Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və ya qısaca TƏBİB — İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir.
Tarixi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi (TƏBİB) Azərbaycan Respublikası Prezidenti 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmana əsasən yaradılmışdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.
Fəaliyyət istiqamətləri TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək.
TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.
Rəhbərlik № Sədr Şəkil Başlama tarixi Bitmə tarixi Partiya<center>1 <center>Ramin Bayramlı <center>150px <center>2 dekabr 2019 <center>13 sentyabr 2021 <center>Bitərəf<center>2 <center>Vüqar Qurbanov <center> <center>13 sentyabr 2021 <center>16 fevral 2026 <center>Bitərəf<center>3 <center>Anar Bayramov <center> <center>14 aprel 2026 <center>19 oktyabr 2026 <center>Bitərəf
Qanunvericilik TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqişəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı
İstinadlar
Xarici keçidlər Rəsmi saytı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Nizamnaməsi "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqişəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı"nın təsdiqedilməsi barədə
Kateqoriya:2018-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:20 dekabrda yarananlar Kateqoriya:Azərbaycanın dövlət təşkilatları Kateqoriya:Azərbaycanda səhiyyə Kateqoriya:Səhiyyə təşkilatları