2010 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 55-ci Avroviziya Mahnı Müsabiqəsidir. Aleksandr Rıbakın ifa etdiyi "Fairytale" mahnısı ilə 2009 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2010-cu ildə Norveç üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Norveçin paytaxtı Oslo şəhərində Telenor Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2010-cu ilin 25 və 27 may, final isə 29 may tarixində baş tutmuşdur.
Qlobal maliyyə böhranı 2010-cu ildə Avroviziyaya da öz təsirini göstərmişdir. Maliyyə çətinliklərini səbəb göstərərək, bir neçə ölkə müsabiqədə iştirak edə bilməyəcəklərini açıqlamışdır. Bu ölkələr Andorra, Çexiya, Macarıstan və Monteneqro idi. Litvanın da ilk öncə Avroviziya 2010-da iştirak etməyəcəyi barədə açıqlama verilsə də, daha sonra ölkənin adı iştirakçılar siyahısına əlavə edilmişdir. 2009-cu ildə müsabiqəyə göndərdiyi mahnının siyasi xarakterli olması səbəbindən müsabiqədə iştirak etməyən Gürcüstan isə bir illik fasilədən sonra 2010-cu ildə Avroviziyaya geri dönmüşdür. 2010-cu ildə eyni zamanda 2010 FİFA Dünya Kubokuna ev sahibliyi edən Norveç maliyyə problemlərini də nəzərə alaraq Avroviziyanın hazırlıqları üçün nəzərdə tutulan məbləği müəyyən qədər azaltmışdır. Nəticədə müsabiqə üçün 17 milyon avro ayrılmışdır.
Ümumilikdə 39 ölkənin iştirak etdiyi Avroviziya 2010-da Almaniya təmsilçisi Lena Meyer-Landrut ifa etdiyi "Satellite" adlı mahnı ilə 246 xal toplayaraq qalib gəlmişdir. Bu sonuncu dəfə 1982-ci ildə Nikolun təmsilində müsabiqədə qələbə qazanan Almaniyanın Avroviziyada ikinci qalibiyyəti idi.
Səsvermə 2009-cu ildən yalnız final mərhələsində müsabiqə iştirakçılarına səs vermək hüququ qazanan münsiflər heyəti, 2010-cu ildən etibarən yarımfinallarda da səs verə bilmişdirlər. Avroviziya 2010 müsabiqəsinin hər iki yarımfinal və bir final mərhələsində təyin olunmuş münsiflər heyəti 50 faiz səs vermə hüququna malik oldular. Bu qaydanın yarımfinal mərhələsinə də aid edilməsi tamaşaçıların və media mənsublarının AYİ-ya çoxsaylı müraciətləri səbəb olub."Eurovision" müsabiqəsində səsvermə qaydalarına dəyişiklik edilib APA. tarixi:2009.10.12
Avropa Yayım İttifaqının (EBU) qərarına əsasən 2010-cu ildən artıq tamaşaçılar səs vermək üçün çıxışların başa çatmasını gözləmək məcburiyyətində qalmamışdırlar və müsabiqənin gedişində bəyəndikləri, dəstəklədikləri təmsilçilərin sms nömrəsinə səs göndərə bilmişdirlər.
Avroviziya müsabiqəsinin icraçı direktoru Svante Stokselius açıqlamasında yeni səsvermə qaydası daha məntiqli olduğunu bildirmişdir: "Düşünürük ki, ifanı dinləyə-dinləyə səs verə bilmək daha yaxşıdır. Bir çox milli seçimlərdə bu təcrübədən istifadə edilir və təcrübə göstərir ki, bu tip səsvermə daha uğurla həyata keçirilə bilər. Eyni zamanda yeni qayda səsvermə zamanı sistemin yüklənməsinin qarşısını alacaq"."Eurovision" mahnı yarışmasında səsvermə qaydaları dəyişdi İtv.az tarixi:2009.10.27
Müsabiqə büdcəsi Müsabiqə büdcəsi Norveçin NRK televiziyası tərəfindən aparılan hesablamalar nəticəsində ortaya çıxıb. NRK-nın direktorunun sözlərinə görə, bir müddət əvvəl aparılan ilkin hesablamalarda müsabiqəyə 17 milyon avro (150 milyon kroun) sərf olunacağı proqnozlaşdırılsa da, bu rəqəm sonradan xeyli artıb: "Biz bu büdcəni Helsinkidə keçirilən müsabiqə əsasında hesablamışıq. Müsabiqə ərəfəsində bu büdcənin artacağı da istisna olunmur. "Eurovision" müsabiqəsinin keçiriləcəyi tarixlər Norveçin dövlət bayramları günlərinə düşür. Bu səbəbdən də həmin günlər işə çıxan işçilərə əlavə maaşlar verilməlidir. Bu da büdcənin artmasına zəmin yaradacaq". Telekanalın hesablamalarına görə, 2010 Avroviziya Mahnı Müsabiqəsinə sahiblik edəcək Norveç müsabiqədən 75 milyon Norveç krounu – 9 milyon avro gəlir əldə edəcək. Bu gəlir bilet satışı və Avropa Yayım İttifaqı tərəfindən Norveçə ayrılacaq 3,5 milyon avroluq qrant hesabına əldə olunacaq."Eurovision-2010"_musabiqesinden_9__164228.html Norveç "Eurovision-2010" müsabiqəsindən 9 milyon avro qazanacaq APA. tarixi:2009.09.24Norveç "Avroviziya- 2010"a 24 mln avro xərcləyəcək Anspress. tarixi:2009.09.25
Yarımfinallara bölünmə səbətləri 7 fevral 2010-cu il tarixində Avroviziya 2009-da iştirak edəcək ölkələrin yarımfinallara bölünməsi üçün püşkatma mərasimi keçirilmişdir. Tədbirdən əvvəl də məlum idi ki, iştirakçı ölkələrdən beşi; Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və ev sahibi Norveç birbaşa finalda iştirak edəcək. Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2010-cu ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr beş səbətə ayrılmışdır. Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.). Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan altı və ya yeddi ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı.
