Esixa" ilə çıxış etməyə razı olubSPORT-EKSPRESS Qəzeti. Вели КАСУМОВ• ПОРТУГАЛЬЦЫ НЕ ПОНИМАЮТ, ЧТО Я ДЕЛАЮ В СБОРНОЙ . Mövsümün sonunda isə "Esixa" Segunda División B-yə düşüb.
"Esixa"nın aşağı liqaya düşməsindən sonra o, Portuqaliyanın "Vitoriya" Setubal klubuna transfer olub. İlk mövsüm klubu 13-cü pilləni tutsa da, növbəti mövsüm "Vitoriya" 5-ci yerin sahibi olub. 1999-cü ilin yayında Qasımov Portuqaliya 3-cü futbol divizionu təmsilçisi "İmortal" klubuna transfer olub. Bu klubda 2 mövsüm keçirsə də klubunu yuxarı pillələrə çıxara bilməyib və 2001-ci ilin yayında klubdan ayrılıb. Qasımov bu qərarla həm də futbol karyerasını da başa vurub.
Mövsüm Komanda Oyun Qol 1985 Mayak (Xarkov) 3 2 1985 Metallist (Xarkov) 8 1 1986 Metallist (Xarkov) 15 1 1987 Neftçi (Bakı) 23 0 1988 Neftçi (Bakı) 25 2 1989 Neftçi (Bakı) 41 16 1990 Neftçi (Bakı) 28 22 1991 Neftçi (Bakı) 38 16 1992 Spartak (Moskva) 6 0 1992 Dinamo (Moskva) 17 16 1992/1993 Betis 14 6 1993/1994 Betis 25 3 1994/1995 Betis 3 0 1995/1996 Albasete 22 4 1996/1997 Esixa 14 0 1997/1998 Vitoriya (Setubal) 24 11 1998/1999 Vitoriya (Setubal) 17 4 1999/2000 İmortal 15 9 2000/2001 İmortal 31 7
Milli Vəli Qasımov Azərbaycan milli futbol komandasında 14 oyun keçirib və bu oyunlarda qol vura bilməyib. İlk dəfə milli komandaya 1994-cü ildə, son dəfə isə 1998-ci ildə dəvət alıb. Məşqçi Vəli Qasımov qısa müddət portuqaliya aşağı divizion klubu olan "Qelveş"in baş məşqçisi olub. Daha sonra Azərbaycan milli futbol komandasının məşqçisi Berti Foqtsun köməkçisi və Azərbaycan U-19 milli futbol komandasının baş məşqçisi vəzifələrində çalışmışdır.
2015—16-cı illərdə "Neftçi" klubunun idman direktoru kimi çalışıb. 2016-cı ilin iyun ayında "Neftçi" klubunun baş məşqçisi vəzifəsinə təyin olunsa da, sentyabr ayında bu vəzifədən azad olunub.
Nailiyyətləri Klub Gənclər arasında Avropa çempionu: 1985 ("SSRİ U-16 milli futbol komandası") SSRİ Futbol Federasiyası Kubokunun finalçısı: 1988 ("Neftçi" Bakı) SSRİ Kubokunun qalibi: 1991/1992 ("Spartak" Moskva) Rusiya Premyer Liqasının bürünc medal mükafatçısı: 1992 ("Dinamo" Moskva) La Liqanın bürünc medal mükafatçısı: 1994/1995 ("Real Betis") Şəxsi Rusiya Premyer Liqasının bombardiri (1992) — 23 matçda 16 qol ("Spartak" Moskva/"Dinamo" Moskva) Rusiya Premyer Liqasının 33 ən yaxşı futbolçusunun siyahısında (1): №1 —1992 ("Dinamo" Moskva)
İstinadlar
Xarici keçidlər Sport-express.ru saytında müsahibəsi Day.az saytında müsahibəsi İspaniya və Portuqaliyada çıxış statistikası Vəli Qasımovun karyerası Azərbaycan futbolunun rekordçuları Player Profile & Stats in Betisweb
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:Dinamo Moskva FK futbolçuları Kateqoriya:Real Betis FK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Metalist Xarkov FK futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular