Murad əl-Dağıstani və ya Murad Acamat () — İraq fotoqrafiyasının yaradıcısı hesab edilir. 1930-cu illərin ortalarında Mosulda fəaliyyət göstərmişdir və sonradan Bağdada köçmüşdür. Gündəlik həyatı və insanları çəkən Murad əl-Dağıstani çəkdiyi fotoların yüksək keyfiyyətə sahib olmasına görə beynəlxalq səviyyədə tannımışdır. Qumuq əsillidir.

Həyatı və karyerası Murad əl-Dağıstani 1917-ci ildə İraqın Mosul şəhərində anadan olmuşdur. Atası Əbdülhəmid Acamat mənşəcə qumuq olan mühəndis idi və İraq dəmiyolunun çəkilməsində iştirak edirdi.Bagaudin Ajamatov, "He Would be the Pride of Dagestan as Well", Yoldash Newspaper, 4 July 1997; Bagaudin Ajamatov, "Murad Ad-Dagistani from the Ajamatov Family", Makhachkala, 2009

Dağistaninin nə cür və nə vaxt fotoqrafliğa başlaması məlum deyildir. Mosul elə bir şəhər idi ki, onun fotoqrafiya və film sənayesi tarixi XIX əsrin sonlarına qədər gedib çıxırdı.Al-Alaf. I., "The Origins of Photography in Iraq" Online: (translated from Arabic); Dankour, E. and Darwish, M. F., Iraqi Guidebook, Baghdad, 1937 Yerli insanlar 1895-ci ildən etibarən arxeoloqlara kömək edərkən kameralardan istifadə edirdilər.Kalash, K., "In Digital Technology, Solar Photography is a Time-immemorial Profession, " Iraq Journal, Birinci Dünya müharibəsi illərində Tartaran adlı fotoqraf Mosul İbtidai Məktəbinin girişində foto studio açmışdı. Mümkündür ki, Dağıstani fotoaparatdan istifadəni məktəb illərində müşahidə etmişdir.Alaq, A., "The Origins of Photography in Iraq", Arab Pictures, 24 December 2015, Online: (translated from Arabic) Hətta orta məktəbi bitirməmiş o, özü üçün kamera almışdı. 1935-ci ildən etibarən o, özünü istedadlı fotoqraf kimi formalaşdıra bildi.Shaker, D., "Iraqi artist Murad Dagestani on the Anniversary of his Death," Online: (translated from Arabic)

Onun studiosu və fotoqrafiya dükanı Mosulun Əl-Davasah küçəsində yerləşirdi və sadəcə "Murad Fotoqraf" adlandırılırdı.Al Sheikh, L., "My Memories of the International Photographer Murad Dagestani", Ahewar, [The Civilized Dialogue Section], issue no. 5876. 18 may 2018 Online: (translated from Arabic); Al-Darwish, A., "A Distinguished Photographer: Murad Dagestani Pioneer of Pioneers of Modernity in the Arab world," [Recollections of photographer, Anwar Al Darwish], Online: (translated from Arabic)

O, əsasən gündəlik küçə həyatını, Mosul şəhərini, şəhərdəki sənaye bölgələrini, xüsusən Dəclə çayı boyunca yaşayan insanların həyatını çəkirdi. Murad hadisələri və ya insanları lazımi anda çəkə bilmək üçün kamerasını özü ilə gəzdirirdi. Onun studiosunda dərvişlərin, tayfa mənsubu olan şəxslərin və gündəlik yaşamdakı şəxslərin kreativ fotoları istehsal edilirdi.Yassin, N., "The Photography of Murad al-Daghistani: The Triumph of Life in the Face of Circumstance," Ur, [Magazine of the Iraqi Cultural Centre, London] 1981, p. 173

O, bir çox gənc fotoqraflara təsir etmişdir. Hadi əl Nəccar, Mahmud Səid də daxildir.Najjar, H. al, "A Country without History is Rootless": Baghdad-based photographer Hadi Al Najjar", [Interview], Ibrahimi Collection, July 25, 2017, Online: Rəssam və fotoqraf Mahmud Səid xatırlayır ki, gənc olarkən o, istedadlı fotoqrafları, xüsusən əl-Dağıstanini izləməyi sevirmiş. O, əl-Dağıstaninin Mosuldakı gündəlik həyatı çəkdiyi şəkillərə baxmağı sevdiyini demiş və onun necə "tor çaya düşməmiş, göydə olarkən onu ölümsüzləşdirməyini, avtomobilin çirkli yolda səyahətini, dərvişlərin, yaşlı kişi və qadınların unudulmaz sifətlərini, uşaqların aktivliyini" xatırladığını bildirmişdir.Saeed, M., A Portal in Space, University of Texas Press, 2016, p. 75

Çox sayda siqaret çəkən əl-Dağıstani 1970-ci illərdə ciyərlərindən birini itirsə də, 10 il də yaşadı. O, 27 iyul 1984-cü ildə vəfat etmişdir.Said, S. E., "Najdan Yassin puts a Critical Reading of Murad Dagestani's Photographic Work," [Book Review], Azzaman, 8 April 2014, Online:

Fəaliyyəti Onun ən çox tanınan əsərləri:

Yaşlı kişi 91930-cu il) Sousou rəqqası və Bağdad ilanı"Paris Photo: Scène Arabe et Iranienne à l'honneur," La Croix, 21 November 2009, Online: (translated from French) Siqaret çəkən (1930-cu illər) Balıqçılıq (1930-cu illər) Çay keçidi (1930-cu illər) Qayıqlar Gil işi Gözləmə 1930-cu illərin dəqiq çəkilişi

Həmçinin bax Qumuqlar Fotoqrafiya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İraq fotoqrafları Kateqoriya:Qumuqlar Kateqoriya:XX əsr fotoqrafları