Mozqaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb.

Tarixi Mozqaraçanlı kəndi Moz çayının (Tutqunçayın qolu) sahilində, dağətəyi ərazidədir. Alaqaya yaxınlığında olduğuna görə tam adı Qaracanlı Alaqaya olmuşdur. Keçmişdə maldarlıqla məşğul olmuş qaracanlı elinin adındandır.

İstinadlar

Kateqoriya:Kəlbəcər rayonunun kəndləri