1-ci Səbət 2-ci Səbət 3-cü Səbət 4-cü Səbət 5-ci Səbət Makedoniya
İştirak edən ölkələr 39 ölkənin iştirak etdiyi Avroviziya 2010 otuz dörd ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (hər yarımfinalda on yeddi ölkə) və iyirmi beş ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) və ev sahibi Norveç müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.
1-ci yarımfinal 25 may tarixində baş tutan yarımfinal mərhələsində 17 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Fransa və İspaniya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. № Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə SunStroke Project və Olia Tira "Run Away" Uzaqlara qaç 10 52 02 İngiliscə Pyotr Naliç və dostları "Lost and Forgotten" İtirilmiş və unudulmuş 7 85 03 İngiliscə Malcolm Lincoln "Siren" Siqnalizasiya 14 39 04 Slovakca Kristina Pelakova "Horehronie" - 16 24 05 Fincə Kuunkuiskaajat "Työlki ellää" Çalışaraq da qazana bilərsən 11 49 06 İngiliscə Aişa "What For?" Nə üçün?1711 07 Serbcə Milan Stankoviç "Ovo je Balkan" (Oво je Балкан) Bu Balkanlardır 5 106 08 İngiliscə Vukaşin Brayiç "Thunder and Lightning" İldırım və şimşək 8 80 09 İngiliscə, Polyakca Marçin Mrozinski "Legenda" Əfsanə 13 44 10 İngiliscə Tom Days "Me and My Guitar" Mən və mənim gitaram 1 167 11 İngiliscə Tea Qarrett "My Dream" Mənim arzum 12 45 12 İngiliscə Yuliana Paşa "It's All About You" Hər şey sənin haqqındadır 6 96 13 Yunanca Qiorqos Alkayos və dostları "OPA" (ΩΠΑ) - 2 133 14 Portuqalca Filipa Azevedo "Há dias assim" Belə günlər 4 115 15 Makedonca Qyoko Taneski və Billi Zver "Jas ja imam silata" (Јас ја имам силата) Mənim güclərim var 15 37 16 İngiliscə 3+2 və Robert Uells "Butterflies" Kəpənəklər 9 59 17 İngiliscə, Fransızca Hera Byork "Je ne sais quoi" Mən bilmirəm 3 123
2-ci yarımfinal 27 may tarixində baş tutan yarımfinal mərhələsində 17 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya və ev sahibi Norveç səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.''
№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə InCulto "Eastern European Funk" Şərqi Avropa musiqisi 12 44 02 İngiliscə Eva Rivas "Apricot Stone" Qaysı dənəsi 6 83 03 İvritcə Harel Skaat "Milim" (מילים) Sözlər 8 71 04 İngiliscə Şani və N'evergreen "In a Moment Like This" Belə bir anda 5 101 05 Fransızca Mixael fon der Heyde "Il pleut de l'or" Qızıl yağış yağır 17 2 06 İngiliscə Anna Bergendahl "This Is My Life" Bu mənim həyatımdır 11 62 07 İngiliscə Safura Əlizadə "Drip Drop" Damcı düşməsi 2 113 08 İngiliscə Alyoşa "Sweet People" Şirin insanlar 7 77 09 Niderlandca Sieneke "Ik ben verliefd (Sha-la-lie)" Mən vurulmuşam 14 29 10 İngiliscə Paula Selinq və Ovi "Playing with Fire" Odla oyun 4 104 11 Slovencə Ansambel Žlindra və Kalamari "Narodnozabavni rock" Xalq Roku 16 6 12 İngiliscə Niv Kavana "It's for You" Bu sənin üçündür 9 67 13 Bolqarca, İngiliscə Miro "Angel si ti" (Ангел си ти) Sən mələksən 15 19 14 İngiliscə Con Liliqrin və The Islanders "Life Looks Better in Spring" Həyat yazda daha yaxşı görünür 10 67 15 Xorvatca Feminnem "Lako je sve" Hər şey asandır 13 33 16 İngiliscə Sofo Nijaradze "Shine" Parla 3 106 17 İngiliscə MaNga "We Could Be The Same" Eyni ola bilərdik 1 118
Final thumb|Müsabiqənin qalibi Lena Oslo səhnəsində
Finalçılar: "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya); Ev sahibi ölkə (Norveç); Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr; İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.
