Samur-Dəvəçi ovalığı — Azərbaycanın şimal hissəsində yerləşən ovalıq.
Ümumi məlumat Samur-Dəvəçi ovalığı Böyük Qafqaz ilə Xəzər dənizi arasındakı məkanı əhatə edir. Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayınadək uzanır. Ataçayla Sumqayıtçay arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200-250 m hündürlükdə) nisbi hündürlüyü 10-25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənliyinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.
Mənbə Azərbaycan Respublikası ərazisinin relyefi
Həmçinin bax Kür-Araz ovalığı Samur-Şabran fiziki-coğrafi rayonu Kateqoriya:Azərbaycan coğrafiyası