Tletseruk soyu — şimal-qərbi Qafqazın yerli xalqlarından olan adıgeylərin Şapsığ qoluna mənsub çərkəz ailə soyudur. Böyük köçdən əvvəl Krasnodar əyalətinin Tuapse bölgəsi və Soçinin Lazarevski bölgəsində yaşayırdılar. Bu gün isə əsasən, Rusiyaya bağlı Adıgey Respublikasının Pseytuk kəndi də daxil olmaqla, Türkiyənin Aydın, Afyon, İzmir, Çanaqqala, Adabazarı, Çorum, Yozqat, Samsun, Balıkesir və Düzcə vilayətlərində yaşamaqdadırlar.
Tarixi Tletseruklar 1552-ci ildə Qara dəniz sahillərini gəzən genuyalı səyyah Georg İnteriano və 1820-ci illərdə yenə buraları gəzən fransız Leonti Yakovleviç Lyulyenin xatirələrinə görə, Goaiye qəbiləsi içində məskunlaşan böyük bir ailə idi. Goaiyelər daha sonralar Natuhaj qəbiləsinə daxil oldular. Natuhajlar Prezüye, digər adı ilə Psezüape vadisinin üst hissələrində, Tağaps vadisində yaşayırdılar. Adlarındakı fərqlilik nəzərə alındığında Natuhajlarla Şapsığlar fərqli etnoslar kimi görünə bilər, lakin eyni xalqdırlar. Çünki ikisi də Adıgey kökənlidirlər, eyni dildə danışırlar və ortaq olaraq özlərini Aquçips adlandırırlar. Bu adın xüsusi bir mənası yoxdur, lakin qarşılaşdıqlarında onlar üçün bir növ xitab funksiyasını yerinə yetirir. Daha sonralar Natuhaj və Şapsığların bütün qolları öz aralarında qarışdılar.
Qəbiləni formalaşdıran nəsil adları Qəbiləni formalaşdıran nəsil adları bu cür idi:
Birc Bjeğatl Çah Çerç Datçe Dirsüye Gunay Hağun Hatirame Hatohu Karcan Karzeg Kaz Kosebiç Mat Migekiok Megu Memet Kuyetsük Neuyk Pşiuyk Sepene Serkuşe Süpako Tlethoz Tleseruk Yekuas Yegerako Zea
Dilləri Adıgeycənin bir dialekti olan şapsuqca danışırlar. Adıgeycə isə Qafqaz dillərinin Abxaz-adıq dilləri qrupuna bağlı dildir. Şapsuqlar Şimali Qafqazın yerli xalqlarından olan qərb çərkəzlərinə mənsub topluluqlardan biridir. Çoxu Krasnodar krayı Tuapse rayonu və Soçinin Lazarevsk rayonunda, Rusiyanın subyekti olan Adıge Respublikasında yaşayırlar. Dilləri olan Şapsuq dili 1945-ci ilə qədər yazı və ədəbiyyat dili olmuşdur. Qədimdə onlardan ayrı olan Hakuç etnosu hal-hazırda rəsmi olaraq şapsuqların subetnosu olaraq qəbul edilməkdədirlər.
Onlar Türkiyə Respublikası ərazisində də yaşayırlar. Əsasən Əxlatda məskunlaşan şapsuqların orada keçmişdə 9 kəndi olsa da, o kəndlərdən indi yalnız biri qalmışdır. O kənd Adilcəvazda yerləşir. Yerdə qalan çərkəzlər isə əxlatın mərkəzinə köç etmişdirlər.
Soyun məşhur üzvləri Sıra nömrəsi Ad Şəkil Məlumat1Mehmed Şəmsəddin Paşa150px Trablusqarb və Benqazinin muxtariyyət ilə idarə edilməsinə başlanmasından sonra 1912-ci ildə 5 illik müddət və vəzirlik rütbəsi ilə Liviyada Sultan Mehmed Rəşad tərəfindən sultan naibi olaraq çalışmışdır. 1855-ci ildə Çərkəzistanın Tuabse bölgəsində anadan olmuşdur. 1917-ci ildə İstanbulda vəfat etmişdir.2Harun Tletseruk 150px Maarifçi və yazıçı. 1879–1938-ci illərdə Düzcədə yaşamışdır.3 Prof.Dr. Səhabətdin Özəl Atatürk prinsipləri və inqilabları tarixi üzrə mütəxəssis olan tarixçidir. 1945-ci ildə Adapazarında anadan olmuşdur. 2007-ci ildə İstanbul Universiteti Atatürk prinsiöləri və İnqilabı Tarixi İnistitutunun müdiri təyin edilmişdir.4Nahit Serbesbiznesmen, mədəniyyət tədqiqatçısı və yazıçı. 1945-ci ildə Adapazarında anadan olmuşdur. Hal-hazırda da orada yaşayır.5 Tletseruk Kərim Həmidoviç Adıgey Respublikasının dövlət sənətçisi. Şimal-qərbi Qafqazın "gəlmiş-keçmiş ən məşhur akardeon ustası" hesab edilir.7 Erol Olçok Biznesmen, reklam məsləhətçisi və reklam agentliyi sahibi. 1963-cü ildə Çorumda anadan olan Erol Olçok 15 iyul 2016-cı il çevriliş cəhdində İstanbulda həyatını itirmişdir.8Dr. Səlahətdin AnaçSəlahətdin Anaç Türkiyə Kömür İstehsalatçılarının baş katibidir. Anası Tleterukdur və 1950-ci ildə Çorumda anadan olmuşdur.9Yusif Ziya MET Düzcə Universiteti Araşdırma və Tədbiqetmə Xəstəxanasının müdiri. düzcənin Hampihable kəndində 1962-ci ildə anadan olmuşdur. Hələ də orada yaşayır. Tleseruk Harun Əfəndinin böyük qardaşı və Adıgey Mövludinin müəllifi olan Əbdürrəhman Neşet Əfəndinin nəvəsidir.
Həmçinin bax Harun Tletseruk
İstinadlar
Kateqoriya:Şimali Qafqaz Kateqoriya:Soylar