29 may tarixində baş tutan yarımfinal mərhələsində 25 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Almaniya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.
№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Safura Əlizadə "Drip Drop" Damcı düşməsi 5 145 02 İspanca Daniel Dixes "Algo Pequeñito" Balaca bir şey 15 68 03 (ev sahibi-ölkə) İngiliscə Didrik Solli-Tangen "My Heart Is Yours" Mənim Ürəyim Sizindir 20 35 04 İngiliscə SunStroke Project və Olia Tira "Run Away" Uzaqlara qaç 22 27 05 İngiliscə Con Liliqrin və The Islanders "Life Looks Better in Spring" Həyat yazda daha yaxşı görünür 21 27 06 İngiliscə Vukaşin Brayiç "Thunder and Lightning" İldırım və şimşək 17 51 07 İngiliscə Tom Days "Me and My Guitar" Mən və mənim gitaram 6 143 08 Serbcə Milan Stankoviç "Ovo je Balkan" (Oво je Балкан) Bu Balkanlardır 13 72 09 İngiliscə 3+2 və Robert Uells "Butterflies" Kəpənəklər 24 18 10 İngiliscə Niv Kavana "It's for You" Bu sənin üçündür 23 25 11 Yunanca Qiorqos Alkayos və dostları "OPA" (ΩΠΑ) - 8 140 12 İngiliscə Coş Dubovi "That Sounds Good to Me" Bu səs mənə yaxşı gəlir 25 10 13 İngiliscə Sofo Nijaradze "Shine" Parla 9 136 14 İngiliscə MaNga "We Could Be The Same" Eyni ola bilərdik 2 170 15 İngiliscə Yuliana Paşa "It's All About You" Hər şey sənin haqqındadır 16 62 16 İngiliscə, Fransızca Hera Byork "Je ne sais quoi" Mən bilmirəm 19 41 17 İngiliscə Alyoşa "Sweet People" Şirin insanlar 10 108 18 Fransızca Jessy Matador "Allez! Ola! Olé" - 12 82 19 İngiliscə Paula Selinq və Ovi "Playing with Fire" Odla oyun 3 162 20 İngiliscə Pyotr Naliç və dostları "Lost and Forgotten" İtirilmiş və unudulmuş 11 90 21 İngiliscə Eva Rivas "Apricot Stone" Qaysı dənəsi 7 141 22 İngiliscə Lena Meyer-Landrut "Satellite" Peyk 1 246 23 Portuqalca Filipa Azevedo "Há dias assim" Belə günlər 18 43 24 İvritcə Harel Skaat "Milim" (מילים) Sözlər 14 71 25 İngiliscə Şani və N'evergreen "In a Moment Like This" Belə bir anda 4 149
Nəticələr
1-ci yarımfinal 1-ci yarımfinal Yer Telesəsvermə Xal Münsif Xal 1 151 165 2 149 107 3 146 99 4 92 96 5 92 86 6 69 85 7 68 66 8 63 65 9 58 64 10 54 Makedoniya 62 11 42 58 12 40 47 13 38 42 14 34 41 15 Makedoniya 30 37 16 22 25 17 12 15
Səsvermə nəticələri Cəmi Moldova 52 5 1 2 7 4 8 7 10 3 5 Rusiya 74 12 12 3 10 4 2 8 5 1 3 1 12 1 Estoniya 39 12 12 1 5 1 1 4 1 2 Slovakiya 24 2 6 5 1 5 5 Finlandiya 49 3 10 2 6 1 7 2 7 6 3 2 Latviya 11 6 5 Serbiya 79 3 4 1 6 3 12 3 3 7 2 10 3 12 4 6 Bosniya və Herseqovina 59 1 2 5 12 6 3 7 5 8 4 6 Polşa 44 2 6 4 6 6 3 7 7 3 Belçika 167 6 10 8 10 10 8 7 4 12 12 4 10 12 4 8 12 10 12 8 Malta 45 3 12 1 1 6 2 2 3 6 2 4 2 1 Albaniya 76 4 2 7 4 8 6 12 12 10 2 5 4 Yunanıstan 133 7 7 2 8 8 10 8 7 10 8 10 10 3 5 8 4 8 10 Portuqaliya 89 5 5 4 6 7 5 3 2 4 4 5 2 7 8 10 12 Makedoniya 37 4 1 1 8 10 12 1 Belarus 59 8 12 4 3 5 3 5 6 7 5 1 İslandiya 123 10 8 7 7 7 2 3 10 12 10 8 8 6 1 6 5 6 7
2-ci yarımfinal