Göyçə nahiyəsi — 1728-ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin İrəvan livası nahiyəsi

Kəndləri Ağkilsə (Göyçə) Böyük Ördək (Göycə) Dəliqardaş Altuntaxt kənd Həsənkəndi- XVI əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [135, 87]. Heyvalı — XVIII əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360]. Ermənicə mənbədə Keavalu kimidir (yenə orada). Ehtimal ki, əhalinin hərəkəti ilə əlaqədar olaraq Anadoludan gətirilmə addır. 1308-ci ilə aid mənbədə Anadoluda Heyvə qalasının adı çəkilir [160, 55]. Camalgöl- 1728-ci ildə İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı (23, 55). Ərəb dilində camal "gözəl" sözündəndir. Makenik — XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı [150, 360]. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Mozdok dairəsində Məkən və Stavropol əyalətində Məkən təpə (133, 171) toponimləri ilə mənaca eynidir. Masruka- XVIII əsrin ortalarında Göycə mahalında bir tərkidünya kilsə adı [150,361]. Türk dillərində mes "dağın cənub tərəfi", "yüksəkliyin meşəsiz tərəfi" [126,369] və örük "dayanacaq", "gəliş yeri" [93, 390], "düşərgə" (143, 1,2,1223) sözlərindən ibarətdir. Metstap — XVIII əsrin ortalarında Göycə mahalında kənd adı [150,361]. Ermənicə mets "böyük" və azərbaycanca "tap" sözlərindən ibarətdir. Bax: Tap. Moz — Mos Oskaşen — XVIII əsrin ortalırında Göycə mahalında kənd adı [150,360]. Parkis — XVIII əsrin ortalırında Göycə mahalında kənd adı [150, 360]. Portak — XVIII əsrin ortalarında Göycə mahalında kənd adı [150,361]. Sedanki — XVIII əsrin əvvəllərində Göycə mahalında kənd adı [150, 361]. Fars dilində se-"üç" və dəngə-"məhəllə", "oba", "kənd" sözlərindən ibarətdir. Sercan- İrəvan əyalətinin Göycə nahiyəsində Qalacıq kəndi yaxınlığında monastır adı (23, 56). Sos- Göycə mahalında Göycə gölünün cənub-qərbində kənd adı. XIX əsrin əvvəllərində dağılmışdır. XABUL — XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında bir kənd adı [150, 361]. XACAR — XVIII əsrdə İrəvan əyaələtinin Göycə mahalında kənd adı [150, 360]. Erkən orta əsrlərdə Albaniyada Həcər tayfa adı ilə eynidir, lakin mənası məlum deyil. XOLOZ — XVIII əsrin ortalarında Göyçə mahalında bir kənd adının ermənicə yazılışı [150, 360]. XOSABAK — XVIII əsrin ortalarında Göycə mahalında bir kəndin ermənicə yazılışı [150, 360]. XOSKAŞEN — XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında bir kəndin ermənicə yazılışı [150, 360] HRANS — XVIII əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360]. Aran kənd adının ermənicə yazılışıdır. Qədim türk mənşəli Aran tayfasının adını əks etdirir. ŞARİS — XVIII əsrin ortalarında Göycə mahalında kənd adı [150, 361]. ŞAHAKÇI — 1728-ci ildə İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı [170, 12]. "Göycə gölünün sahilində yerləşir" (23, 55).

Çaykənd — İrəvan xanlığının Göycə mahalında kənd adı . 1918-ci ildə kəndin əhalisi qovulmuş Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə kənd ermənicə Hrazdan adlandırılmışdı. Mədinə — İrəvan xanlığının Göycə mahalında kənd adı 1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ərazisinin Aşağı Qetaşen kəndindən ermənilər zəbt etmişdir [20,303]. SALMANAB — İrəvan xanlığının Göycə mahalında kənd adı . XIX əsrin ortalarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Rəhmankənd — İrəvan xanlığının Göycə mahalında kənd adı . XIX əsrin ortalarından sonra İrəvan quberniyasının Novobayazid qəzasında kiçik məntəqə idi (136, 32). Kəndin digər adı Əfəndikənd olmuşdur (133, 209). XIX əsrin sonlarından sonra məlum deyil. HACI MUMUXAN — İrəvan xanlığının Göycə mahalında kənd adı . 1828–1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Hacı Mumuxan kəndin əsasını qoymuş şəxs adıdır. ŞORƏLİ — İrəvan xanlığının Göycə mahalında kənd adı . XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir ŞAHRUZ — İrəvan xanlığının Göycə mahalında kənd adı. XIX əsrin ortalarındja kəndin əhalisi sıxışdırılıb çıxarılmış və ermənilər yerləşdirilmişdir. 1886-cı ildə kəndin əhalisi erməni idi. 1946-cı ildə kənd ermənicə Qeqamavan adlandırılmışdır.

İstinadlar

İrəvan əyalətinin icmal dəftəri

Kateqoriya:Nahiyələr (inzibati-ərazi vahidi) Kateqoriya:Azərbaycanla bağlı ərazilər