Jorj Şarl Kleman Pir (, rahib adı Dominik Pir (Dominique Pire); ) — Belçika Dominiklərinin rahibi və Müqavimət Hərəkatının lideri, İkinci Dünya müharibəsindən sonra Avropa qaçqınlarına göstərdiyi yardımlarına görə Nobel Sülh mükafatı laureatı (1958).https://books.google.com/books?id=ZoKygfNrBzUC&pg=PA157#v=onepage&q&f=false Accessed 21-7-2013

11 dekabr 1958-ci ildə Pir Nobel Sülh mükafatını alarkən "Qardaş Sevgisi: Sülh Vəqfi"adlı mühazirəsini oxudu.

Erkən həyatı Pir,Belçikanın Dinan şəhərində anadan olub. O,məmur Corc Pir və Berte (Ravet) Pirin dörd övladından ən böyüyü idi.

1914-cü ildə Birinci Dünya müharibəsinin başlanğıcında Pir ailəsi irəliləyən Alman qoşunlarından qaçaraq,bir qayıqla Belçikadan Fransaya gəldilər. 1918-ci ildə,Birinci Dünya müharibəsi bitdikdən sonra ailə xarabalığa çevrilmiş Dinana qayıda bildi. Accessed October, 2012

Təhsili Pir,Collège de Bellevue-da Klassiklər və Fəlsəfə üzrə təhsil alaraq,on səkkiz yaşında Yuidəki La Sarte'nin Dominik prioruna daxil oldu. Ruhani zadəgan ordenini təsis etdikdən sonra Dominik adını qəbul edərək 23 sentyabr 1932-ci ildə and içdi. Daha sonra Romadakı,Müqəddəs Akvinalı Foma Universitetində ilahiyyat və sosial elmlər üzrə ali təhsil aldı,1936-cı ildə L’Apatheia ou insensibilité irréalisable et destructrice adlı tezisi ilə ilahiyyat doktoru dərəcəsini aldı.Servais-Théodore Pinckaers, "A Dialogue and Action for Peace: Dominique Pire (1910–1969)" in Preaching Justice: Dominican Contributions to Social Ethics in the Twentieth Century, edited by Francesco Compagnoni OP and Helen Alford OP, Dublin: Dominican Publications, 2007, , Part 1, Section B, 6, p. 137. Daha sonra sosiologiyadan dərslər verdiyi La Sarte amfiteatrına qayıtdı.

Karyerası Pir təhsilini başa vurduqdan sonra BelçikanınYui şəhərindəki La Sarte prioruna qayıtdı və kasıb ailələrin şərəf və mənliklərinə uyğun yaşamaları üçün köməklik etməyə başladı. İkinci dünya müharibəsi zamanı,Antihitler koalisiyası pilotların ölkədən gizli yolla çıxarılmasında fəal iştirak edərək,Pir Belçika müqavimət hərəkatının keşiş kimi xidmət etdi. Müharibədən sonra bu xidmətinə görə bir neçə medal da qazandı.

1949-cu ildə müharibədən sonra qaçqınlarla əlaqəli mövzuları öyrənməyə başladı ("Köçkünlər" [DP]) və onlar haqqında Du Rhin au Danube avec 60,000 D. P.. adlı kitab yazdı. Onlara kömək etmək üçün bir təşkilat qurdu. Təşkilat qaçqın ailələrinə maddi dəstək göstərək,1950-ci illərdə bir çox qaçqının yerləşməsinə kömək etmək üçün Avstriya və Almaniyada bir sıra kəndlər saldı. Dominikli keşiş olsa da,Dominik Pir həmişə şəxsi inancını imkansızlar adına götürdüyü öhdəliklərlə qarışdırmaqdan imtina etdi ki,bu da dini rəhbərlər tərəfindən hər zaman başa düşülməyən bir qərar oldu.

Sülh mükafatını qazandıqdan sonra Pir,qlobal fəhm naminə "Sülh Universiteti" nin yaradılmasına da köməklik göstərdi. Daha sonra yoxsulluğun kökü kəsilmədən barışın əldə olunmayacağına əmin olaraq,inkişaf etməkdə olan ölkələrdə kənd əhalisinin uzunmüddətli rahat yaşaması və inkişafına həsr olunmuş "Sülh Adaları" adlı bir QHT qurdu. Banqladeş və Hindistanda layihələr həyata keçirdi.

30 yanvar 1969-cu ildə Löven Roma Katolik Xəstəxanasında əməliyyatdan sonra vəziyyətinin ağırlaşması ilə vəfat etdi.

Ölümündən 30 il sonra belə qurduğu dörd təşkilat hələ də fəaliyyət göstərir. 2008-ci ildə Oksford Universiteti Blackfriars Hall-dakı Las Kasas İnstitutundakı işinin şərəfinə proqram quruldu.Las Casas Institute on Blackfriars Hall website

Jorj Pir tərəfindən qurulan təşkilatlar thumb|280px|Jorj Pir 1958-ci ildə Oslo Universitetində Nobel Komitəsinin sədri Qannar Jandan Nobel Sülh mükafatını alır. Aide aux Personnes Déplacées: Belçikadakı qaçqınlara köməklik edir,inkişaf etməkdə olan ölkələrdə uşaqlara maddi dəstək göstərir. Sülh adası : Burkina-Faso,Benin,Mali,Qvineya-Bisau,Ekvador,Boliviya və Peru əhalisi ilə uzunmüddətli inkişaf layihələri həyata keçirir. Service d'Entraide Familiale : çətinlik çəkən insanların sosial yenidən yerləşdirilməsi istiqamətində işləyir. Université de Paix : ailə və iş yerində münaqişələrin qarşısının alınması üzrə ixtisaslaşmışdır.

İstinadlar

Xarici keçidlər

The Nobel Foundation, The Nobel Peace Prize 1958, Georges Pire, The Nobel Peace Prize 1958: Biography

Kateqoriya:Belçikalı Nobel mükafatı laureatları Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:"Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandorları