Milanın beş günü () — İtaliyanın birləşdirilməsi uğrunda müharibənin başlanğıcında Milanda baş verən 1848-ci il 18–22 mart hadisələri
Tarixi Risorcimento salnaməsindəki qəhrəmanlıq səhifələrini Şimali İtaliyada Avstriya hakimiyyətə qarşı mübarizə aparan Milan sakinləri hazırladılar.Апеннинский полуостров в 1848–1849 гг. История Мира. Глава 12. Борьба за объединение Италии. 24 fevralda Parisdə, onun ardınca Vyanada mart inqilabı baş verdi. Hərəkat indi İtaliyanın digər bölgələri ilə müqayisədə Lombardo-Venesiya bölgəsində daha şiddətli idi.
17 martda Milanda Vyanadakı inqilabdan xəbər tutulduqda, üsyan üçün onsuz da hər şey hazırlanmışdı. Lombardiya-Venesiya hökumətinin sədr müavini Qraf O'Donnellin, İmperatorun Vyana hadisələrindən sonra Lombardlara konstitusiya verəcəyi xəbəri ilə kütlənin qəzəbini yatırtmaq cəhdləri də boşa çıxdı. Milan küçələrində "sabah saat 3-də hər kəsin Qullar Xiyabanına çıxsın" başlıqlı anonim elan yayımlandı.
thumb|left|156px| Milanın beş günü (qravür,1872-ci il) Martın 18-də Milan üsyançıları şəhərdə hakimiyyəti ələ keçirdilər. Bələdiyyə binası tutuldu və müvəqqəti hökumət rolunu oynayan hərbi məclis quruldu. Hətta uşaqların belə iştirak edə biləcəyi Milli Qvardiya yaradılmağa başlandı. Üsyana gənc respublikaçı, gizli inqilabi təşkilatın (1832) qurucusu — Cüzeppe Madzini rəhbərlik etdi.
Martın 19-da Milanın bütün küçələrində barrikadalar quruldu. 15.000 nəfərlik orduya sahib olan Avstriyanın hərbi lideri Yozef Radetski, bütün hərbi strategiya qaydalarına uyğun olaraq şəhəri əhatə edən qalaları işğal etdi. Milanın qiyamçı sakinlərinin silahları çox az idi və hər kəs gücünün yetdiyi qədəri ilə mübarizə aparırdı. Barrikadalarda qadınlar və uşaqlar qəhrəmanlıqla vuruşurdular.
20 və 21 mart tarixlərində Avstriya qoşunları şəhəri hər tərəfdən atəşə tutdular. Ətrafdan silahlı sakinlərin ayrı-ayrı dəstələri şəhər əhalisinə kömək etmək üçün gəlirdilər.
21 martda Radetzki barışıq təklif etdi. Milanlılar barışıqdan imtina etdilər. Sonra Radetzki 22 martda Milandan geri çəkilmək qərarını verdi. 15.000 nəfərlik ordu top atəşi altında geri çəkildi. Əhali onların yolunu kəsdi və onun ordusu ilə döyüşə girdilər. Ordunun özünün daxilində qiyam çıxdı və bir çox Avstriya əsgəri üsyançı xalqın tərəfinə keçdi. Radetzki ordusu, Venesiya ilə Lombardiya arasında uzanan: Mantua, Verona, Peskera del Qarda və Lenyaqo qalalarının dörd bürcündən ibarət Kvadrilateroyaya çətinliklə çatdı.
Beləliklə ilk qələbə qazanıldı. Milanlıların qəhrəmanlıq mübarizəsini yaxından izləyən Fridrix Engels, beş günlük Milan inqilabını "… 1848-ci ildəki bütün inqilabların ən şərəflisi …" deyə adlandırdı.1848 ГОД В РОССИИ. (Хронологическая канва) . Eastview Universal Databases. Источник: Istoricheskii' zhurnal, No. 3, March 1938, page(s): 65–72. Автор: М. АХУН
Sardiniya kralı Karl Albertin 1848-ci il 23 mart tarixli manifesti
F. Orsini 1848-ci il avstriyalılara qarşı müharibənin başlanğıcında Milandan inqilab xəbəri gələndə İtaliyanı alov bürüdü. "Müharibəyə! Düşərgəyə! " — hər tərəfdən belə fəryadlar eşidilirdi. Gənc qızlar sevgililərinin belinə qılınc bağladılar və Tanrının köməyi ilə yola saldılar, onların qalib gələcəklərinə inandılar. Gənclər mənfur avstriyalıları Alp dağlarından qovmaq üçün, iş yerlərini və rahat evlərini buraxıb, soydaşlarına köməyə getdilər. Ölkənin firavanlığı hər birinin ilk düşüncəsi idi. Zəngin insanın, aristokratın, sənətkarın, kasıbın və hətta ataların üzlərində ümid işığı parıldayırdı. Necə gözəl mənzərə idi! Əsrlər boyu köləlikdə qalan, hərbi elmləri bilməyən, parçalanmış, xaricilər tərəfindən xor görülən, bir zərbəylə zəncirlərini qıraraq xarici düşmən qarşısına atılan, daxili çəkişmələri unudaraq, ənənəvi qərəzləri tapdalayaraq, fəryadla müharibəyə tələsən ölkə: "Azadlıq, müstəqillik və birlik!" … Papa bu ümumi hərəkatda sakit qala bilmədi. Durando, Roma qoşunlarının baş komandanı təyin edildi və Papa ona xeyir-dua verdi. Dövlətin hər yerindən müntəzəm qruplar və könüllülər Avstriyalılarla görüşməyə getdi …Феличе Орсини. Воспоминания. М. — Л., 1934, стр. 110–111.
Filmdə / Le cinque giornate'' — rej. Dario Ardjento (İtaliya,1973)
İstinadlar
Ədəbiyyat Киселева В. И. Хрестоматия по истории международных отношений. М., 1963. Невлер (Вилин) В. К истории воссоединения Италии. М., 1936. Феличе Орсини. Воспоминания. М. — Л., 1934. Сказкин С. Д. Объединение Италии. 100 лет борьбы за независимость и демократию. М. 1963. Энгельс, Кельнская газета об Италии, Сочинения Маркса и Энгельса, т. VI, стр. 259 Кривогуз М. И. Новая история стран Европы и Америки. М., 2002.
Kateqoriya:1848-ci ildəki inqilablar Kateqoriya:1848-ci ildə Avropa Kateqoriya:XIX əsr inqilabları Kateqoriya:Qitələrə görə milliyətçilik hərəkatları Kateqoriya:Tarixi respublikalar Kateqoriya:Şəhər-dövlətlər Kateqoriya:Sosial hərəkatlar