Mişni — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrdə indiki Gədəbəy rayonunun Şınıx zonasından gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qoturlu kəndi mahalın bir hissəsi olmuşdur.Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об. Kürdüstan qəzası ləğv edildikdən sonra Qoturlu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Coğrafiyası Kənd Tərtər çayının yuxarı axarında, dağətəyi ərazidədir.
İstinadlar
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri