Qulkeviçski rayonu () — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qulkeviçi şəhəridir. Coğrafiyası Krasnodar diyarının şimal-şərq hissəsində yerləşən Qafqaz, Novokubanski, Kurqaninski, Tbilisi rayonları və Stavropol diyarı ilə həmsərhəddir. Kuban mənzərəsinin bir çox xüsusiyyətləri Qulkeviçski rayonunun təbiətində əks olunur: sonsuz çöllər, meşələr, təbii və süni su anbarları və Krasnodar diyarının əsas su yolu olan Kuban çayı. Rayondan Kuban çayının 142 km hissəsi keçir. Tarixi Rayon 31 dekabr 1934-cü ildə Kropotkinsk rayonunun Azov-Qara dəniz diyarının tərkibində parçalanması nəticəsində qurulmuşdur. Əvvəlcə rayon 11 kənd şurasından ibarət idi: Ventsı-Zarya, Qulkeviçski, Maykopski, Nikolenski, Novomixaylovski, Novoukraynski, Olqinski, Otrado-Kuban, Sokolovski, Sonental, Tısyaç və Plemzavod.

13 sentyabr 1937-ci ildən bu rayon Krasnodar diyarının bir hissəsi olmuşdur.

22 avqust 1953-cü ildə, Qulkeviçski rayonuna ləğv edilmiş Temirqoyevski rayonunun 3 kənd məclisinə daxil olur: Novokrasnı, Puşkinski və Çıtryox Xutornı Soyuz.

1 fevral 1963-cü ildə rayon ləğv edilir, ərazisi Qafqaz rayonuna daxil olur. Mərkəzi Qulkeviçi şəhəri olur.

20 oktyabr 1980-ci ildə Qafqaz rayonunun bir hissəsindən Qulkeviçski rayonu bərpa edilir, mərkəz isə Qafkazskaya kəndi olur.

1993-cü ildə kənd sovetlərinin fəaliyyətinə son verilir; kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir.

2005-ci ildə rayonda 15 inzibati vahid qurulur.

Əhali 1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 100 806 nəfər təşkil etmişdir. Bunlardan 48,7 % şəhər sakinləri, 51,3 % isə kənd sakinləridir. Bütün əhali arasında kişilər 46,2 %, qadınlar 53,8 % təşkil edir. Ümumi əhalinin 60 275 (59,8 %) nəfəri əmək qabiliyyətli insanlar, 23,0 %-i pensiyaçılardır. Milli tərkib Əsas milli qruplar: ruslar, ukraynalılar, gürcülər, kabardinlər, yunanlar (az bir qism), bolqarlar. İnzibati-ətazi vahidləri Bryuxovetski rayonunda 3 şəhər və 12 kənd inzibati ərazi vahidliyi mövcuddur. İqtisadiyyat İqtisadi xüsusiyyətləri baxımından sənaye-aqrar bölgəsidir, iqtisadi inkişaf səviyyəsi baxımından rayonda aparıcı yerlərdən birini tutur. Rayon ərazisində 14 iri və orta müəssisə iqtisadi fəaliyyət göstərir. Müəssisələr tərəfindən istehsal olunan əsas məhsul növləri: prefabrik dəmir-beton, divar materialları, polad metal konstruksiyalar, qeyri-metal tikinti materialları, heyvan yemi, dənəvər şəkər, un, çörək və çörək məhsulları. Nəqliyyat Qulkeviçski rayonu yaxşı inkişaf etmiş avtomobil və dəmir yolu şəbəkəsinə malikdir. Rayon ərazisində 3 dəmir yolu stansiyası var.

Məşhur şəxsləri Mixail İqnateviç Belousov - snayper, 245 Alman zabit və əsgərini şəxsən məhv etmişdir.

Anton İvanoviç Qeraşçenko, - rus, sovet yazıçısı.

Viktor Vasilieviç Qorbatko, - Sovet kosmonavti.

Vasili Prokofiyeviç Savçenko - Böyük Vətən müharibəsi veteranı.

Mənbə Официальный сайт Гулькевичского района Гулькевичская районная организация Всероссийского общества инвалидов Муниципальное образование Гулькевичский район Гулькевичский район на портале исполнительных органов власти края Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов Poçt indeksi: Почтовые индексы: Гулькевичский Район Почтовые индексы | Краснодарский край | Гулькевичский район

Kateqoriya:Krasnodar diyarının rayonları