Kamila Qutierres Berner (; ) ─ Çili yazıçısı, ssenaristsi və jurnalistidir. O, "Gənc və dəli" (Joven y Alocada) blogunda Çili cəmiyyətinin incil tərəfdarları ailəsində böyüyən biseksual bir qız kimi öz etirafları ilə tanınıb. Bu blog onu kitab və eyniadlı filmin müəllifi olmağa ruhlandırır.

Həyatı Yeniyetməlik dövründə "Gənc və dəli" (Joven y Alocada) blogunu yazır, burada özünü qeyri-ciddi, satirik və spontan bir tərzdə biseksual elan edərək böyüdüyü incil tərəfdarları olan ailəsi ilə münasibətlərində bəhs edir. Onun etirafları, gənc auditoriya arasında populyarlıq qazanır.

Katolik Universitetində jurnalistika üzrə magistr dərəcəsini, Nyu York Universitetində yaradıcı yazı üzrə magistr dərəcəsini oxumuş və Beynəlxalq bədii qısametrajlı film layihəsində münsiflər heyətinin üzvü olmuşdur.

Çilidə abort lehinə danışdı.

Yaradıcılıq Mətnlərində qadın, seksuallıq, ailə, din, işgəncəli və pis rəftar mövzularına tez-tez rast gəlmək olur. Ən məşhur olanlardan aşağıda verilib:

"Gənc və dəli" (Joven y alocada)

"Səni sevmir" (No te ama)

"Hətta musiqi mənə təsəlli vermir" (Ni la música me consuela)

"Kiçik Şahzadə filminin ssenarisi" (Guion de la película Princesita)

İstinadlar